Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə49/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   45   46   47   48   49   50   51   52   ...   348
2018-997

1981-1990-
cı illər 
 
 
 
M
əktəbin müəllimi Aliyə Nəzirova Azərbaycan KP
XXX qurultayının nümayəndələri arasında 


86 
01 may 1981-
ci il tarixə məktəbə aşağıdakı cavabdeh şəxslər 
rəhbərlik edirdi: 
Baba Muradəliyev - direktor, Nadir Qəribov və Əzizağa 
Əzizov - direktorun təlim-tərbiyə işləri üzrə müavinləri, Rəfiqə 
Dəmirova - təşkilatçı, Bayram Rzayev - direktorun təsərrüfat işləri 
üzrə müavini, Ələmşah Qurbanov - hərbi rəhbər, Südabə 
Əsədullayeva – PBDR və qeyriləri. 
Azərbaycan SSR MN-nin 17.12.1981-ci il tarixli 403 №-li,
Dəvəçi RXMŞ-nin 14.01.1982-ci il tarixli 12 №-li əmrləri ilə 
məktəbin direktoru Baba Mövsüm oğlu Muradəliyev tutduğu 
vəzifədən azad edilərək Dəvəçi rayon əyani-qiyabi axşam 
ümumtəhsil məktəbinə direktor təyin edilib. 
Məktəbin 14 yanvar 1982-ci il tarixli 03№-li əmrinin 2-ci 
paraqrafı ilə məktəbin direktorluğu vəzifəsi müvəqqəti olaraq həmin 
məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nadir Bəylər 
oğlu Qəribova tapşırılıb. 
Azərbaycan SSR Maarif Nazirliyinin 05 fevral 1982-ci il 
tarixli 52 №-li, Dəvəçi rayon XMŞ-nin 12.02.1982-ci il tarixli 58№-
li əmrlərinə əsasən 
ali təhsilli coğrafiya müəllimi, 1964-cü ildən 
pedaqoji fəaliyyətə başlamış Nofəl Gülü oğlu Məmmədov 
rayonun Çölquşçu kənd orta məktəbinin direktoru vəzifəsindən 
azad olunaraq məktəbə direktor vəzifəsinə köçürülüb. 
O dövrlərdə məktəbdə təşkil edilmiş günüuzadılmış qruplarda 
tərbiyə alan şagirdlərin tərbiyəsinin düzgün təşkilinə xüsusi diqqət 
və qayğı vardı. Bu məqsədlə keçirilən müxtəlif məşğələlər, oyunlar, 
istirahət (günorta yuxusu da daxil olmaqla) həmin uşaqların gələcək 
inkişafı, onların sağlam böyüməsi üçün misli görünməyən əhəmiy-
yətə malik idi. Lakin bunlardan da ən vacibi qruplarda tərbiyə alan 
şagirdlərin təkcə valideynlərin deyil, onların bir qisminin dövlət 
hesabına gündə bir və ya iki dəfə pulsuz yeməklə təmin edilməsi 
məsələsi idi. Yaxşı yadımdadır: mən o illərdə RXMŞ-nin xətti ilə 
bir neçə dəfə xəbərdarlıq edilmədən məktəbdə bu işin gedişini 
yoxladım. Nəticə fərəhləndirici idi. Bu sahədə olan müsbət irəlilə-
yişləri və əldə edilən uğurları görüb çox sevindim və bu barədə 
RXMŞ-nə yazılı arayış təqdim etdim. 
Məktəbin 22.02.1982-ci il tarixli 36 №-li əmrində məktəbdə 


87 
təşkil edilmiş 7 günüuzadılmış qrupda təhsil alan 63 nəfər şagirdə 
(28 nəfərinə 100%-lə, 35 nəfərinə isə 50%-lə) dövlət büdcəsi 
hesabına isti yemək verildiyi bildirilir. 
Məktəbin müəllimlərinin attestasiyadan keçirilməsi barədə 
məktəbin 13.03.1982-ci il tarixli 40 №-li əmrilə komissiya yara-
dılıb. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə