Zakir bayramli


Beləliklə, uğuru-uzun illərin gərgin əməyinin bəhrəsi



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə23/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   19   20   21   22   23   24   25   26   ...   348
2018-997

Beləliklə, uğuru-uzun illərin gərgin əməyinin bəhrəsi
ürəklərdə yığılıb qalmış arzu və niyyətin çin olması, halal əmək 
haqqı, sevinc hissi, xoşbəxtlik, daxili özünə inamın təntənəsi, 
özünü dərkin qələbəsi və s. adlandırmaq olar. 
Son nəticəyə gələn psixoloqlar sözlərinin üstündə möhkəm 
dayanaraq sübut etməyə çalışırlar ki, heç vaxt təsadüfdən həyatda 
uğur qazanmaq olmur. Gözlənilməz təsadüfdən baş verən belə 
hadisə nəticəsində azacıq da olsa, uğur əldə edilibsə, belə yolla 
qazanılan uğur etibarlı və davamlı ola bilməz.
Onların qeyd etdiyinə görə
 
biz əvvəlcə uğur qazanmaq 
fikirlərini şüurumuzda yerləşdirərək onu orada maqnitləşdir-
məliyik. Sonra emosiyalar vasitəsilə onları ürəkdə yerləşdirərək 
yenidən maqnitləşdirmə yolunun davamını seçirik. Bu maq-
nitlər bizə hədsiz dərəcədə güc-qüvvət verir və onlar qarşıya 
qoyulmuş hər hansı öhdəlik və vəzifələri yerinə yetirmək üçün 
bütün insanları (kollektivi) səfərbər etməyə münbit şərait 
yaradırlar. 
Uğurlara gedən yollardan cöz-söhbət düşmüşkən rayonumuz-
da bu işdə yeganə olan məktəb-liseyin təhsil sahəsində qazandığı 
nailiyyətlər barədə söhbətimi davam etdirmək lap yerinə düşər. 
Azərbaycan xalqının qədimdən belə bir deyimi var: “Qələbə birlik-
dədir”. Şabran (keçmiş Dəvəçi) şəhər Azərbaycanın Milli Qəhrə-
manı R.Yusifov adına 2 №-li texniki fənlər təmayüllü məktəb- 
liseyin də kollektivinin birliyi, mətinliyi və əzmkarlığı olmasaydı, 
onlar təhsil sahəsində bu günkü möhtəşəm uğurlara imza ata 
bilməzdilər. 
Mən çox fikirləşdikdən sonra qərara aldım ki, həqiqətən də, 


45 
rayonumuzun ən möhtəşəm və qabaqcıl tədris ənənələrini özündə 
birləşdirən bu təhsil ocağı haqqında kitab yazmağa dəyər. Dedim ki, 
qoy ürəyimdə və yaddaş xəzinəmdə yığılıb qalmış həmin məktəb 
haqqında gördüklərimi,eşitdiklərimi və oxuduqlarımı yazıya 
köçürüm. Və başladım “Uğurlara gedən yollar” adlı sayca 
doqquzuncu kitabımı yazmağa. Çoxları eşidib dedi ki, əzizim ağlını 
başına yığ, artıq sənin kitab yazan vaxtın çoxdan ötüb-keçib. Sən 
indi yalnız özün haqqında düşünməlisən. Hər gün yaxşı-yaxşı 
dincəl. Özünü istiyə-soyuğa vermə, çox dərindən düşünüb başını 
xarab eləmə. Yemək-içməyinə, dava-dərnanına ciddi fikir ver, otur 
evində, vəssalam. 
Mən, məni qınayanlarla, mənə “düz” yol göstərənlərlə heç cür 
razılaşmadım. Dedim ki, mənim qəlbim və qələmim mənə diktə 
eləyib deyir ki, bu işdə öldü var, bir addım da geri döndü yoxdur. 
Sən mütləq rayonumuzun təhsilində yetərincə nailiyyət qazanan bu 
məktəb-lisey haqqında mütləq ayrıca kitab yazmalısan. Mənimlə 
bərabər bu işdə gecə-gündüz hər çətinliyə, əzab və əziyyətə qatlaşan 
qələmim də bu işə “hə” dedi. O yeganə yaxınım: mənim həm 
dostum
, həm yoldaşım, həm qardaşım və sirdaşım kimi bu 
təklifimə birinci səs verdi. 
Düzünü deyim ki, bu günə kimi mən qələmimin işindən və 
əməllərindən narazı deyiləm. Altımış ildən çoxdur ki, o mənimlə 
birlikdə çalışır, vuruşur, mənim dərk etdiyimi, başa düşdüyümü, 
oxudu
ğumu, gördüyümü və dediyimi yazıb. Özü də düz və sərrast 
olduğu kimi (M.Ə.Sabir demişkən “düzü-düz, əyrini-əyri”) yazır.
Heç vaxt məni danlanmağa, ayağımın büdrəməsinə yol verməyib. 
Yalnız bunu deyə bilərəm ki, Allah-Taala onu nadan, paxıl və 
qısqanc insanlardan, mərdiməzardan, bədnəzərdən və başqa şər 
qüvvəllərdən qorusun. Yazdığı sözü-söhbəti heç vədə tükənməsin, 
heç vədə yazısının qiymətini,hörmətini, kəsərini itirməsin.
Mənə dostdan və qardaşdan da etibarlı olan, sanki sədaqət 
andı içmiş qələmim mənimlə birgə Vətəninə, torpağına, xalqına, 
millətinə və dövlətinə “son nəfəsinə kimi“ layiqlə və şərəflə xidmət 
etsin. Tutduğu bu düz, aydın, işıqlı və rahat bədii yaradıcılıq yolunu 
axıra kimi inamla, uğurla və şərəflə, heç bir təhlükə ilə üzləşmədən 
davam etdirsin: 


46 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə