39
-
Deməli, babacan mən Uğurun iki anası varmış. Evdə əsl
anam, burada isə bilik və tərbiyə mənbəyi olan Ana məktəbimiz.
Doğrudurmu?
-
Bəli, oğlum, bu məktəb sənin ikinci anandır.
Müasir
tələblərə cavab verən tam orta təhsil və mükəmməl tərbiyə almadan
həyatda heç bir sənətdə və peşədə uğur qazanmaq olmaz.
-
Oldu babacan, məsləhətinizə görə çox sağ olun. Artıq zəngin
vurulmasına az qalıb. Söhbətim isə bununla bitmir.Gələcəkdə yenə
sizin məsləhətlərinizə ehtiyacım olacaq. Mütləq sizi axtarıb tapaca-
ğam. Onda yenə mənə kömək edərsinizmi? - deyib uşaq mənimlə
xüdafizləşərək iti addımlarla məktəbə sarı irəlilədi.
-
Niyə etmirəm, mənim balam? Öz məsləhətləri ilə insanlara
kömək etmək mənim kimi bütün ağsaqqalların, xüsusilə babaların
borcudur.
Oğlan qabaqda, mən isə arxada məktəbin əsas giriş qapısın-
dan içəri girdik. O, öz oxuduğu sinfə, mən isə pilləkənlə iş dalınca
məktəbin ikinci mərtəbəsinə qalxdım. Lakin təzəcə dostlaşdığım bu
kiçik məktəbli oğlanla keçirdiyim bu qısa söhbət uzun müddət
mənim yaddaşımdan silinmədi. Deyəsən Uğur adı
çox xoşuma
gəlmişdi. Ona görə ki, bu ad indi yazacağım kitabımın adını
bəzəyirdi.
2. UĞUR QAZANMAĞIN ASAN YOLU YOXDUR
Uğur
qazanmaq yolu - çətin, hər adamın əlinin çatmadığı
zirvədir. Bu arzu və istəyə nail olmaq üçün gərək gecə-gündüz
çalışıb-vuruşasan. Zəhmətdən uzaq qaçmayıb qorxmadan və
çəkinmədən onu özünə ən yaxın dost, sirdaş seçəsən. Gərək həm də
zəngin biliyə və bacarığa malik olasan.
Yüz dəfə ölçüb bir dəfə
biçməlisən ki, səhvə yol verməyəsən. Ağıllı başla düşünüb- daşın-
malısan ki, qəbul etdiyin qərarlar havadan asılı qalmayaraq mütləq
icra olunsun. Nəticədə onlar sənə xeyir əvəzinə ziyan gətirməsin.
Dostları ilə paylaş: