Zakir bayramli


Mən əvvəlcə yazacağım məsələnin mövzusu barədə iki ay



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə12/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   8   9   10   11   12   13   14   15   ...   348
2018-997

Mən əvvəlcə yazacağım məsələnin mövzusu barədə iki ay 
əvvəlcədən suallarımı yazıb ona verdim. O, verdiyim sualların demək 
olar ki, hamısına şifahi cavablar hazırladı. Mən iki dəfə onunla 
yenidən görüşüb bu kənd haqqında onun bildiklərini yazıya 
köçürdüm. H
ətta yenidən ona kənd barədə iyirmiyəcən əlavə sual da 
ünvanladım. Nəhayət, onun böyük zəhmətlə toplayıb mənə verdiyi 
həmin məlumatlardan bu yazıda geniş istifadə edə bildim. 
TANIŞLIQ: 
Hacı Şəmsəddin Abdulsalam oğlu Məmmədov 
1942-
ci ilin yanvar ayında Şabran (keçmiş Dəvəçi) rayonunun Uqah 
kəndində ziyalı ailəsində anadan olub.
Atası Abdulsalam Şəmsəddin oğlu Məmmədov 1918-ci ildə 
həmin kənddə doğulub. İlk iş fəaliyyətinə Uqah kəndində başlayıb. 
1942-1945-
ci illərdə İkinci Dünya müharibəsində iştirak edib. Orada 
kapitan rütbəsinədək yüksəlib. Müharibədən sonra Dəvəçi qəsəbə 
keçmiş S.M.Kirov adına orta məktəbdə tarix müəllimi işləyib. 
Az
ərbaycan KP Dəvəçi Rayon Komitəsində əvvəlcə təlimatçı, sonra 
təşkilat şöbəsinin müdiri olub. 1950-1954-cü illərdə rayonda çap 
olunan “Yüksəliş” qəzetinin redaktoru vəzifəsində çalışıb. 1954-1955-
ci illərdə Azərbaycan KP Dəvəçi PK-da əvvəlcə katib, 1955-1957-ci 
illərdə isə II katib işləyib. 1957-1960-cı illərdə Dəvəçi rayon XDS İK-
nin sədri olub. 1961-1966-cı illərdə Dəvəçi rayon XDS İK-nin sədr 
müavini vəzifəsində işləyib.
1966-
cı ilin oktyabrında 48 yaşında qəflətən ürək xəstəliyindən 
vəfat edib. Abdulsalam müəllim Vətənə, el-obaya layiq olan yeddi 
oğul övladı böyüdüb, boya-başa çatdırıb. Onlardan 
böyük oğlu 
Əlikram Məmmədov Azərbaycan Politexnik İnstitutunda 50 il 
fasiləsiz müəllim işləyib. Fizika-riyaziyyat elmləri namizədidir. 
“Tərəqqi”medalı ilə təltif edilib.
Oğlu Akif orta məktəbdə mənimlə sinif yoldaşı olub. Ali təhsilli 
inşaatçıdır, respublikanın tanınmış sənaye tikintilərinin ərsəyə gəlmə-
sində böyük əməyi olub. Uzun müddət Bakı şəhərindəki müxtəlif 
təyinatlı sənaye obyektləri inşa edən tikinti idarəsinin rəisi işləyib.
Oğlu Rafiq Azərbaycan İnşaat Universitetində müəllim işləyir. 


28 
Fizika-
riyaziyyat elmləri namizədidir və s. 
Şəmsəddin Məmmədov 1942-ci ildə ailəsi ilə birlikdə Dəvəçi 
şəhərinə köçüb. 1949-1959-cu illərdə ümumi orta təhsilini Dəvəçi 
qəsəbə keçmiş S.M.Kirov adına orta məktəbdə alıb. 1959-1962-ci 
illərdə Quba Kənd Təsərrüfatı Texnikumunda təhsil alaraq oranı 
bitirib. 
1962-1965-
ci illərdə Abşeron Rayon Komsomol Komitəsində 
təlimatçı, 1965-1967-ci illərdə Dəvəçi rayonunun Sovet Konistitu-
siyası sovxozunda aqranom, 1967-ci ildən 1978-ci ilə kimi Siyəzən 
18 saylı Yol İstismar İdarəsində iş icraçısı, 1978-1981-ci illərdə 
Sovet Konistitusiyası sovxozunun partiya komitəsinin katibi,1981-
1996-
cı illərdə Siyəzən 4 saylı Yol Tikinti İdarəsinin rəisi, 1996-
2001-
ci illərdə Dəvəçi 4 saylı Yol Tikinti İdarəsinin rəisi vəzifə-
lərində çalışıb.
7 övladının hamısı ailəli, oğul-uşaq sahibidir. Ş.Məmmədovun 
15 nəvəsi, 1 nəticəsi var. 
2007-
ci ildə müqəddəs Həcc ziyarətində olub. Hacı Şəmsəddin 
hal-
hazırda təqaüddədir. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə