Zakir bayramli


V ətənə fayda verə biləcək



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə34/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   30   31   32   33   34   35   36   37   ...   348
2018-997

V
ətənə fayda verə biləcək 
v
ətəndaşlar yetişdirməkdən ibarətdir. 
 
 
AZƏRBAYCANIN TƏHSİL TARİXİNDƏN QISA ŞƏRH 
 
Azərbaycanda ilk təhsilin yaranma tarixi çox qədim dövrlərə 
təsadüf edir. Həmin illərdə indiki yüksək səviyyəli dünyəvi təhsil 
barədə heç söhbət ola da bilməzdi. Doğrudur, III-V əsrlərdə Sasanilər 
dövründə ibtidai təhsillə əhatə olunan bir sıra məktəblər fəaliyyət 
göstərirdi. V-VII əsrlərdə isə ana dilində olan məktəblər təşkil 
olunmağa başladı. Həmin vaxtlarda məktəblərdə dərslər alban əlifbası 
ilə keçirilirdi. Lakin məktəblərin sayı çox az olduğundan əhalinin kiçik 
bir hissəsi təhsilə cəlb olunmuşdu. 
O dövrün ən inkişaf etmiş təhsil ocağı Şərqdə məşhuri -cahan 
olan Nizamiyyə mədrəsəsi idi. Burada Azərbaycanın ən nüfuzlu 
alimləri müəllimlik edirdilər. Başqa mədrəsələr də təşkil olunaraq 
fəaliyyət göstərirdi. Lakin təhsilin bu cür yaxşı vəziyyəti uzun sürə 
bilmədi. Ona görə ki, ərəb istilası bu mütərəqqi işə kökündən mane 
oldu, onu tamamilə sarsıtdı. 
Azərbaycan VII əsrin ikinci yarısında ərəblər tərəfindən işğal 
olundu. İslam dini zorla ölkə ərazisində yayılmağa başladı. Ərəblərin 
bura gəlməsi ilə əvvəlki təhsil sisteminin qara günləri başladı. İşğaldan 
əvvəl fəaliyyət göstərən məktəblər bağlandı. Köhnə təhsil sisteminin 


67 
işləməsi tamamilə dayandırıldı və sonradan birdəfəlik ləğv edildi. 
Azərbaycanda islam mədəniyyəti, şəriət qayda- qanunları 
yayılmağa başladı. Bunlarla paralel olaraq ölkəmizdə yeni abi- havaya 
uyğun məktəblər və mədrəsələr təşkil olunması üçün hazırlıq işləri 
gedirdi. 
İki əsr keçdikdən sonra ölkəmizdə dini təhsil inkişaf etməyə 
başladı. İbtidai, orta və ali dini təhsil verən məktəblər və mədrəsələr 
yaradıldı. Artıq XI-XII əsrlərdə Naxçıvan, Şamaxı, Gəncə, Təbriz və 
başqa iri şəhərlərdə yeni mədrəsələr açılaraq fəaliyyət göstərməyə 
başlamışdı. Bu mədrəsələrdə mükəmməl təhsil alıb onları bitirən 
məzunlar arasında neçə-neçə şair, alim, həkim və digər peşələr üzrə 
mütəxəssislər yetişmişdi. 
Ölkəmizdə XIII-XVIII əsrlər arasında dini təhsil mədrəsələrinin 
sayı və onlarda öyrədilən dərslərin keyfiyyəti daha da artırıldı. Bakıda, 
Dərbənddə, Naxçıvanda, Təbrizdə və digər tanınmış iri şəhərlərdəki 
mədrəsələrdə tədris işinə məşhur alimlər, həkimlər, şairlər və digər 
mütəxəssislər cəlb edilmişdi. Bu mədrəsələrdə dərslik və bədii 
ədəbiyyat fondunun yaradılmasına və həmin fondun daha da 
zənginləşdirilməsinə diqqət artırılmışdı. 
20-
ci əsrin əvvəllərində Azərbaycan əhalisinin çox hissəsini 
savadsızlar təşkil edirdi. Ali təhsilli mütəxxəsislər yox dərəcəsində idi. 
Azərbaycan Xalq Cumhuriyyətinin qərarı ilə 1918-ci ildə Respublika 
Maarif Nazirliyi yaradıldı. Bakı Dövlət Universiteti təşkil edildi. Lakin 
universitetdə dərs demək üçün müəllim kadrları çatışmırdı. Ona görə 
də ilk dövrlərdə həmin ali məktəbə xarici dövlətlərdən ali təhsilli 
mütəxəssislər cəlb olundu. 
XX əsri bütünlüklə Azərbaycanda dünyəvi təhsilin mərhələlər 
üzrə inkişaf dövrü adlandırmaq olar. Bura savadsızlığın tamamilə ləğv 
edilməsi, yeni universitet və institutların yaradılması,yeddilik, 
səkkizillik və orta təhsilə keçid mərhələlərinin inkişafı dövrü aiddir.

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə