Zakir bayramli


O, təhsili millətin gələcəyi adlandırırdı



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə33/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   29   30   31   32   33   34   35   36   ...   348
2018-997

O, təhsili
millətin gələcəyi adlandırırdı.
Onu dövlətin, 
ölkənin, cəmiyyətin həyatının mühüm sahəsi hesab edirdi. Ulu 
Öndərin keçən əsrin 70 və 80-ci illərində keçmiş Sovet dövründə ali 
təhsil alan gənclərimizə yüksək qayğı ilə, böyük həssaslıqla yanaşırdı. 
O
nları keçmiş İttifaqın ən tanınmış və nüfuzlu ali məktəblərinə 
oxumağa göndərməsi sonradan müstəqillik dövrünə keçid zamanı öz
gözəl faydasını verdi. 
Hazırda respublikamızda təhsil öz xoşbəxt anlarını yaşayır. 


64 
Təhsilimiz dünyadakı təhsil standartlarına uyğun qurulur və inkişaf 
etdirilir
. Artıq Azərbaycanda iqtisadi vəziyyət ildən-ilə normallaşdıqca 
təhsilin bütün pillələrinə dövlət qayğısı yüksəlib. Dünyada maliyyə 
böhranının və infilyasiyanın at oynatmasına baxmayaraq, respublika-
mızda bu sahəyə ayrılan büdcə vəsaitləri ildən-ilə artırılır. Məktəb və 
uşaq bağçaları üçün yeni binalar tikilir. Onların texniki bazası 
möhkəmləndirilir. Təmirə ciddi ehtiyacı olan mövcud binalar isə 
dövlət büdcəsi və ya digər özəl mənbələr hesabına keyfiyyətli formada 
əsaslı təmir olunur. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə
diqqət və qayğısının ildən-ilə artması, onun bu nəhəng strateji sahəyə 
güclü dəstək olması təhsilin gələcək inkişafından xəbər verir. Hər il
respublikamızda onlarla məktəb, məktəbəqədər və məktəbdənkənar 
uşaq müəssisələri üçün yeni binalar inşa edilir. Hörmətli Prezidentimiz 
İ.Əliyevin respublikamızda məktəb və digər tədris müəssisələrinin 
binalarının təməlqoyma və başa çatan tikintilərinin açılışı mərasim-
lərində şəxsən iştirak etməsi də dövlət başçısının bu mühüm sahəyə 
yüksək qayğı və həssaslıqla yanaşmasını sübut edir. 
Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların 
təhsil hüququ 42-ci maddənin beş yarımmaddəsində geniş şərh 
edilmişdir. Bunlara: Azərbaycanda yaşayan hər bir vətəndaşın təhsil 
almaq hüququnun olması, dövlət tərəfindən icbarı ümumi orta təhsil 
almaq hüququnun təmin edilməsi, təhsil sisteminə dövlət tərəfindən 
nəzarət olunması, maddi vəziyyətdən asılı olmayaraq istedadlı 
şəxslərin təhsillərini davam etdirilməsinə dövlət tərəfindən zəmanət 
verilməsi və minimum təhsil standartlarının müəyyən olunması 
maddələri aiddir. 
Təhsil vermək, öyrətmək, yəni müəllim peşəsi tarixən savab və 
müqəddəs bir iş hesab olunub. Sevimli peyğəmbərimiz Həzrəti 
Mühəmməd Əleyhissalamın hədislərinin birində deyilib: “ Bir saat elm 
öyrənmək altımış illik ibadətdən xeyirlidir”. 
Lakin xeyirli olmasına və ümumibəşəri əhəmiyyət daşımasına 
baxmayaraq “öyrətmək”, yəni müəllim peşəsi çox çətin və xüsusi 
xarakterli işdir. Bu peşə barədə Azərbaycan Respublikasının Əmək 
Məcəlləsinin 93-cü maddəsinə əsaslanaraq deyə bilərəm ki, o “yüksək 
həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın 


65 
səhhətinə mənfi təsir göstərən

peşələr siyahıına daxil edilib. Mütə-
x
əssislər tərəfindən bu peşənin çətinliyi və ağırlığı nəzərə alınaraq 

əllimlər üçün həftədə 36 saatdan artıq olmamaq şərtilə qısa iş günü 

əyyən edilib. Həmin məcəllənin 118-ci maddəsinə görə müəllim 
peşəsində çalışanlar üçün ildə bir dəfə olmaqla 56 təqvim günü əmək 
m
əzuniyyəti müddəti nəzərdə tutulmuşdur. 
Adı dünyanın ən məşhur pedaqoqları sırasında hörmətlə çəkilən 
görk
əmli pedaqoq A.S.Makarenkonun kollektivdə tərbiyə,uşaqların 
əmək tərbiyəsi, ailə tərbiyəsi, vəzifə və şərəf hissi, iradə, xarakter , 
intizam t
ərbiyəsi və başqa məsələlər barədə yazdığı kitablar və elmi 
m
əqalələr səksən ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də öz 
aktuallığını itirməyib. Ukraynadakı uşaq əmək müəssisələrinin şöbə 
r
əisinin müavini vəzifəsində işlədiyi dövrlərdə o, pedaqoji təcrübəsini
t
əlim-tərbiyədə irəli sürdüyü nəzəri fikirlərini əvvəlcə müxtəlif 
m
əqalələr kimi qələmə almış, sonra isə onları öz kitablarında ümumi-
l
əşdirmişdir. 
“Valideynl
ər üçün kitab”ın II cildində təlim-tərbiyə vermək 
kimi mür
əkkəb peşənin problemlərini görkəmli pedaqoq belə ifadə 
edirdi: “Bir idar
əyə rəhbərlik etməyi bacaran adamlar, ən müxtəlif
insanlarla yoldaşlıq, həm dostluq, həm də istədiyiniz normal müna-
sib
ət saxlaya bilən adamlar öz doğma oğulları ilə üz-üzə gəldikdə sadə 
m
əsələlərdən baş çıxara bilməyən adamlara çevrilirlər”. 
T
əhsil təkcə bu günün, sabahın deyil, gələcəyin qurucularını
yetişdirən strateji , vacib dövlət əhəmiyyətli bir sahədir. Bu sahənin 
inkişafı həmişə dövlətimizin qayğısı ilə əhatə olunmuş, onun diqqəti və 
n
əzarəti sayəsində bu sahədə saysız uğurlar əldə edilmişdir. Lakin belə 
böyük 
əhəmiyyət kəsb edən iri həcmli sahənin həmişə yeniləşməsi, 
y
əni dünyada gedən inkişaf sürəti ilə ayaqlaşması da tələb olunur. 
Hal-
hazırda Azərbaycanda ümumitəhsilin Konsepsiyası (Milli 
Kurikulum) xalqımızın milli və ümumibəşəri dəyərləri hesaba 
alınmaqla həyata keçirilir. Həmin təhsil Konsepsiyası əsasən mək-
t
əbdə təhsil alan şagirdlərdə şəxsiyyətin düzgün formalaşmasına, 
onlarda h
əyatı bacarıqların daha çox inkişaf etməsinə xidmət edir. 
Respublikamızın ümumitəhsil sistemində Milli Kurikulum islahatının 
t
ətbiqi təhsil işçilərinin qarşısına yeni-yeni vəzifələr qoyub. Bu 
v
əzifələr təhsilin təşkili formalarının təkmilləşdirməsini, yeni təhsil 


66 
sistemin
ə ana dilimiz , milli adət və ənənələrimiz, milli maraqlarımız, 
dövl
ətçiliyimizin möhkəmləndirilməsi baxımından yeni forma və 
m
əzmun standartlarına uyğun yanaşılmasını tələb edir. Ümumtəhsil 
m
əktəblərinin əsas vəzifəsi şagirdlərə zəngin dünyəvi təlim-tərbiyə 
verm
əklə yanaşı, problemli situasiyalar anında şagirdlərdə müstəqil 
fikir yürütm
ək, sərbəst qərar vermək bacarıqlarını daha da inkişaf 
etdirm
əkdir. Onlarda Vətənə, torpağa, xalqa saf və möhtəşəm məhəb-
b
ət hissi aşılamaq, hərbi vətənpərvərlik ruhuhu daha da yüksəltmək 
t
ələb olunur. Əyər məktəbdə sağlam dünyagörüşlü, saf əqidəli, torpağa 
bağlı, Vətənə sədaqətli, bilik və bacarığına görə yeniləşən dünyamızla 
ayaqlaşa bilən vətəndaşlar yetişdirilirsə, onda demək olar ki, təhsil 
işçiləri qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək yolu ilə 
ir
əliləyirlər. Təhsilin əsas vəzifəsi 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə