ÇIRAQQALA
Açdım varaq-varaq ötən tarixi,
İllərin üstünü örtən tarixi.
Arayıb axtardım itən tarixi,
B
əlkə keçmişindən bir soraq ola,
S
ənin neçə yaşın var, Çıraqqala?!
Durmusan sıldırım qaya başında,
Bir dağ vüqarı var dayanışında.
Diz çöküb
ən azğın illər qarşında,
Salmısan tarixdən çox varaq yola,
S
ənin öz tarixin var, Çıraqqala.
M
əkanın sökülməz, çökülməz qaya,
Bu yerd
ə bürclərin verib boy-boya.
Arxa, dayaq oldun el
ə, obaya
Qoymadın yurduma yad maraq sala.
Yenilm
əz vüqarın var, Çıraqqala.
Bir qolun X
əzərin ləpələrində,
Biri Baba dağın təpələrində.
Gilgilçay s
əddinin pillələrində,
Düşdün zaman-zaman oturaq hala.
S
ənin neçə yaşın var, Çıraqqala?!
Elin keşikçisi, xəbər qalası,
Düşməni qorxudan xətər qalası.
Son döyüş meydanı, zəfər qalası,
Zamanı nə sayaq qaytaraq dala?
Sin
əndə xəbərlər var, Çıraqqala.
V
ətənin qaranlıq, zülmət halında,
Çırağa dönmüsən elin yolunda.
X
əyanət olmayıb bu amalında,
Azıb düşməmisən sən qıraq yola.
Andın, sədaqətin var, Çıraqqala.
19
De, hansı memarın, hansı ustanın,
Əliylə hörülüb ömür dastanın?
Yen
ə “Şabran” adlı qədim ostanın,
Olmusan yolunda çılçıraq qala.
S
əndə şəfa suyu var, Çıraqqala.
N
ə vaxtdır dünyanın marağındasan,
Neç
ə yüz illərin sorağındasan.
F
əqət uçurumun qırağındasan,
Qaytaran yox s
əni o abad hala.
S
ənin neçə yaşın var, Çıraqqala?
DARIXMIŞAM
Neç
ə vaxdır çatmır mənə nübarı,
Ür
əyimdə kök bağlayıb qubarı.
Yağı düşmən dərir bağdan “ o barı”,
K
əhər atlar həsrət qalıb qırmanca,
Şuşa üçün darıxmışam yamanca.
Unudulub göz
əl Turşsu yaylağı,
Qan axıdır gözdən İsa bulağı.
Viran qalıb Xan qızının oylağı,
Çatmır ora hələ səsim, harayım,
Şuşa üçün gərək yollar arayım.
20
Əcdadların izi qalıb o yerdə,
Neç
ə düşmən gözü qalıb o yerdə .
“ Molla P
ənah” sözü qalıb o yerdə,
Xarı bülbül fəqan edir qəfəsdə,
“Şuşa” deyir ölərkən son nəfəsdə.
Sapındılar atlar “Cıdır düzü “ndən,
Yayındılar oxlar düşmən gözündən.
M
əğlub olduq arxasızlıq üzündən,
Yağıların qanın töküb içmədik,
Şuşa üçün canımızdan keçmədik.
M
ən qəlbimi Qarabağda qoymuşam,
V
ətənimdə qaçqın, sürgün olmuşam.
H
əsrət dolu günlərimdən doymuşam,
Xanın kəndi hər gün yada salınsın.
Şuşa üçün zəfər marşı çalınsın.
O yerl
ərə yenə sahib olaq biz,
Yurdumuzu düşmənlərdən alaq biz.
Xainl
əri gərək oda salaq biz,
Az
əriyik, od səbrimiz tükəndi,
Bizimkidir Şuşa ilə Xankəndi!
Dostları ilə paylaş: |