41
Aslan da daxil olmaqla hamı ova yollanır.
Çox keçmir ki,
tülki bir qaz, canavar bir qoyun, aslan isə bir öküz ovlayıb gətirir.
Ovun
üçünü də gətirib ortalığa qoyurlar. Aslan deyir:
-
İndi biz bu ovu bölməliyik. Ancaq ədalətli olsun deyə mən
bu işi sizə həvalə edirəm. Hamı tülkünün üzünə baxır. Hiyləgərlik
donu geymiş tülkü isə acı-acı gülümsəyərək yazıq bir görkəmdə
yavaşcadan deyir:
-
Canavar qardaşım məndən yaşca böyükdür. Qoy ovu o
bölsün. Dünyanın işlərindən xəbər-ətərsiz olan canavar lovğa-lovğa
irəli yeriyib gətirilmiş ovları bir-bir göstərərək deyir:
-
Bəli, mən ovu asanlıqla bölərəm. Burada çətin nə var ki?!
Tülkü bu qazı gətirib, qoy həmin ov elə onun öz payı olsun. Mən də
bir qoyun gətirmişəm, o da mənə çatsın. Aslan bir öküz gətirib, o da
onun yeməyi, vəssalam .
Bunu eşidən aslan bərk əsəbiləşir. Cəld yerindən sıçrayıb
cana
varın üstünə hücum çəkir. İti dişləri və caynaqları ilə onun
dərisini boğazından çıxarır. Bir an içində
canavar cəhənnəmə vasil
olur.
Tülkü bu faciəli səhnəni görüb o saat özünü yığışdırır və
vəziyyətin nə yerdə olduğunu yaxşı anlayır. Bir tərəfdən də ovun
ikinci dəfə bölünməsi məqamı ona yetişir. Canavarın əlindən qəzəb-
lənmiş aslan tülkünün üzünə tərs-tərs baxır. Bunu görən tülkü qor-
xudan əsim-əsim əsir və özünü yıxılmaqdan güclə saxlayır. Böyük
çətinliklə də olsa, özünü ələ alıb irəli yeriyir. Cəld hiylə dilini işə
salaraq aslana deyir:
-
Burada qəliz nə iş var ki? Mən heç bir çətinlik çəkmədən
rahatlıqla ovladığımız qəniməti ədalətlə bölə bilərəm.
Çox gözəl
başa düşürəm ki, sən bu meşənin ağasısan. Mənim gətirdiyim bu
qaz sənin səhər yeməyin, canavarın gətirdiyi bu qoyun sənin axşam
yeməyin, özünüzün gətirdiyi öküz isə sənin günorta naharın.
İstədiyi bu xoş sözləri tülküdən eşidən aslan o saat irəli gəldi.
Tül
künün alnından və başından öpdü, maraqla ondan soruşdu:
- S
ən bir göz qırpımında bu bölgünü kimdən və necə öyrən-
din?
Tülkü
əvvəlcə bic-bic gülümsündü, sonra isə ölmüş canavarı
göstərərək:
-
Bax, bu gözü çıxmış qardaşımdan. Onun diri-diri dərisi bo-
42
ğazından çıxanda...
Xüsusilə, hamilə qadının hamiləlik dövründə qorxu, həyəcan,
əsəb gərginliyi, stress keçirməsi - bir sözlə, tibbi normalara və ha-
mi
ləlik dövrünə xas olan qayda-qanunun gözlənilməməsi nəticə-
sində qeyri-sağlam körpələrin dünyaya gəlməsi halları baş verir.
Bu
raya həkim biğanəliyini və səhlənkarlığını da əlavə etsək, doğu-
şun gecikdirilməsi, doğuş zamanı körpənin baş nahiyyəsinin, əl-
ayağının və bədəninin başqa hissələrinin sıxılması, əzilməsi və ya
ağır formada zədələnməsi də fiziki
cəhətdən qüsurlu körpələrin
dünyaya gəlməsinə səbəb olur.
Bunun üçün hamilə qadınlar uşaq ana bətninə düşəndən ta
doğulan anadək dünyaya sağlam körpə gətirmək naminə 9 ay
ərzində iş, istirahət və normal qidalanma məsələlərinə, xüsusilə
davranış tərzinə xüsusi diqqət verməlidirlər. Hamilə qadın həmin
vaxtda ağır iş görməməli, gigiyenik qaydaları gözləməli, tez-tez
açıq havada olmalı, evdə, işdə və s. yerlərdə olarkən mübahisə və
dava-
dalaşdan kənar qaçmalıdır. Bir sözlə, gələcək analar hamiləlik
müddətində körpəyə ziyan vura biləcək qeyri normal davranışlardan
tamamilə çəkinməlidirlər.
İndi də gəlin əvvəlki söhbətimizi davam etdirək. Bizim kita-
bımızın bu bölməsi təhsil sahəsində uğurların
necə əldə edilmə-
sindən bəhs edir. Uğur əldə etmək isə çətin yol getmək kimi bir
şeydir. Uğur hər adama, hər kollektivə qismət olmur.
Hələ keçən əsrin altımışıncı illərinin əvvəllərində mən tələbə
ikən məşhur “Kapital” əsərini yazmaqla dünya elminə- iqtisa-
diyyatın inkişafına böyük töhfələr vermiş Karl Marksın
əmək və
zəhmət haqqında söylədiyi belə bir kəlamını müəllimimdən eşit-
mişdim: “ Əyər qızılın istehsalına sərf olunan əmək samanın əldə
edilməsi kimi asan və ucuz başa gəlsəydi, onda qızıl da saman kimi
ucuz qiymətə satılardı”. İqtisadi dildə sözün qısası, uğurun da əldə
edilməsi, qızılın çıxarılması və emal edilməsi texnologiyası kimi
insanlardan çox zəhmət tələb edir.
Psixoloqlar hər bir insanın və ya kollekivin uğur qazanması
üçün aşağıdakı 5 şərtə əməl etməsini vacib sayır:
Dostları ilə paylaş: