32
gözlü meşələr bu dağ kəndinin onsuz da gözəl olan təbiətini daha da
gözəlləşdirir. Burada yaz-yay ayları havalar çox vaxt sərin,
bəzən
günorta saatlarında isə isti keçir. Uqahın cana məlhəm olan təmiz
havası və buzlu suyu vardır. Qışı isə sərt olur.
Kəndin bulaqları.
Uqah kəndində
buz kimi içməli suyu olan
çoxlu bulaqlar vardır. Onlardan beşinin adı belədir:
1. Pir bulağı.
2. Mollalı bulağı.
3. Qoşa çinar bulağı.
4. Xırda bulaq.
5. İsdə bulağı.
Kənd əhalisinin soykökü, tərkibi və danışıq dili.
Tarixi mən-
bələrə görə Uqah kəndinin əvvəlki yeri indiki kənddən təxminən 1
km qərbdə yerləşibmiş. Lakin sonralar yadelli düşmənlərin, xüsusilə
xəzərlilərin saysız hücumları nəticəsində həmin yaşayış məskəni ta-
ma
milə dağıdılaraq məhv edilib. Bir müddətdən sonra İrandan Sasa-
nilərin hökmranlığı zamanında çoxlu ailələr Azərbaycanın
şimal
ərazilərinə, o cümlədən Uqah kəndinə köçürülüb. Əhalinin bura
məcburi köçürülməsinin əsas məqsədi
isə o dövrün mühüm hərbi
isteh
kamı olan Gilgilçay səddini qorumaqdan ibarət olub. Elə ona
görə də İrandan köçürülmüş həmin əhali indiki kəndin yerində məs-
kunlaşıb.
Kənddə yaşayan əhalinin etnik tərkibi
isə tat dilli türklərdən
ibarətdir. Məhz ona görə də burada sakinlər həm tat, həm də türk
dilində danışırlar.
Kənd əhalisinin məşğuliyyəti.
Kəndin
əhalisi ta qədimdən
heyvandarlıqla və əkinciliklə məşğul olub. Burada məhsuldar süd-
lük və ətlik istiqamətində yerli qaramal cinsləri yetişdirilib. Demək
olar
ki, kəndin təbii şəraiti və bol-bol otlaq sahələri, eləcə də zəngin
su ehtiyyatı burada iribuynuzlu və xırdabuynuzlu heyvan cinslərinin
saxlanmasına geniş imkan verib. Bu yerdə iqlim olduqca təmiz və
saf olduğu üçün saxlanılan ev heyvanları və quşları ciddi xəstəlik
keçirmir
lər. Ona görə də bu təsərrüfat
sahəsi daim inkişaf edib,
məhsuldarlıq ildən-ilə daha yüksək olub. Əkinçilik məhsullarından
kənddə dənli bitkilərin (xüsusilə, arpa, buğda, vələmir, qarğıdalı,
noxud, mərcimək, paxla və s.) və digər
bostan bitkilərinin əksər
33
növlərinin beçərilməsinə üstünlük verilib.
Dostları ilə paylaş: