|
Zakir bayramli2018-997
II BÖLMƏ
TARİXİ YADDAŞLARDA DAŞLAŞMIŞ
ULU ŞABRAN
(QƏDİM ŞABRAN ŞƏHƏRİ VƏ ONUN
ƏTRAFINDAKI ŞƏHƏRLƏR VƏ KƏNDLƏR
BARƏDƏ DÜŞÜNCƏLƏR – BEŞİNCİ MƏQALƏ)
S
ən Şərq ilə Qərbin qapısı oldun,
Artdıqca şöhrətin göyə ucaldın.
Xain düşmənləri lərzəyə saldın,
Elin igid qızı, oğlusan, Şabran,
Süfr
əsi bərəkət dolusan, Şabran.
26
ŞABRANIN UQAH KƏNDİ ANA VƏTƏNİN
BİR FÜSUNKAR GUŞƏSİDİR
Mən tarixçi deyiləm, iqtisadçıyam. Ancaq “Şabranın Herodotu”
Nurbala müəllim sağlığında həmişə söhbət zamanı deyərdi ki, onun
ən sevimli şagirdi olmuşam. O, orta məktəbdə üç il tarix fənnindən
mənə dərs demişdi. Demək olar ki, bu gözəl və bacarıqlı pedaqoq
Vətənimizi, torpağımızı və xalqımızı bizə sevdirməklə yanaşı, öz milli
tariximizə də hörmətlə yanaşmağı, onu göz, bəbəyi kimi qoruyub
inkişaf etdirməyi öyrədirdi.
Əziz müəllimimin öyüd-nəsihətini əsas tutaraq mən 10 ildən
çoxdur ki,
Şabranın tarixini yaşatmaq və gələcək nəsillərə ötürmək
kimi nəcib bir arzumun reallığa çevirilməsi üçün səy göstərirəm.
Sanki bu yolda çətin sağalan bir “xəstəliyə” tutulmuşam. Bu barədə
neçə dost-tanışa, hətta həkimə belə müraciət etsəm də, onların cavabı
və son sözü bu olub: “Bu azar çox ciddi bir problemli məsələdir.
Bunu dava-
Dostları ilə paylaş: |
|
|