Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə22/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   18   19   20   21   22   23   24   25   ...   348
2018-997

1.
 
Xarici al
əmlə açıq əlaqə saxlamalı. 
2.
 
Bütün hallarda aktiv h
ərəkət göstərməli. 


43 
3.
 
Uğur qazanmaq üçün bütün problemlərin həlli yolunda 
heç bir ç
ətinlikdən qorxmamalı.
4.
 
Uğur qazanmaq kimi möhtəşəm arzunun reallaşdırılması 
üçün güclü ist
əyə (yəni həvəsə) nail olmalı .
5.
 
Optimizm. 
Əgər pedaqoji kollektivdə, və ya məktəbdə çalışan istənilən 
pedaqoji işçidə bu meyyarlar varsa, onda işdə uğur qazanmaq işi 
qat-qat asan olar. 
3. UĞUR MAQNİTİ 
 
Psixoloqlar bir daha qeyd edirlər ki, uğur qazanmaq istəyi 
güclü olan insanlar istər sağlam düşüncə tərzinə, istərsə də emo-
siyaların coşqunluğuna görə başqalarından köklü surətdə fərqlənir-
lər. Qəribə burasındadır ki, belə adamlar ilk uğur baş verən dəqiqə-
lərədək təsadüf edilən “uğursuz hallara” ciddi əhəmiyyət vermirlər. 
Onlar damla-
damla uğurun əldə edilməsinə möhkəm iradə və 
səbrlə yanaşırlar. Bu işdə tələsmir, yüz ölçüb, bir biçirlər. Bura-
xılan səhvə çox adi məsələ kimi baxırlar. Heç vaxt ovqatlarını 
pozmurlar 
və ruhdan düşmürlər. Bir sözlə, yaranmış ilk 
uğursuz vəziyyətdən ciddi peşmançılıq hissi keçirmirlər. 
Açığını 
desək, ilk uğursuzluğu faciəyə çevirmirlər. Bu məcələdə çox 
ehtiyatlı tərpənib səbr və dözüm nümayiş etdirirlər. Onlar həvəsdən 
düşmür və tələsik qərar verməyə cəhd göstərmirlər. Əldə edilmiş bir 
və ya iki kiçik uğurdan sonra isə ağızdolusu bu mövzuda söz 
açmağı, tez-tez danışmağı sevirlər. Artıq bəxtlərinin gətirdiyini, 
bundan sonra onların gələcəkdə uğur qazanacağı yolların çoxdan 
açıq və aydın olduğunu söyləyirlər: 
HAŞİYƏ.
Deyirlər ki, uğur şahlıq quşu kimi bir şeydir. Hə-
min quş bir dəfə bir yerə qondu, daha orada uğur əlindən tərpənmək 
olmur. Hətta, bəzi din adamları onun mələk olduğunu da iddia 
edirlər. Əgər uğur bir dəfə bir insanı, bir evi- eşiyi, ocağı, eli-obanı 
tanıdı, istənilən vaxt oradan asanlıqla cıxıb gedəsi deyil. Uğur 
maqniti daim bütün istədiyin uğurları o yerə, o ocağa çəkib 
gətirəcək. Bir şərtlə ki, zəhmət, saflıq və haqq-ədalət o yerdə həmişə 
gözlənilsin və sevilsin. Zəhmətkeş insanların əməyi öz dəyərini 


44 
alsın, onların hüquq və mənafeləri qorunsun. Orada əmin-amanlıq 
olsun. Böyük-
kiçiyə qiymət verilsin, ağsaqqal nəsihəti, ağbirçək 
öyüdü eşidilsin. Elin-obanın adət və ənənəsinə, qayda-qanununa 
əməl edilsin, əxlaqın və dinin qaydaları gözlənilsin. Hamı tənbəllik 
etmədən hər şeyi öyrənməyə çalışsın. Müasirliyə, yeniləşməyə, 
zəngin dünyəvi biliklərə can atılsın, haqq-ədalət tam qorunsun. 
İnsaf, mürvət və mənəvi təmizlik daim gözlənilsin. Bəli, onda uğur 
maqniti heç vaxt gücdən düşməyəcək və o yeri tərk edib
g
etməyəcəkdir. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə