Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


 3. Kollizion bağlanmanın əsas formulları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə18/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   14   15   16   17   18   19   20   21   ...   124

5 3. Kollizion bağlanmanın əsas formulları 
li  ölkələrdə  isə  belə  halda  akseptin  alındığı  yerə  müqavilənin 
bağlandığı  yer  kimi  baxılır.  Təcrübədə  həmin  hüquq  sistemlərin 
toqquşması zamanı eyni va.\tda iki yerə müqavilənin bağlandığı  yer 
kimi  qiymət  verilə  bilər.  Belə  vəziyyət  do  söhbət  gedən  kollizion 
bağlanmanın  tətbiqi  dairəsinin  məhdudlaşdırılmasına  gətirib 
çıxartmışdır. 
Müqavilənin  bağlandığı  yerin  qanunundan  fərqli  olaraq  əqdin 
formasına  onun  bağlandığı  yerin  qanununun  tətbiqi  (lokiıs  regit 
formam  actus)  ümumqəbuledilmiş  kollizion  bağlanmalardan  biridir. 
Azərbaycan  Respublikasının  “Beynəlxalq  xüsusi  hüquq  haqqında" 
Qanununun 17 və 18-ci maddələrində də bu fomıula özünün normativ 
təsbitini  tapmışdır.  Qanunun  17-ci  maddəsində  əqdlərin,  18-ci 
maddəsində  isə  ayrıca  əqd  kimi  etibarnamənin  formasının  onların 
bağlandığı yerin hüququna tabe olması müəyyən edilmişdir. 
Müqavilənin  icra  olunduğu  yerin  qanununa  (lex  loci  solutionis) 
aid  olan  məsələlərin  dairəsi  milli  hüquq  sistemlərində  müxtəlif 
qaydada  müəyyən  edilir.  Azərbaycan  Respublikasının  “Beynəlxalq 
xüsusi  hüquq  haqqında”  Qanununun  25-ci  maddəsinin  dördüncü 
hissəsinə görə müqavilənin icra üsullarına və proseduralarına, habelə 
onun lazımi qaydada icra edilməməsi İlə əlaqədar göKilən tədbirlərə 
münasibətdə tətbiq olunan hüquqdan əlavə icranın keçirildiyi ölkənin 
hüququ da nəzərə alınmalıdır. 
Nikahın bağlandığı yerin qanunu (lex loci celebrationis) dedikdə 
ərazisində nikah bağlanılan dövlətin hüququ başa düşülür. Bu formula 
çox  geniş  yayılmışdır.  Bir  qayda  olaraq,  nikahın  bağlanmasının 
formasına münasibətdə işlədilən bu kollizion bağlanma bəzən nikahın 
şərtlərinin  müəyyən  edilməsinə,  onun  həqiqiliyinə  də  şamil  edilir. 
Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsinin  146  və  148-ci 
maddələrində nikahın bağlandığı yerin qanununa İstinad edilmişdir. 
Ziyanın  vuaılduğu  ölkənin  qanunundan  (lex  loci  delicti  com- 
missi) delikt öhdəliklər zamanı tətbiq edilməli oia.n hüququ müəyyən 
etmək  üçün istifadə  edilir. Həmin kollizion  prinsip vasitəsilə hüquq 
pozuntusunun mövcudluğu, onun həcmi, .xarakteri, vurulan 
55 


Fəsil 3. Kollizion nonnalar 
ziyana görə ödəniləcək kompensasiyanın miqdarı, ziyam vııran şəxsin 
təqsiri, onun məsuliyyətinin yaranma şərtləri və s. məsələlərin həllinə 
imkan yaranır. 
"Ziyanın  vurulduğu  yer"  anlayışı  milli  hüquq  sistemlərində 
müxtəlif qaydada müəyyən edilir. Bəzi hüquq sistemlərində belə yer 
kimi  qeyri-qanuni  hərəkət  və  hərəkətsizliyin  törədildiyi  yer, 
digərlərində isə ziyanlı nəticənin baş verdiyi yer başa düşülür. Üçüncü 
qrup isə zərərçəkənə daha çox sərf edən qanunvericiliyin seçilməsinə 
üstünlük verir. 
“Beynəlxalq 
xüsusİ 
hüquq 
haqqında” 
Azərbaycan 
Respublikasının  Oanununun  26-cı  maddəsinə  görə  ziyan  vurma 
nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri 
ziyanı  ödəmək  haqqında  tələbin  irəli  sünilməsi  üçün  əsas  olan 
hərəkətin  və  ya  digər  vəziyyətin  baş  verdiyi  ölkənin  hüququ  ilə 
müəyyən  edilir.  Xaricdə  vurulan  ziyan  nəticəsində  əmələ  gələn 
öhdəliklər  üzrə  tərəflərin  hüquq  və  vəzifələri  tərəflər  eyni  dövlətin 
vətəndaşları  və  ya  hüquqi  şəxsləridirsə,  həmin  dövlətin  hüququ  ilə 
müəyyən edilir. 
6.
 
Satıcının  ölkəsinin  qanunu  (!ex  venditoris).  Alqı-satqı 
müqaviləsində satıcının ölkəsinin hüququnun tətbiqini nəzərdə tutan 
bu  kollizion  bağlanmaya  son  dövrdə  qəbul  edilmiş  istər  mİlli 
beynəlxalq  xüsusi  hüquq  qanunvericiliyində,  istərsə  də  beynəlxalq 
müqavilələrdə  xüsusi  diqqət  verilmişdir.  Həmin  sənədlərin  tədqiqi 
göstərir  ki,  burada  "satıcı"  anlayışını  geniş  mənada  başa  düşmək 
lazımdır. Əgər hər hansı müqavilə üzrə tərəfin öz üzərinə götürdüyü 
öhdəlik müqavilənin başlıca məntiqini təşkil edirsə, onda həmin tərəf 
"satıcı"  kimi  qiymətləndirilir,  sözü  gedən  müqaviləyə  isə  onun 
mənsub  olduğu  ölkənin  hüququ  təıbiq  edilir.  “Beynəlxalq  xüsusi 
hüquq  haqqında”  Azərbaycan  Respublikasının  Oanunu  da  bu 
prizmadan  çıxış  etmiş,  tərəflərin razılığı  olmadığı halda müqaviləyə 
tərəfin  təsis  olunduğu,  yaşadığı  və  ya  əsasən  fəaliyyət  göstərdiyi 
ölkənin  hüququnun tətbiqini nəzərdə  tutmuşdur (maddə 25). Həmin 
maddədə alqı-satqı müqaviləsi İlə bağlı dar mənada "satıcıdan" söhbət 
gedirsə, digər müqavilələrə münasibətdə (əmlak, kirayə, əvəz- 
56 


§ 4. Kollizion hüququn özəllikləri və inkişaf tendensiyası 
SİZ 
istifadə,  podrat  və  s.  müqavilələr)  isə  sözün  geniş  mənasında 
"satıcının ölkəsinin hüququnun" tətbiqi nəzərdə tutulub. 
7.
 
Məhkəmənin  qanunu  (lex  fori).  Kollizion  problemin  həlli 
zamanı  bu  fonmıla,  bir  qayda  olaraq,  beynəlxalq  müqavilələrdə 
istinad edilir. Dövlətdaxili qanunvericilikdə isə digər hüquqi texniki 
üsuldan istifadə etməklə, yalnız öz hüququnun tətbiqini nəzərdə tutan 
birtərəfli  kollizion  norma  yaratmaqla  eyni  məqsədə  nail  olmaq 
mümkündür. 
"Məhkəmənin  qanunu"  fomuıluna  görə  məhkəmə  və  ya  digər 
hüquq tətbiq edən orqan xarici elementin mövcudluğuna baxmayaraq 
xüsusi  hüquq  münasibətinə  öz  ölkəsinin  hüququnu  tətbiq  edir.  Bir 
qayda olaraq, bütün prosessual hərəkətlər; hakimlərin təyin olunması 
qaydası,  iclasın  apanlması,  şahidlərin  çağırılması,  sübutların 
həqiqiliyi və s. məhkəmənin (arbitrajın) qanunu ilə tənzimlənir. 
Biz  yalnız  geniş  şəkildə  yaranmış  və  ümumtanınmış  kollizion 
bağlanmaları xarakterizə etdik. Əslində onların sayı xeyli çoxdur və 
müxtəlif təzahür formaları mövcuddur. 
§ 4. Kollizion hüququn özəllikləri və inkişaf tendensiyası 
Kollizion  hüquq  sözun  geniş  mənasında  hər  bir  dövlətin 
beynəlxalq ünsiyyəti üçün mühüm vasitələrdən biridir. Bu və ya digər 
dövlət  məhz  özünün  kollizion  hüququ  vasitəsi  ilə  xarici  dövlətin 
mülki  hüquq  qanunvericiliyinin  qüvvəsindən  irəli  gələn  vəziyyəti 
(halı,  nəticəni)  tanıyır  və  ona  münasibət  bildirir.  Hər  bir  dövlət 
özünün kollizion hüququnu yaratmaqla ona aid olan fiziki və hüquqi 
şəxslərin beynəlxalq dövriyyədə iştirakına "yaşıl işıq" yandırır və eyni 
zamanda onun suverenliyinin şamil olduğu ərazidə xaricilərin hüquqi 
statusunun necə müəyyən edilməsinə münasibət bildirir. 
Kollizion  normalar  ifadə  olunduğu  mənbənin  hüquqi  təbiətinə 
görə  milli  və  beynəlxalq  ola  bilər.  Millİ  kollizion  nonna  konkret 
dövlətin hüquqyaratma fəaliyyətinin nəticəsi olaraq oz ifadəsini 
57 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə