63
TƏHSİL ÖLKƏMİZİN BUGÜNKÜ VƏ SABAHKI GÜCLÜ
İNKİŞAFI DEMƏKDİR
Təhsili iqtisadçılar və siyasətçilər cəmiyyətin ən strateji
sahəsi hesab edirlər.
Ona görə ki, bu sahənin inkişafını təmin
etmədən cəmiyyəti yaşadan və irəli aparan
digər sahələrin tərəqqisi
qeyri mümkün
dür. Hər hansı ölkənin mədəniyyəti, iqtisadiyyatı və
hərbi qüdrəti məhz həmin məkanda mövcud
olan təhsilin inkişaf
səviyyəsi ilə ölçülür.
İndi yaşadığımız XXI əsr təhsil əsri adlanır.
Dünyanın aparıcı
dövlətləri hesab olunan Çin, ABŞ, Yaponiya, Almaniya və digər döv-
lətlərdə yüksək inkişaf sürəti məhz təhsilə ayrılan diqqət və maliyyə
vəsaitinin həcmi ilə sıx bağlıdır. Günü- gündən qloballaşan, neft və qaz
uğrunda dövlətlərarası ziddiyyətlərin artdığı,
ümumdünya iqtisadi və
maliyyə böhranının tüğyan etdiyi, hərbi güc tətbiq etmənin çoxaldığı
bir zamanda təhsilin keyfiyyətini artırmaq, bu sahədə müəyyən edilmiş
məqsədlərə çatmaq çox dövlətlər üçün təxirəsalınmaz bir işə çevrilib.
Dünyanın 100-dək olkəsinin güc yolu ilə alınmış ərazi iddiaları,
beynəlxalq terrorizmi də bura əlavə etsək, təhsilin inkişafının düzgün
nizamlanmasının nə qədər ölkəyə xeyir və gəlir gətirəcəyini
əvvəlcədən proqnoz etmək olar.
Azərbaycanda aparılan düzgün təhsil siyasəti ildən-ilə öz səmə-
r
əli bəhrəsini verməkdədir. İndi respublikamızın
orta məktəblərini
bitirmiş minlərlə gənc oğlan və qızımız dünyanın nüfuzlu universitet-
lərində təhsil alır. Dövlətimizin təhsil sahəsinə göstərdiyi qayğı və
diqqət ildən-ilə çoxalır.
Ulu Öndərimiz Heydər Əliyev respublikamızda milli təhsilin
inkişafına
həmişə böyük diqqət çəkmiş, ona xüsusi qayğı ilə
yanaşmışdır.
Dostları ilə paylaş: