Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə25/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   21   22   23   24   25   26   27   28   ...   348
2018-997

yaz fəsli
haqqında qısaca da olsa oxucularımıza məlumat 
verəcəyəm. 
Dünyamızda yaşayan bütün insanlara xoş ovqat bəxş edən, 
onlara ruzi-
bərəkət gətirən yaz fəslinin gəlişi həmişə mənə böyük 
sevinc gətirib. Elə bil ki, hər yaz gələndə mən dünyaya təzədən gəl-
mişəm. Ruhum təzələnib, həvəsim və istəyim coşub-daşıb, ovqatım 
düzəlib, özümü çox qıvraq hiss etmişəm. Sanki mənim ədəbi yara-
dıcılığımın ən barlı dövrünün də çox hissəsi yaz fəslinə təsadüf 
edib. Belə hesab edirəm ki, dünyanın heç bir yeri yaz fəslini
11 iqlim
dən 9-nu özündə birləşdirən Azərbaycan torpağı qədər öz 
təbii gözəllikləri ilə cazibədar və füsünkar formada qarşılaya 
bilməz. 
Elə bil bu ulu diyar oz zümrüd gözlü meşələri, yaşıl çəmən-
likləri, laləli düzləri, güllü-çiçəkli yamacları ilə laləzara bənzəyir və 
əsl cənnəti xatırladır. Bu gözəllikləri seyr edən insan isə ona 
sona
dək baxa bilmir, sanki ağlı başından çıxır, məst olur. Tər 
güllərin, çiçəklərin bihuşedici ətri sanki adamın üzünə işıq seli kimi 
səpələnir. Ruhunu coşduraraq yerindən oynadır, ağlını sanki başın-


48 
dan alır. Mən də təbiətin belə gözəl anlarına biğanə qala bilməyib 
dünyamıza yazın gəlişinə öz yaradıcı münasibətimi bildirmişəm. 
Aşağıdakı şeirimdə onun gəlişini sözün incə çalarları və bədii 
boyaları ilə belə tərənnüm etmişəm: 
DÜNYAMIZA YAZ GƏLƏNDƏ
Qış yığışar, köç eyləyər, 
Gün
əş göydən zər ələyər. 
Quzeyl
ər də güneylənər, 
Dünyamıza yaz gələndə. 
Qar 
əriyər buxar olar
Suya dönüb axar olar. 
H
ər yan axar-baxar olar, 
Dünyamıza yaz gələndə. 
Yağış yağar narın- narın, 
Bağlar içər, verər barın. 
Əsirgəməz torpaq varın, 
Dünyamıza yaz gələndə. 
Yaşıllıqlar örtər yeri, 
Bolluq olar müjd
ələri, 
Köç
ən quşlar dönər geri
Dünyamıza yaz gələndə. 
Güll
ər açar, ləçəklənər, 
Dağlar, düzlər göyçəklənər. 
Çox arzular gerç
əklənər, 
Dünyamıza yaz gələndə. 
Duman qalxar, dağ görünər, 
T
əzələnər həm ömürlər. 
Gec
ə-gündüz tən bölünər, 
Dünyamıza yaz gələndə. 


49 
F
əsillərin yazı yaxşı, 
Göz
əl olur hər naxışı. 
Zakirin var öz baxışı,
Dünyamıza yaz gələndə. 
Yaz haqqında şair qəlbli müdrik Azərbaycan xalqı ta qədim 
zamanlardan coxlu atalar sözü yaradıb. Bu atalar sözlərinin yaşının 
min ill
ərlə hesablanmasına baxmayaraq bu gün də öz aktuallığını 
z
ərrə qədər itirməyib. Ancaq bu kitabda onların hamısını toplayıb 
verm
ək imkanımız xaricindədir. Məhz ona görə də həmin atalar 
sözl
ərinin kiçik bir hissəsini bu yazıya daxil edə bildik: 
Yaz g
ətirər, qış aparar. 
Yaz 
əkinçi, qış dilənçi. 
Yazda başı bişənin qışda aşı bişər. 
Yaz bitir
ər,yay yetirər, payız gətirər, qış itirər. 
Yaz yağışından bəlli, qız qardaşından. 
Yazda ayransız olma, qışda yorğansız. 
Yaz gününd
ə tərləməyən, qış günündə tərləyər. 
Yazda yatan, 
qışda üşüyər. 
Yaz var, qış var, nə tükənməz iş var. 
Yaz kasıbın yorğan döşəyidir. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə