40
gətirə bilmərəm. Lakin 30 ildən artıq bir müddətdə mən az-çox
astrologiyada insanların taleləri ilə bağlı
bürclərlə və illərlə
maraqlanmışam. Ona görə də belə bir fikrə həm inanır, həm də
inanmıram. Inanmıram ona görə ki, Allah-Taala bəşər övladı
sayılan insanı yaradarkən heç bir fərq qoymadan ona baş, bədən, iki
əl, iki ayaq verir. İnsanlar ana bətnindən gələcəkdə yaşaması üçün
vacib olan ürək, qara ciyər, böyrək, ağ ciyər, dalaq və s. kimi çoxlu
vacib orqanlarla birgə doğulur. Xırda
istisnalar olmaqla insanlar
hamı nəfəs almaq, ğörmək, eşitmək, yemək və s. üçün tələb olan
bütün orqanlarla birlikdə dünyaya gəlirlər.
HAŞİYƏ.
Anadan uşaqların xəstə doğulması geniş anlayış
olub başqa kitabın mövzusudur. Lakin həkim olmasam da, bu
vacib
məsələdən yan keçməyib qısaca olaraq öz fikirimi bildirmək
ist
ərdim: Bu vəziyyət əksər hallarda bir çox amillərlə, irsiyyətlə
(xüsusilə yaxın qohumlarla evlənmə məsələsi ilə) və valideynlərin
əməlləri, eləcə də hərəkətləri ilə bağlı olduqda baş verir. Həkimlərin
söylədiyinə görə bir sıra xroniki xəstəliyi
olan valideynlərdən və
qohumla evlənən cütlüklərdən xəstə uşaqların doğulması ehtimalı
çox yüksəkdir. Həm də hamiləlik dövründə gənc anaların iş,
istirahət və qidalanma problemlərini düzgün seçməməsi, müxtəlif
ailə daxili problemlər və münaqişələr
sağlam körpənin dünyaya
gəlməsinə mənfi təsir göstərir. Eləcə də valideynlərin əsəbi və
münaqişəli həyat tərzi, xüsusilə uşağın atasının siqaret çəkməsi, içki
aludəçiliyi və narkotik maddələri qəbul etməsi və başqa mənfi hallar
bu işə kömək edir. İçkiyə qurşanmaq,
siqaret çəkmək, narkotik
maddələri qəbul etmək insanların iradə zəifliyindən və tamahına
sahib
olmaması ucbatından baş verir.
Necə mənim çoxdan eşitdiyim bir rəvayətdə olduğu kimi.
Əgər əvvəlcədən oturduğu-durduğu dostlarını yaxından tanısaydı və
tamahına sahib çıxsaydı canavarın dərisi aslan tərəfindən boğazın-
dan çıxarılmaz və özü də o dünyaya göndərilməzdi:
Dostları ilə paylaş: