Zakir bayramli


Kənddə təhsilin tarixi haqqında



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə16/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   12   13   14   15   16   17   18   19   ...   348
2018-997

Kənddə təhsilin tarixi haqqında. 
Vaxtıkən burada fəaliyyət 
göstərmiş məktəblərdə dərslər keçən əsrin 20-ci illərinə kimi ərəb 
dilində keçilib. Bu kənddə Şəmsəddin Əfəndi və onun qardaşı 
Molla Cəlal kimi dini sahədə təhsil almış ziyalılar əhalinin maarif-
lənmə işlərinin önündə gediblər. Molla Cəlal o dövrdə Şamaxıda 6 
il ali dini təhsil almışdı. Sonralar o, İstanbulda və İsfahanda dini 
təhsilini davam etdirmiş, imtahan verərək yüksək nəticəyə nail 
olduğuna görə ona ali dini təhsil haqqında ikinci diplom verilmişdi. 
Sovet hakimiyyəti dövründə və respublikamız müstəqillik qazan-
dıqdan sonra bu kənddə dövlət proqramı əsasında Azərbaycan 
dilində dünyəvi təhsil üzrə məktəblər fəaliyyət göstərmişdir.
Uqah sovetliyi 1941-1945-ci il 
İkinci Dünya müharibəsi 
illərində. 
İkinci Dünya
 
müharibəsi vaxtında
 
sovetlik üzrə 244 evdən 
167 nəfər cəbhəyə getmiş, onların 90 nəfəri həmin müharibədə 
həlak olmuş və ya itkin düşmüşdür. 77 nəfəri isə cəbhədən geri 
qayıtmışdır.
Kənddə sosial quruculuğun indiki vəziyyəti: 
Hazırda Uqah 
kəndində mövcud olan əhalinin yaxşı yaşaması üçün hər cür imkan 
və şərait vardır. Kənd elektrik işığı, radio və telefon rabitəsi ilə 
təmin olunmuşdur. Kəndin sakinləri müntəzəm olaraq respublika 
mərkəzindən yayımlanan televiziya verilişlərinə rahat baxa bilirlər. 
 
UQAH SOVETLİYİNDƏN YETİŞƏN TANINMIŞ 
ZİYALILAR 
 
Uqah sovetliyinin Uqah, Künçal, Qırasanq, Təkyə, Hacıiskən-
dər, Çaraq və Güləh kəndlərində çoxlu tanınmış ziyalılar yetişib. 
Keçmiş Sovet rəhbəri N.S.Xruşşovun qərarı ilə dağ kəndlərinin 
məcburi qaydada köçürülməsi zamanı həmin ziyalılar nəinki rayo-
numuzun və şimal bölgəsinin yaşayış ərazilərinə, hətta respublika-
mızın başqa şəhər, rayon və kəndlərinə köçüb gedib, orada məskun-
laşmışlar. Ona görə də həmin tanınmış ziyalıların hamısının adını 
toplayıb bu kitaba daxil etmək qeyri-mümkün oldu. Məhz bu 
səbəbdən də biz yalnız bu keçmiş sovetliyin tanınmış insanlarının 
kiçik bir qisminin adlarını bu yazıya daxil etməyi qərara aldıq: 


34 


Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə