48
dan alır. Mən də təbiətin belə gözəl anlarına biğanə qala bilməyib
dünyamıza yazın gəlişinə öz yaradıcı münasibətimi bildirmişəm.
Aşağıdakı şeirimdə onun gəlişini sözün incə çalarları və bədii
boyaları ilə belə tərənnüm etmişəm:
DÜNYAMIZA YAZ GƏLƏNDƏ
Qış yığışar, köç eyləyər,
Gün
əş göydən zər ələyər.
Quzeyl
ər də güneylənər,
Dünyamıza yaz gələndə.
Qar
əriyər
buxar olar,
Suya dönüb axar olar.
H
ər yan axar-baxar olar,
Dünyamıza yaz gələndə.
Yağış yağar narın- narın,
Bağlar içər, verər barın.
Əsirgəməz torpaq varın,
Dünyamıza yaz gələndə.
Yaşıllıqlar örtər yeri,
Bolluq olar müjd
ələri,
Köç
ən
quşlar dönər geri,
Dünyamıza yaz gələndə.
Güll
ər açar, ləçəklənər,
Dağlar, düzlər göyçəklənər.
Çox arzular gerç
əklənər,
Dünyamıza yaz gələndə.
Duman qalxar, dağ görünər,
T
əzələnər həm ömürlər.
Gec
ə-gündüz tən bölünər,
Dünyamıza yaz gələndə.
49
F
əsillərin yazı yaxşı,
Göz
əl olur hər naxışı.
Zakirin var öz baxışı,
Dünyamıza yaz gələndə.
Yaz haqqında şair qəlbli müdrik Azərbaycan xalqı
ta qədim
zamanlardan coxlu atalar sözü yaradıb. Bu atalar sözlərinin yaşının
min ill
ərlə hesablanmasına baxmayaraq bu gün də öz aktuallığını
z
ərrə qədər itirməyib. Ancaq bu kitabda onların hamısını toplayıb
verm
ək imkanımız xaricindədir. Məhz ona görə də həmin atalar
sözl
ərinin kiçik bir hissəsini bu yazıya daxil edə bildik:
Yaz g
ətirər, qış aparar.
Yaz
əkinçi, qış dilənçi.
Yazda başı bişənin qışda aşı bişər.
Yaz bitir
ər,yay yetirər, payız gətirər, qış itirər.
Yaz yağışından bəlli, qız qardaşından.
Yazda ayransız olma, qışda yorğansız.
Yaz gününd
ə tərləməyən, qış günündə tərləyər.
Yazda yatan,
qışda üşüyər.
Yaz var, qış var, nə tükənməz iş var.
Yaz kasıbın yorğan döşəyidir.
Dostları ilə paylaş: