Zakir bayramli


Qısaca olaraq məktəb və diğər təhsil müəssisələrinin tikintisi



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə37/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   33   34   35   36   37   38   39   40   ...   348
2018-997

Qısaca olaraq məktəb və diğər təhsil müəssisələrinin tikintisi 
haqqında. 
Altımışıncı illərdə rayonumuzda şagird sayının artması ilə 
əlaqədar məktəb tikintisinə böyük ehtiyac var idi. Mövcud binalar 
köklü şəkildə darısqal idi. Onlar təhsil müəssisəsi üçün tələb olunan 
standartlara cavab vermirdi. Əksər məktəblərimizdə şağirdlər partada 
üç-üç oturur
dular. Birinci sırada oturan şagirdlərlə yazı lövhəsi arasın-
dakı məsafə olduqca yaxın olduğuna görə bu vəziyyət yetişməkdə olan 
nəslin sağlamlığına böyük ziyan vururdu. 
Yalan olmasın. Mən Şabran (keçmiş Dəvəçi) rayon təhsilinin son 
50 ilinin canlı inkişaf yolunu gözü ilə görən və onun tarixini qələmə 
alan yeganə adamam. Bu gün yaşayan və keçmişə real gözlə baxan 
şəxs kimi deyə bilərəm ki, 1960-cı ildə Dəvəçi şəhərində 1 №-li, 1972-
ci ildə isə 2 №-li orta məktəblərin yeni binalarda təhsilə başlaması 
rayon təhsilində inqilaba bərabər bir hadisə oldu. Həmin illərdə və 
sonralar Dəvəçikənddə (Dəvəçi şəhəri), Gəndov, Rəhimli və Ağbaş 
kimi iri kəndlərimizdə yeni tipli layihələr əsasında məktəb binaları 
tikilib istifadəyə verildi. Bir qədər sonra Dəvəçi şəhərində məktəbli 
şahmat həvəskarları üçün Şahmat məktəbi və 140 nəfərlik iki uşaq 
bağçası üçün yeni binalar da inşa edildi. 
Doğma Azərbaycanımızın təzəcə müstəqillik qazandığı illərdən 
başlayaraq Şabran rayonunda məktəb tikintisi işi dayanmadı. O, yeni 
istək və həvəslə irəliyə və inkişafa doğru daha böyük sürət götürdü. Bu 
illərdə H.Əliyev fondunun köməyi və dövlət büdcəsinin vəsaiti 
hesa
bına rayonumuzda yeni məktəb binaları tikilib istifadəyə verildi. 
Dəvəçi şəhərində (4 və 5 №-li orta məktəblər), Güləmli, Sincanboyad, 
Zeyvə, Qorğan, Düzbilici, Pirəmsən, Şahnazərli, Pirəbədil, Aygünlü, 
Təzəkənd, Xəlilli, Taxtalar və başqa kəndlərimizdə tikilən yeni məktəb 
binaları şagirdləri bir ana kimi sevinclə qarşılayaraq öz bağrına basdı. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə