68
Hal-
hazırda ölkəmizdə vətəndaşların təhsil hüququ dövlə-
timizin əsas qanunu olan Azərbaycan Respublikasının Konstitu-
siyasının 42-ci maddəsinə müvafiq olaraq tənzimlənir. Bu maddə-
də qeyd olunur ki, hər bir ölkə vətəndaşının təhsil almaq hüququ
vardır. Dövlətimiz bütün istedadlı şəxslərin təhsil almasına
zəmanət verir.
Respublikamızda təhsil günü-gündən çiçəklənir və inkişaf edir.
İndi Azərbaycanda köhnə təhsil üsullarından və metodlarından çoxdan
imtina edilib. Müasir dünyamızin ən mütərəqqi təhsil metodları ilə
köklənən Azərbaycan təhsilı bu sahədə də öz qabaqcıllığını göstərir.
V
ə onu əyani şəkildə subut etmək üçün dünya standartlarını,yeni-yeni
tex
nologiyaları öz təhsil sahəsinə gətirib. İndi isə söz təhsil işçilərinin-
yəni müəllimlərindir.
Keyfiyyətli təhsil XXI əsrin tələbidir.
Dünya-
nın müasir inkişafına istiqamətlənən milli təhsil sistemimiz artıq öz
qabaqcıl və mütərəqqi işi ilə dünya axarına qoşulub. Bütün bunlar isə
təhsilimizin gələcəkdə yüksək inkişafından xəbər verir. Mən buna öz
səmimiyyətimlə inanıram.
ŞABRANDA (KEÇMİŞ DƏVƏÇİDƏ) TƏHSİL
Qədim Şabranda təhsilin əsasını dini təhsil təşkil edib. Bu təhsil
növü əsasən VII əsrin ortalarından sonra yaranıb və inkişaf etmişdir.
VII əsrin ortalarında ərəb xilafəti
Azərbaycan ərazisində işğal-
çılıq siyasəti həyata keçirəndə onun təsiri Şabranda da öz əks- sədasını
göstərdi. Ərəblər öz işğalçılıq siyasətlərinin ömrünü uzatmaq məqsə-
dilə Azərbaycanın başqa şəhər və kəndləri kimi, Şabran ərazisinə də
çoxlu din nümayəndələri göndərmişdilər. Bu din xadimlərinin, yəni
əfəndilərin və axundların məqsədi islam dinini əhali arasında yay-
maqdan ibarət idi. Onlar öz ailələri və yaxın qohum-qardaşları ilə
bi
rlikdə bu əraziyə köçüb gəlmiş və yerli əhalinin uşaqlarına ərəb
dilində savad öyrətmək missiyasını yerinə yetirirdilər. Bu müəllimlər
Şabranda və onun kəndlərində özlərinə ev-eşik düzəldib orada daimi
yaşamağa başlamışdılar.
İllər arxada qaldıqca, gəlmə axundlar və əfəndilər yerli əhali ara-
sında böyük nüfuza və hörmətə sahib oldular.
Get-gedə kəndlərin
69
əhalisi bu müdrik insanları elin müdrik ağsaqqalı, ziyalısı və bilicisi
kimi qəbul etdilər.
Vaxt-
vədə yetişdi. Həmin gəlmə insanlar, yəni müəllimlər qocal-
dılar və dünyalarını dəyişdilər. Onların nəşi də vəsiyyətlərinə görə öz
vətənlərinə göndərilməyib həmin kəndlərdəki qəbirıstanlıqlarda
basdırıldı. Kəndlərin yerli camaatı rəhmətə
gedən həmin müəllimləri
unutmadı. Onların məzarlarını ziyarətgaha çevirdilər. İndi də həmin
məzarları vaxtaşırı ziyarət edirlər. Yeri gələndə onların
ruhuna and
içirlər.
Belə müəllimlərin adları bu günümüzə qədər gəlib çatıb. Məsə-
lən: Qələgahda yaşamış İbrahim Əfəndini, Şabrandan Seyid Əmiras-
lanı, Gömür kəndindən Şeyx Əzizəddini, Pirəbədildən Şeyx Pirəbədəli,
Xəlfələrdən Xəlifə Seyidəhmədi və başqalarını
buna nümunə gös-
tərmək olar.
Dostları ilə paylaş: