Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə16/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   12   13   14   15   16   17   18   19   ...   124

§ 2. Kollizion nonnaİann növləri 
Alternativ  kollizion  norma  elə  normaya  deyilir  ki,  bu  zaman 
tətbiq ediləcək hüququ seçmək üçün bir neçə qaydadan istifadə edilir. 
Məsələn,  “Beynəlxalq  xüsusi  hüquq  haqqında"  Azərbaycan 
Respublikasının 
Qanununun 
18-cİ 
maddəsində 
deyilir: 
"Etibarnamənin  forması  və  qüvvədə  olması  müddəti  onun  verildiyi 
ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına 
riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şənlə ki, 
onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun 
olsun".  Qeyd  edilən  normada  etibarnamənin  formasının  müəyyən 
edilməsi  iiə bağlı iki alternativ  bağlanma:  1) onun verildiyi  ölkənin 
hüququ; 2) Azərbaycan Respublikasının hüququ nəzərdə tutulub. Eyni 
zamanda, qanun bu bağİanmalann tətbiqi ardıcıllığına da münasibətini 
ifadə  edir.  İlkin  olaraq  etibarnamənin  verildiyi  ölkənin  hüququna 
üstünlük verilir. Onun tələblərinə forma baxımından cavab verməyən 
etibarnaməyə  Azərbaycan  hüququ  tətbiq  edilir.  Əgər  fonna 
baxımından  etibarnamə  Azərbaycan  Respublikası  hüququnun 
tələblərinə uyğundursa, onda o, etibarlıdır. 
Bəzən  alternativ  bağlanması  olan  kollizion  nonnaya  mürəkkəb 
kollizion norma da deyilir. Ümumiyyətlə, bir həcm, bir bağlanmadan 
ibarət  olan nonnaya  sadə  kollizion  nonna, diferensialı həcmə və bir 
neçə bağlanmaya malik olan normaya isə mürəkkəb kollizion nonna 
deyilir. 
Alternativ  kollizion  normanın  özü  də  alternativ  bağlanmalar 
arasında olan əlaqənin xarakterinə görə sadə və mürəkkəb alternativ 
nomıalara bölünürlər. Sadə alternativ nonnada kollizion bağlanmalar 
bərabər  statusa  malik  olur,  onlar  bir-birindən  öz  aralarında  "və  ya" 
bağlayıcısı  ilə  ayrılır.  İstehlakçıya  dəyən  ziyana  görə  məsuliyyət 
müəyyən  edən  “Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununun  27-ci  maddəsində  sadə  alternativ 
kollizion bağlanmalar nəzərdə tutulub. Orada deyilir; "Malın alınması 
və  ya  xidmətin  göstərilməsi  ilə  əlaqədar  istehlakçıya  dəyən  ziyanın 
ödənilməsi  haqqında  tələbə  istehlakçının  seçimi  əsasında: 
istehlakçının yaşadığı və ya adətən olduğu ölkənin hüququ; isteh- 
49 


Fosil 3. Kolüzion normalar 
hikçsnın  və  ya  xidmət  göstərən  şəxsin  yerləşdiyi  və  ya  yaşadığı 
ölkənin  hüququ;  istehlakçının  malı  aldığı  və  ya  ona  xidmət 
göstərildiyi ölkənin hiiqııqLi tətbiq olunur". Misal gətirilən normada 
üst-üstə beş sadə alternativ kollizion bağlanma müəyyən edilib. Onlar 
öz aralarında bərabər statusa malik olub və onlardan hər hansı birinə 
üstünlük verilməsi istehlakçının seçimindən asılıdır. 
Mürəkkəb  alternativ  kollizion  normada  isə  alternativ  kollizion 
bağlanmalar  arasında  tabelik  münasibətləri  mövcuddur  və  onlar 
tətbiqi  ardıcıllığa  malik  olur.  Bu  zaman  əsas  (baş)  və  əlavə  (subsi- 
diar) kollizion bağlanmalar fərqləndirilir. Əgər müəyyən edilmiş əsas 
kollizion bağlanma bu və ya digər səbəbdən tətbiq ediimədik- də və 
ya səlahiyyətli hüquq normasının seçilməsi üçün kifayət  etmədikdə 
əlavə  kollizion  bağlanma  tətbiq  edilir.  Yuxarıda  istinad  etdiyimiz 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununun  18-ci  maddəsində  ifadə  olunan  norma  mürəkkəb 
alternativ  normaya  misaldır.  Orada  birinci  nəzərdə  tutulan 
etibarnamənin  "verildiyi  ölkənin  hüququ"  bağlanması  həm  də  əsas 
bağlanmadır  və  ilkin  olaraq  tətbiq  edilməlidir.  İkinci  bağlanma 
"Azərbaycan Respublikasının hüququ" alternativ bağlanma olmaqla 
yanaşı,  həm  də subsidiardır. Məsələnin həlli  üçün birincinin tətbiqi 
kifayət etmədikdə ona istinad edilir. 
Qanunvericilik  təcrübəsində  mürəkkəb  alternativ  kollizion 
normaların geniş spektrinə rast gəlmək mümkündür. 
§ 3. Kollizion bağlanmanın əsas formulları 
İkitərəfli  kollizion  hüquq  nomıasında  kollizion  bağlanma,  bir 
qayda olaraq, ümumqəbulcdilmİş şablonlarla verilir, bunlara da çox 
vaxt  kollizion  bağlanmanın  tipləri  və  ya  kollizion  bağlanmanın 
formulları deyilir. Kollizion bağlanmanın formullan öz başlanğıcını 
qədim  Roma  hüququndan  götürdüyünə  və  bütün  dünyada  qəbul 
edildiyinə  görə  latın  temıinləri  ilə  ifadə  olunur.  Onların  bir  qismi 
üzərində daha ətraflı dayanaq: 
50 


§ 3. Koüizion bağlanmanın asas ronniılları 
1.
 
Fiziki  şəxsin  şəxsi  qənıınu  (lex  personalis).  Dövlətlərin 
"toqquşan"  hüquqlarından  birini  seçmək  məqsədilə  tez-tez  tətbiq 
edilən kollİzion bağlanmalardan bİri də fiziki şəxsin şəxsi qanunudur. 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununda  bu  formul  "fiziki  şəxsin  istinad  etdiyi  qanun"  şəklində 
verilmişdir. Şəxsi qanunun iki növü mövcuddur: 1) şəxsin vətəndaşı 
olduğu ölkənin qanunu  (lex patriae); 2) şəxsin daimi  yaşadığı  yerin 
qanunu (lex domicilii). 
Şəxsi  qanun  fonnuluna  aşağıdakı  məsələlərin  hüquqi  statusu 
müəyyən edilərkən istinad edilir: 
1)
 
şəxsin hüquq qabiliyyətinin yaranması və xitamı məsələləri; 
2)
 
şəxsin fəaliyyət qabiliyyəti məsələləri
3)
 
şəxsi hüquqlarla bağlı məsələlər (ad hüququ; şərəf və ləyaqət 
hüququ); 
4)
 
ailə  hüququ,  xüsusilə  nikah  və  boşanmanın  daxİlİ  şərtləri  ilə 
bağlı məsələlər; 
5)
 
daşınar əmlakla bağlı vərəsəlik məsələləri. 
Şəxsi  qanunun  növ  müxtəlifliyi  ayrı-ayrı  hüquq  ailələrində 
formalaşan  ənənə  ilə  bağlıdır,  Roman-german  hüquq  sistemli 
ölkələrdə  şəxsin  vətəndaşı  olduğu  ölkənin  qanunu  (lex  patriae), 
ümumi  hüquq  sistemli  Ölkələrdə  isə  şəxsin  daimi  yaşadığı  yerin 
qanununa  (lex  domicilii)  üstünlük  verilir.  Norveç,  Danimarka, 
İslandiya istisna olmaqla Avropa ölkələrində, bir sıra Latın Amerikası 
(Kuba, Kosta-Rika, Panama və s.) və ərəb ölkələrində (Misir, Əlcəzair 
və  s.)  lex  patriae.  Böyük  Britaniya,  ABŞ,  Kanada,  Hindistan,  bəzi 
Latın  Amerikası  Ölkələrində  (Argentina,  Braziliya)  və  yuxarıda  adı 
çəkilən  üç  Avropa  ölkəsində  lex  domicilii  tətbiq  edilir.  Avstriya, 
Macarıstan,  İsveçrə,  Meksika,  Venesuela  və  s.  ölkələrdə  isə  şəxsi 
qanunun hər iki variantına (qarışıq sistem) istinad edilir. 
Son  dövrlər  qarışıq  sistemdən  istifadəyə  tez-tez  təsadüf  olunur. 
Beynəlxalq  xüsusi  hüquq  haqqında  qəbul  edilən  qanunlarda  bu 
sistemə  üstünlük  verilir.  “Beynəlxalq  xüsusi  hüquq  haqqında” 
Azərbaycan  Respublikasının  Qanunu  da  bu  yolla  gedərək  şəxsi 
qanunun 
51 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə