Zakir bayramli


-  Elə durduğumuz yerdən, bu yolda atacağın ilk addım-



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə19/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   15   16   17   18   19   20   21   22   ...   348
2018-997


Elə durduğumuz yerdən, bu yolda atacağın ilk addım-
dan, məktəbinizin giriş qapısından, sinif otaqlarından. Bax gör-

yün bu möhtəşəm və səliqəli bilik məbədindən. Artıq 45 ildir 
ki, bu yaraşıqlı təhsil ocağından uğura gedən yollar özünün ilk 
başlanğıcını, yəni “start” xəttini elə buradan, mən sizə söylə-
diyim yerdən götürüb. 


39 

Deməli, babacan mən Uğurun iki anası varmış. Evdə əsl 
anam, burada isə bilik və tərbiyə mənbəyi olan Ana məktəbimiz. 
Doğrudurmu? 

Bəli, oğlum, bu məktəb sənin ikinci anandır. Müasir 
tələblərə cavab verən tam orta təhsil və mükəmməl tərbiyə almadan 
həyatda heç bir sənətdə və peşədə uğur qazanmaq olmaz. 

Oldu babacan, məsləhətinizə görə çox sağ olun. Artıq zəngin 
vurulmasına az qalıb. Söhbətim isə bununla bitmir.Gələcəkdə yenə 
sizin məsləhətlərinizə ehtiyacım olacaq. Mütləq sizi axtarıb tapaca-
ğam. Onda yenə mənə kömək edərsinizmi? - deyib uşaq mənimlə 
xüdafizləşərək iti addımlarla məktəbə sarı irəlilədi. 

Niyə etmirəm, mənim balam? Öz məsləhətləri ilə insanlara 
kömək etmək mənim kimi bütün ağsaqqalların, xüsusilə babaların 
borcudur. 
Oğlan qabaqda, mən isə arxada məktəbin əsas giriş qapısın-
dan içəri girdik. O, öz oxuduğu sinfə, mən isə pilləkənlə iş dalınca 
məktəbin ikinci mərtəbəsinə qalxdım. Lakin təzəcə dostlaşdığım bu 
kiçik məktəbli oğlanla keçirdiyim bu qısa söhbət uzun müddət 
mənim yaddaşımdan silinmədi. Deyəsən Uğur adı çox xoşuma 
gəlmişdi. Ona görə ki, bu ad indi yazacağım kitabımın adını 
bəzəyirdi.
2. UĞUR QAZANMAĞIN ASAN YOLU YOXDUR 
 
Uğur qazanmaq yolu - çətin, hər adamın əlinin çatmadığı 
zirvədir. Bu arzu və istəyə nail olmaq üçün gərək gecə-gündüz 
çalışıb-vuruşasan. Zəhmətdən uzaq qaçmayıb qorxmadan və 
çəkinmədən onu özünə ən yaxın dost, sirdaş seçəsən. Gərək həm də
zəngin biliyə və bacarığa malik olasan. Yüz dəfə ölçüb bir dəfə 
biçməlisən ki, səhvə yol verməyəsən. Ağıllı başla düşünüb- daşın-
malısan ki, qəbul etdiyin qərarlar havadan asılı qalmayaraq mütləq 
icra olunsun. Nəticədə onlar sənə xeyir əvəzinə ziyan gətirməsin.

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə