Zakir bayramli


İlk vaxtlarda 2 fakültə (tibb və tarix), 44 müəllim, 12 profes-



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə35/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   31   32   33   34   35   36   37   38   ...   348
2018-997

İlk vaxtlarda 2 fakültə (tibb və tarix), 44 müəllim, 12 profes-
sorla fəaliyyətə başlayan və Azərbaycanda ali təhsilli kadrların 
yetişməsində analoqu olmayan Azərbaycan Dövlət Universitetinin 
2019-
cu ildə 100 yaşı qeyd ediləcəkdir
. Həmin tədbirin respublika 
səviyyəsində təntənəli şəkildə keçirilməsi üçün artıq hazırlıq işlərinə
start verilib.
 


68 
Hal-
hazırda ölkəmizdə vətəndaşların təhsil hüququ dövlə-
timizin əsas qanunu olan Azərbaycan Respublikasının Konstitu-
siyasının 42-ci maddəsinə müvafiq olaraq tənzimlənir. Bu maddə-
də qeyd olunur ki, hər bir ölkə vətəndaşının təhsil almaq hüququ 
vardır. Dövlətimiz bütün istedadlı şəxslərin təhsil almasına 
zəmanət verir. 
Respublikamızda təhsil günü-gündən çiçəklənir və inkişaf edir. 
İndi Azərbaycanda köhnə təhsil üsullarından və metodlarından çoxdan 
imtina edilib. Müasir dünyamızin ən mütərəqqi təhsil metodları ilə 
köklənən Azərbaycan təhsilı bu sahədə də öz qabaqcıllığını göstərir. 
V
ə onu əyani şəkildə subut etmək üçün dünya standartlarını,yeni-yeni 
tex
nologiyaları öz təhsil sahəsinə gətirib. İndi isə söz təhsil işçilərinin- 
yəni müəllimlərindir. 
Keyfiyyətli təhsil XXI əsrin tələbidir.
Dünya-
nın müasir inkişafına istiqamətlənən milli təhsil sistemimiz artıq öz 
qabaqcıl və mütərəqqi işi ilə dünya axarına qoşulub. Bütün bunlar isə 
təhsilimizin gələcəkdə yüksək inkişafından xəbər verir. Mən buna öz 
səmimiyyətimlə inanıram. 
ŞABRANDA (KEÇMİŞ DƏVƏÇİDƏ) TƏHSİL 
Qədim Şabranda təhsilin əsasını dini təhsil təşkil edib. Bu təhsil 
növü əsasən VII əsrin ortalarından sonra yaranıb və inkişaf etmişdir. 
VII əsrin ortalarında ərəb xilafəti Azərbaycan ərazisində işğal-
çılıq siyasəti həyata keçirəndə onun təsiri Şabranda da öz əks- sədasını 
göstərdi. Ərəblər öz işğalçılıq siyasətlərinin ömrünü uzatmaq məqsə-
dilə Azərbaycanın başqa şəhər və kəndləri kimi, Şabran ərazisinə də 
çoxlu din nümayəndələri göndərmişdilər. Bu din xadimlərinin, yəni 
əfəndilərin və axundların məqsədi islam dinini əhali arasında yay-
maqdan ibarət idi. Onlar öz ailələri və yaxın qohum-qardaşları ilə 
bi
rlikdə bu əraziyə köçüb gəlmiş və yerli əhalinin uşaqlarına ərəb 
dilində savad öyrətmək missiyasını yerinə yetirirdilər. Bu müəllimlər 
Şabranda və onun kəndlərində özlərinə ev-eşik düzəldib orada daimi 
yaşamağa başlamışdılar. 
İllər arxada qaldıqca, gəlmə axundlar və əfəndilər yerli əhali ara-
sında böyük nüfuza və hörmətə sahib oldular. Get-gedə kəndlərin 


69 
əhalisi bu müdrik insanları elin müdrik ağsaqqalı, ziyalısı və bilicisi 
kimi qəbul etdilər. 
Vaxt-
vədə yetişdi. Həmin gəlmə insanlar, yəni müəllimlər qocal-
dılar və dünyalarını dəyişdilər. Onların nəşi də vəsiyyətlərinə görə öz 
vətənlərinə göndərilməyib həmin kəndlərdəki qəbirıstanlıqlarda 
basdırıldı. Kəndlərin yerli camaatı rəhmətə gedən həmin müəllimləri 
unutmadı. Onların məzarlarını ziyarətgaha çevirdilər. İndi də həmin 
məzarları vaxtaşırı ziyarət edirlər. Yeri gələndə onların ruhuna and 
içirlər.
Belə müəllimlərin adları bu günümüzə qədər gəlib çatıb. Məsə-
lən: Qələgahda yaşamış İbrahim Əfəndini, Şabrandan Seyid Əmiras-
lanı, Gömür kəndindən Şeyx Əzizəddini, Pirəbədildən Şeyx Pirəbədəli, 
Xəlfələrdən Xəlifə Seyidəhmədi və başqalarını buna nümunə gös-
tərmək olar. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə