122
mükafatlandırılıblar.
Azərbaycan Respublikası Prezidenti 09.02.2007-ci il tarixli
Sərəncamı ilə 2007-ci ili “Gənclər ili” elan etmişdir. Bu məsələ ilə
əlaqədar olaraq məktəbdə tədbirlər planı tərtib edilmiş və onun
icrası üçün 8 nəfərdən ibarət təşkilat komitəsi yaradılmışdır (Əmr
№ 46 16.03.2007- ci il). Əmrdə təşkilat komitəsinə tapşırılıb ki,
Respublika Prezidentinin həmin Sərəncamından irəli gələn vəzifə-
lərin vaxtında həyata keçirilməsinə nail olsun.
Şagirdlərin hərbi vətənpərvərlik ruhunda,
eləcə də Vətənə və
xalqa
məhəbbət, torpağa sevgi, dövlətçiliyə və qanunlarımıza hör-
mət ruhunda tərbiyə edilməsi üçün hər il məktəbdə fasiləsiz olaraq
maarifləndirmə işi aparılıb. Məktəbdə vaxtaşırı keçirilmiş belə
tədbirlər əmr kitablarında da geniş əks olunub. Belə tədbirlərə
“20 Yanvar faciəsi”, “26 fevral - Xocalı günü”, “31 Mart - Azərbay-
canlıların Soyqırımı günü” və başqa tədbirlərin adlarını qeyd etmək
olar. Hər il məktəbdə bu qəbildən olan
tədbirlərin keçirilməsi
şagirdlərdə Vətənə məhəbbət, torpağa və dövlətçiliyimizə olan
sevgi ruhunun daha da artırılmasına səbəb olub. Həmin tədbirlər
məktəbin müəllim və şagird kollektivini baş vermiş bu faciələri heç
zaman unutmamağa, işğal edilmiş torpaqlarımızın azad olunması
uğrunda mübarizəyə səsləyib.
Tarixi günlərə aid keçirilən tədbirlərlə bağlı məktəbdə müəl-
lim və şagirdlər arasında həmişə
böyük canlanma hiss olunmaq-
dadır. Vaxtaşırı keçirilən şeir, rəsm və inşa müsabiqələri bu təhsil
müəssisəsində şagirdlərin mübarizlik ruhunu daha da artırmışdır.
Yüksək səviyyədə tərtib edilmiş xüsusi proqram əsasında təntənəli
şəkildə qeyd olunan bu tədbirlər şagirdlərin ideya siyasi tərbiyəsinin
inkişafına müsbət təsir göstərmişdir. Onların Vətən torpaqlarının
düşmən tapdağı altından azad edilməsi uğrunda mübarizə ruhunda
köklənməsinə səbəb olmuşdur.
2006/2007-
ci tədris ilinin sonunda (Əmr №70 29.05.2007- ci
il) IX sinifdən 126 nəfər, XI sinifdən isə 96 nəfər şagird buraxılış
imtahanlarına buraxılıb.
Məktəbin əmri ilə (Əmr №74 01.06.2007-сi il) 96 nəfər şagird
I sinifdən II sinfə, 66 nəfər II sinifdən III sinfə, 98 nəfər III sinifdən
IV sinfə, 87 nəfər IV sinifdən V sinfə, 96 nəfər V sinifdən VI sinfə,
123
100 nəfər VI sinifdən VII sinfə, 150 nəfər VII sinifdən VIII sinfə,
111 nəfər VIII sinifdən IX sinfə, 91 nəfər isə X sinifdən XI sinfə
keçirilmişdir. Sinifdən-sinfə keçirilən şagirdlərin sayı 9 nəfər sağ-
lamlıq imkanı məhdud olan şagirdlə birlikdə 904 nəfər təşkil edib.
2006/2007-
ci dərs ilinin sonunda IX sinfi bitirmiş 123 nəfər
şagirdə əsas məktəb kursu üzrə şəhadətnamə,
XI sinifdə təhsilini
başa vurmuş 89 nəfər məzuna isə orta məktəb kursunu bitirməsi
haqqında attestat verilib.
Dostları ilə paylaş: