64
Təhsilimiz dünyadakı təhsil standartlarına uyğun qurulur və inkişaf
etdirilir
. Artıq Azərbaycanda iqtisadi vəziyyət ildən-ilə normallaşdıqca
təhsilin bütün pillələrinə dövlət qayğısı yüksəlib. Dünyada maliyyə
böhranının və infilyasiyanın at oynatmasına baxmayaraq, respublika-
mızda bu sahəyə ayrılan büdcə vəsaitləri ildən-ilə artırılır. Məktəb və
uşaq bağçaları üçün yeni binalar tikilir. Onların texniki bazası
möhkəmləndirilir. Təmirə ciddi ehtiyacı olan mövcud binalar isə
dövlət büdcəsi və ya digər özəl mənbələr hesabına keyfiyyətli formada
əsaslı təmir olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə
diqqət və qayğısının ildən-ilə artması, onun bu nəhəng strateji sahəyə
güclü dəstək olması təhsilin gələcək inkişafından xəbər verir. Hər il
respublikamızda
onlarla məktəb, məktəbəqədər və məktəbdənkənar
uşaq müəssisələri üçün yeni binalar inşa edilir. Hörmətli Prezidentimiz
İ.Əliyevin respublikamızda məktəb və digər tədris müəssisələrinin
binalarının təməlqoyma və başa çatan tikintilərinin açılışı mərasim-
lərində şəxsən iştirak etməsi də dövlət başçısının bu mühüm sahəyə
yüksək qayğı və həssaslıqla yanaşmasını sübut edir.
Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların
təhsil hüququ 42-ci maddənin beş yarımmaddəsində geniş şərh
edilmişdir. Bunlara: Azərbaycanda yaşayan hər bir vətəndaşın
təhsil
almaq hüququnun olması, dövlət tərəfindən icbarı ümumi orta təhsil
almaq hüququnun təmin edilməsi, təhsil sisteminə dövlət tərəfindən
nəzarət olunması, maddi vəziyyətdən asılı olmayaraq istedadlı
şəxslərin təhsillərini davam etdirilməsinə dövlət tərəfindən zəmanət
verilməsi və minimum təhsil standartlarının müəyyən olunması
maddələri aiddir.
Təhsil vermək, öyrətmək, yəni müəllim peşəsi tarixən savab və
müqəddəs bir iş hesab olunub. Sevimli peyğəmbərimiz Həzrəti
Mühəmməd Əleyhissalamın hədislərinin birində deyilib: “ Bir saat elm
öyrənmək altımış illik ibadətdən xeyirlidir”.
Lakin xeyirli olmasına və ümumibəşəri əhəmiyyət daşımasına
baxmayaraq “öyrətmək”, yəni müəllim
peşəsi çox çətin və xüsusi
xarakterli işdir. Bu peşə barədə Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 93-cü maddəsinə əsaslanaraq deyə bilərəm ki, o “yüksək
həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın
65
səhhətinə mənfi təsir göstərən
”
peşələr siyahıına daxil edilib. Mütə-
x
əssislər tərəfindən bu peşənin çətinliyi və ağırlığı nəzərə alınaraq
mü
əllimlər üçün həftədə 36 saatdan artıq olmamaq şərtilə qısa iş günü
mü
əyyən edilib. Həmin məcəllənin 118-ci maddəsinə görə müəllim
peşəsində çalışanlar üçün ildə bir dəfə olmaqla 56 təqvim günü əmək
m
əzuniyyəti müddəti nəzərdə tutulmuşdur.
Adı dünyanın ən məşhur pedaqoqları sırasında hörmətlə çəkilən
görk
əmli pedaqoq A.S.Makarenkonun kollektivdə tərbiyə,uşaqların
əmək tərbiyəsi, ailə tərbiyəsi,
vəzifə və şərəf hissi, iradə, xarakter ,
intizam t
ərbiyəsi və başqa məsələlər barədə yazdığı kitablar və elmi
m
əqalələr səksən ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də öz
aktuallığını itirməyib. Ukraynadakı uşaq əmək müəssisələrinin şöbə
r
əisinin müavini vəzifəsində işlədiyi dövrlərdə o,
pedaqoji təcrübəsini,
t
əlim-tərbiyədə irəli sürdüyü nəzəri fikirlərini əvvəlcə müxtəlif
m
əqalələr kimi qələmə almış, sonra isə onları öz kitablarında ümumi-
l
əşdirmişdir.
“Valideynl
ər üçün kitab”ın II cildində təlim-tərbiyə vermək
kimi mür
əkkəb peşənin problemlərini görkəmli pedaqoq belə ifadə
edirdi: “Bir idar
əyə rəhbərlik etməyi bacaran adamlar, ən müxtəlif
insanlarla yoldaşlıq, həm dostluq, həm də istədiyiniz normal müna-
sib
ət saxlaya bilən adamlar öz doğma oğulları ilə üz-üzə gəldikdə sadə
m
əsələlərdən baş çıxara bilməyən adamlara çevrilirlər”.
T
əhsil təkcə bu günün, sabahın deyil, gələcəyin qurucularını
yetişdirən strateji , vacib dövlət əhəmiyyətli bir sahədir. Bu
sahənin
inkişafı həmişə dövlətimizin qayğısı ilə əhatə olunmuş, onun diqqəti və
n
əzarəti sayəsində bu sahədə saysız uğurlar əldə edilmişdir. Lakin belə
böyük
əhəmiyyət kəsb edən iri həcmli sahənin həmişə yeniləşməsi,
y
əni dünyada gedən inkişaf sürəti ilə ayaqlaşması da tələb olunur.
Hal-
hazırda Azərbaycanda ümumitəhsilin Konsepsiyası (Milli
Kurikulum) xalqımızın milli və ümumibəşəri dəyərləri hesaba
alınmaqla həyata keçirilir. Həmin təhsil Konsepsiyası əsasən mək-
t
əbdə təhsil alan şagirdlərdə şəxsiyyətin düzgün formalaşmasına,
onlarda h
əyatı bacarıqların daha çox inkişaf etməsinə xidmət edir.
Respublikamızın ümumitəhsil sistemində Milli Kurikulum islahatının
t
ətbiqi təhsil işçilərinin qarşısına yeni-yeni vəzifələr qoyub. Bu
v
əzifələr təhsilin təşkili formalarının təkmilləşdirməsini, yeni təhsil
66
sistemin
ə ana dilimiz , milli
adət və ənənələrimiz, milli maraqlarımız,
dövl
ətçiliyimizin möhkəmləndirilməsi baxımından yeni forma və
m
əzmun standartlarına uyğun yanaşılmasını tələb edir. Ümumtəhsil
m
əktəblərinin əsas vəzifəsi şagirdlərə zəngin dünyəvi təlim-tərbiyə
verm
əklə yanaşı, problemli situasiyalar anında şagirdlərdə müstəqil
fikir yürütm
ək, sərbəst qərar vermək bacarıqlarını daha da inkişaf
etdirm
əkdir. Onlarda Vətənə, torpağa, xalqa saf və
möhtəşəm məhəb-
b
ət hissi aşılamaq, hərbi vətənpərvərlik ruhuhu daha da yüksəltmək
t
ələb olunur. Əyər məktəbdə sağlam dünyagörüşlü, saf əqidəli, torpağa
bağlı, Vətənə sədaqətli, bilik və bacarığına görə yeniləşən dünyamızla
ayaqlaşa bilən vətəndaşlar yetişdirilirsə, onda demək olar ki, təhsil
işçiləri qarşıya qoyulan vəzifələrin icrasını
təmin etmək yolu ilə
ir
əliləyirlər. Təhsilin əsas vəzifəsi
Dostları ilə paylaş: