Zakir bayramli


dərmanla, cərrahi üsulla qəlbdən, yaddaşdan silib götür-



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə11/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   7   8   9   10   11   12   13   14   ...   348
2018-997

dərmanla, cərrahi üsulla qəlbdən, yaddaşdan silib götür-
mək olmaz. Sən gərək bildiklərini, eşitdiklərini mütləq ağ kağıza 
köçürəsən. Oxuyub-bildiklərini, görüb-götürdüklərini axıracan 
yazıb ürəyini boşaltmalısan ki, bu xəstəliyin bir qədər yüngülləşə”. 
Mən də dostların və həkimin dediyi həmin sözlərə inanıb neçə illərdir 
ki, rayonu
muzun qədim Şabran şəhəri, Pirəbədil, Əhmədbulağı, 
Sumaqov
a, Pirəmsən, Şahnəzərli, Gəndov, Çayqaraqaşlı, Hacıqara-
qaşlı, Dağbilici, Xəlfələr, Nohurlarvə s. kəndlər haqqında tarixi mən-
bələrə və həmin kəndlərdə yaşayan ağsaqqallardan və ziyalılardan 
eşitdiyim, onlardan aldığım məlumatlara əsaslanıb öz kitablarımda 
bu yaşayış yerləri haqqında müsahibələr və diğər yazılar vermişəm. 
Bu kitabımda isə rayonumuzun qədim dağ kəndi Uqah haq-
qında bildiklərimi və eşitdiklərimi oxucularla bölüşdürmək istəyirəm. 
Yazı çapa hazırlanarkən bir sıra rəsmi məlumatlarla yanaşı, həmin 
kənddə anadan olmuş, hazırda Şabran (keçmiş Dəvəçi) şəhərində 
yaşayan Hacı Şəmsəddin Abdulsalam oğlu Məmmədovdanda əlavə 
məlumat almaq istədim. Qocalıq mərhələsinə təzəcə qədəm qoymuş 
75 yaşlı bu insanla bir neçə ay bu barədə çoxlu sayda söhbət etdim. 
Onunla 
müntəzəm əlaqə saxladım, mehriban danışdım, işin düzəl-
məsi üçün dilimi işə saldım. Fikirimin məğzini ona bildirdim. 


27 
Əvvəlcə razılıq vermədi ,lakin mənim qırsaqqız olub ondan əl 
çəkməyəcəyimi gördükdə, sonradan həmin kənd haqqında yazmaq 
üçün mənə köməklik göstərəcəyinə söz verdi.

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə