Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə21/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   17   18   19   20   21   22   23   24   ...   348
2018-997

RƏVAYƏT:
Belə nəql edirlər ki, aslan, canavar və tülkü 
möhkəm dost olurlar. Yeni dostlar aslanı özlərinə rəhbər seçirlər. 
Aslan onlara deyir ki, yaxınlıqdakı meşəyə gedib hərə öz ovunu 
tutub gətirsin. Mənimlə məsləhətləşəndən sonra tutduğumuz həmin 
ovu birlikdə oturub yeyəcəyik. 


41 
Aslan da daxil olmaqla hamı ova yollanır. Çox keçmir ki
tülki bir qaz, canavar bir qoyun, aslan isə bir öküz ovlayıb gətirir. 
Ovun 
üçünü də gətirib ortalığa qoyurlar. Aslan deyir:

İndi biz bu ovu bölməliyik. Ancaq ədalətli olsun deyə mən 
bu işi sizə həvalə edirəm. Hamı tülkünün üzünə baxır. Hiyləgərlik 
donu geymiş tülkü isə acı-acı gülümsəyərək yazıq bir görkəmdə 
yavaşcadan deyir:

Canavar qardaşım məndən yaşca böyükdür. Qoy ovu o 
bölsün. Dünyanın işlərindən xəbər-ətərsiz olan canavar lovğa-lovğa 
irəli yeriyib gətirilmiş ovları bir-bir göstərərək deyir: 

Bəli, mən ovu asanlıqla bölərəm. Burada çətin nə var ki?! 
Tülkü bu qazı gətirib, qoy həmin ov elə onun öz payı olsun. Mən də 
bir qoyun gətirmişəm, o da mənə çatsın. Aslan bir öküz gətirib, o da 
onun yeməyi, vəssalam . 
Bunu eşidən aslan bərk əsəbiləşir. Cəld yerindən sıçrayıb 
cana
varın üstünə hücum çəkir. İti dişləri və caynaqları ilə onun 
dərisini boğazından çıxarır. Bir an içində canavar cəhənnəmə vasil 
olur. 
Tülkü bu faciəli səhnəni görüb o saat özünü yığışdırır və 
vəziyyətin nə yerdə olduğunu yaxşı anlayır. Bir tərəfdən də ovun 
ikinci dəfə bölünməsi məqamı ona yetişir. Canavarın əlindən qəzəb-
lənmiş aslan tülkünün üzünə tərs-tərs baxır. Bunu görən tülkü qor-
xudan əsim-əsim əsir və özünü yıxılmaqdan güclə saxlayır. Böyük 
çətinliklə də olsa, özünü ələ alıb irəli yeriyir. Cəld hiylə dilini işə 
salaraq aslana deyir: 

Burada qəliz nə iş var ki? Mən heç bir çətinlik çəkmədən 
rahatlıqla ovladığımız qəniməti ədalətlə bölə bilərəm. Çox gözəl 
başa düşürəm ki, sən bu meşənin ağasısan. Mənim gətirdiyim bu 
qaz sənin səhər yeməyin, canavarın gətirdiyi bu qoyun sənin axşam 
yeməyin, özünüzün gətirdiyi öküz isə sənin günorta naharın. 
İstədiyi bu xoş sözləri tülküdən eşidən aslan o saat irəli gəldi. 
Tül
künün alnından və başından öpdü, maraqla ondan soruşdu: 
- S
ən bir göz qırpımında bu bölgünü kimdən və necə öyrən-
din? 
Tülkü əvvəlcə bic-bic gülümsündü, sonra isə ölmüş canavarı 
göstərərək: 

Bax, bu gözü çıxmış qardaşımdan. Onun diri-diri dərisi bo-


42 
ğazından çıxanda... 
Xüsusilə, hamilə qadının hamiləlik dövründə qorxu, həyəcan,
əsəb gərginliyi, stress keçirməsi - bir sözlə, tibbi normalara və ha-
mi
ləlik dövrünə xas olan qayda-qanunun gözlənilməməsi nəticə-
sində qeyri-sağlam körpələrin dünyaya gəlməsi halları baş verir. 
Bu
raya həkim biğanəliyini və səhlənkarlığını da əlavə etsək, doğu-
şun gecikdirilməsi, doğuş zamanı körpənin baş nahiyyəsinin, əl- 
ayağının və bədəninin başqa hissələrinin sıxılması, əzilməsi və ya 
ağır formada zədələnməsi də fiziki cəhətdən qüsurlu körpələrin 
dünyaya gəlməsinə səbəb olur. 
Bunun üçün hamilə qadınlar uşaq ana bətninə düşəndən ta 
doğulan anadək dünyaya sağlam körpə gətirmək naminə 9 ay 
ərzində iş, istirahət və normal qidalanma məsələlərinə, xüsusilə 
davranış tərzinə xüsusi diqqət verməlidirlər. Hamilə qadın həmin 
vaxtda ağır iş görməməli, gigiyenik qaydaları gözləməli, tez-tez 
açıq havada olmalı, evdə, işdə və s. yerlərdə olarkən mübahisə və 
dava- 
dalaşdan kənar qaçmalıdır. Bir sözlə, gələcək analar hamiləlik 
müddətində körpəyə ziyan vura biləcək qeyri normal davranışlardan 
tamamilə çəkinməlidirlər. 
İndi də gəlin əvvəlki söhbətimizi davam etdirək. Bizim kita-
bımızın bu bölməsi təhsil sahəsində uğurların necə əldə edilmə-
sindən bəhs edir. Uğur əldə etmək isə çətin yol getmək kimi bir 
şeydir. Uğur hər adama, hər kollektivə qismət olmur. 
Hələ keçən əsrin altımışıncı illərinin əvvəllərində mən tələbə 
ikən məşhur “Kapital” əsərini yazmaqla dünya elminə- iqtisa-
diyyatın inkişafına böyük töhfələr vermiş Karl Marksın əmək və 
zəhmət haqqında söylədiyi belə bir kəlamını müəllimimdən eşit-
mişdim: “ Əyər qızılın istehsalına sərf olunan əmək samanın əldə 
edilməsi kimi asan və ucuz başa gəlsəydi, onda qızıl da saman kimi 
ucuz qiymətə satılardı”. İqtisadi dildə sözün qısası, uğurun da əldə 
edilməsi, qızılın çıxarılması və emal edilməsi texnologiyası kimi 
insanlardan çox zəhmət tələb edir. 
Psixoloqlar hər bir insanın və ya kollekivin uğur qazanması 
üçün aşağıdakı 5 şərtə əməl etməsini vacib sayır: 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə