12
Qeyd etməliyəm ki, bu kitabında da dünyanın 11 növ iqlimin-
dən 9-na malik olan füsunkar Azərbaycan təbiəti Zakir Bayramlı
yaradıcılığının şah mövzularındandır. Demək olar ki,
onun əsas
yaradıcılıq obyektidir. Şair-publisistin ilham mənbəyinin mayası
olan ana təbiətin gözəlliklərinə yazdığı şeirlərində bu məqsədinə
bi
ganə qala bilməyib. Əsrarəngiz doğma təbiətimizi sevə-sevə öz
əsərlərində sözün bədii boyaları ilə tərənnüm etməyə çalışıb.
Müəllifin “Təbiətə səyahət” şerindən bir parçanı oxuculara təqdim
etməklə onu əyani şəkildə göstərək:
Ana t
əbiətdə nələri gördüm,
Heyranı olduğum yerləri gördüm.
Keçdim şəlaləli dağ çaylarından,
Yol aldım dağların dolaylarından.
Rast oldum suları buz bulaqlara,
Baxdım başı qarlı, buzlu dağlara.
Çoxdur t
əbiətdə sonalı göllər,
Düzl
ərdə, dağlarda suları “göylər”.
Mavi d
ənizlərə axan çayların,
Saxlaya bilm
ədim yadda sayların.
H
ələ çox sirrini aça bilmədim,
Sehrind
ən yayınıb qaça bilmədim…
Müəllifin kitabının “Vətənin tərənnümü” adlı
birinci
bölməsində “Gör nə gözəldir” şeiri xüsusi yer tutur. Əsərdə
Azərbaycan adlı cənnət məkanın gözəlliklərini o, şeiriyyətin dili ilə
belə nəzmə çəkib:
Dostları ilə paylaş: