31
Uqah kəndinin mənzərəsi
Uqahın
qədimliyini sübut edən onun qəbiristanlıqlarıdır.
Kənddə olan üç böyük məzarlıq kəndin
qədimliyini sübut edən
faktlardan biridir. Məzarlıqlardan
birincisi
nin, yəni ən qədiminin
tarixi və ya yaşı bilinmir. Artıq bu məzarlıqdakı
qəbirlər torpağa
qarışıb itmək üzrədir.
İkinci
qəbiristanlıq isə kənd sakinlərinin söylədiklərinə görə IV
əsrə aiddir. Bu qəbiristanlıq Sultan baba qəbiristanlığı adlanır.
Orada indi də “Sultan baba” adlı övliyanın məqbərəsi var. Məqbərə
təxminən 15 metr uzunluğunda, 5 metr enində, 4 metr hündürlüyün-
də qırmızı kərpicdən (tağ şəkilli) inşa edilib. Məqbərənin içərisində
Sultan babanın sərdabəsi vardır.
Üçüncü
qəbiristanlığın yaşı yuxarıda adı qeyd olunan qəbiris-
tan
lıqlara nisbətən çox azdır. Yaşayış olan ərazinin şımal hissəsin-
də, dağın döşündə kəndin “Xıdırzində baba” ilə üzbəüz olan yerində
salınıb. Burada hal-hazırda dünyasını dəyişən insanlar dəfn olu-
nurlar.
Dostları ilə paylaş: