Zakir bayramli


Dünya psixoloqlarının uğuru necə əldə etmək haqqındakı  düşüncələri isə müxtəlifdir



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə20/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   16   17   18   19   20   21   22   23   ...   348
2018-997

 
Dünya psixoloqlarının uğuru necə əldə etmək haqqındakı 
düşüncələri isə müxtəlifdir.
 
Bəzi
 
psixoloqlar insanların anadan 
olarkən uğurlu və ya uğursuz doğuldularını iddia edirlər. Mən bu 
sahənin mütəxəssisi olmadığıma görə bu məsələyə tam aydınlıq 


40 
gətirə bilmərəm. Lakin 30 ildən artıq bir müddətdə mən az-çox 
astrologiyada insanların taleləri ilə bağlı bürclərlə və illərlə 
maraqlanmışam. Ona görə də belə bir fikrə həm inanır, həm də 
inanmıram. Inanmıram ona görə ki, Allah-Taala bəşər övladı 
sayılan insanı yaradarkən heç bir fərq qoymadan ona baş, bədən, iki 
əl, iki ayaq verir. İnsanlar ana bətnindən gələcəkdə yaşaması üçün 
vacib olan ürək, qara ciyər, böyrək, ağ ciyər, dalaq və s. kimi çoxlu 
vacib orqanlarla birgə doğulur. Xırda istisnalar olmaqla insanlar 
hamı nəfəs almaq, ğörmək, eşitmək, yemək və s. üçün tələb olan 
bütün orqanlarla birlikdə dünyaya gəlirlər. 
 
HAŞİYƏ.
Anadan uşaqların xəstə doğulması geniş anlayış 
olub başqa kitabın mövzusudur. Lakin həkim olmasam da, bu vacib 
məsələdən yan keçməyib qısaca olaraq öz fikirimi bildirmək 
ist
ərdim: Bu vəziyyət əksər hallarda bir çox amillərlə, irsiyyətlə 
(xüsusilə yaxın qohumlarla evlənmə məsələsi ilə) və valideynlərin 
əməlləri, eləcə də hərəkətləri ilə bağlı olduqda baş verir. Həkimlərin 
söylədiyinə görə bir sıra xroniki xəstəliyi olan valideynlərdən və 
qohumla evlənən cütlüklərdən xəstə uşaqların doğulması ehtimalı 
çox yüksəkdir. Həm də hamiləlik dövründə gənc anaların iş, 
istirahət və qidalanma problemlərini düzgün seçməməsi, müxtəlif 
ailə daxili problemlər və münaqişələr sağlam körpənin dünyaya 
gəlməsinə mənfi təsir göstərir. Eləcə də valideynlərin əsəbi və 
münaqişəli həyat tərzi, xüsusilə uşağın atasının siqaret çəkməsi, içki 
aludəçiliyi və narkotik maddələri qəbul etməsi və başqa mənfi hallar 
bu işə kömək edir. İçkiyə qurşanmaq, siqaret çəkmək, narkotik 
maddələri qəbul etmək insanların iradə zəifliyindən və tamahına 
sahib 
olmaması ucbatından baş verir. 
Necə mənim çoxdan eşitdiyim bir rəvayətdə olduğu kimi. 
Əgər əvvəlcədən oturduğu-durduğu dostlarını yaxından tanısaydı və 
tamahına sahib çıxsaydı canavarın dərisi aslan tərəfindən boğazın-
dan çıxarılmaz və özü də o dünyaya göndərilməzdi: 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə