Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fosil 1. Beynəlxalq xUsiLsi hüququn anlayışı, predmeli və sistemi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə7/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   2   3   4   5   6   7   8   9   10   ...   124

Fosil 1. Beynəlxalq xUsiLsi hüququn anlayışı, predmeli və sistemi 
lərinin  (beynəlxtılq  təşkilatlar,  lıüqııqi  və  fiziki  şəxslər)  beynəlxalq 
iiımımi hüququn subyektliliyi törəmə xarakter daşıyır və əsas subyekt 
olan  dövlətin  qabaqcadan  verdiyi  razılığı  əsasında  baş  verir. 
Beynəlxalq  xüsusi  hüququn  subyekti  isə  əsasən  hüquqi  və  fiziki 
şəxslərdir.  Çünki  beynəlxalq  xüsusi  hüquqla  tənzimlənən 
münasibətlər təyinatına görə daha çox hüquqi və fiziki şəxslər üçün 
xarakterikdir. Dövlətin belə münasibətlərdə iştirakı istisna olunmur. 
Lakin  bu  zaman  dövlət  xüsusi  şəxs  statusunda  çıxış  edir  və 
münasibətdə "tərəflərin bərabərliyi" prinsipinə əməl etməlidir; 
Üçüncüsü,  onlar  bir-birindən  mənbələrinə  görə  fərqlənirlər. 
Beynəlxalq ümumi hüquq üçün əsas mənbə beynəlxalq müqavilədir. 
Beynəlxalq  xüsusi  hüquq  isə  dövlətdaxili  hüququn  tərkib  hissəsi 
olduğundan,  onun  üçün  mənbə  kimi  dövlətdaxili  qanunvericilik 
prioritet kəsb edir. Dövlətdaxili qanunvericiliyin beynəlxalq ümumi 
hüququn mənbəyi olmasından ümumiyyətlə, söhbət gedə bilməz. 
Beynəlxalq  ümumi  hüquq  beynəlxalq  xüsusi  hüquqdan  həm  də 
onların predmetini təşkil edən məsələlər üzrə yaranmış mübahisələrin 
baxılması üsuluna, hüquq pozuntusu zamanı tətbiq edilən sanksiyanın 
xarakterinə görə və s. bir-birindən fərqlənirlər. 
§ 6. Beyııəlxulq xüsusi hüququn sistemi 
Beynəlxalq  xüsusi  hüququn  sistemi  beynəlxalq  xüsusi  hüquq 
institutlarının  müəyyən  ardıcıllıqla  düzülüşünə  deyilir.  "Beynəlxalq 
xüsusi hüquq" üç mənada: hüquq sahəsi (hüquq nonnalarının sistemi); 
hüquq elmi (bu istiqamətdə mövcud olan biliklərin məcmusu); tədris 
kursu  (tədris  olunacaq  mövzuların  cəmi)  mənalarında  işləndiyinə 
görə onların hər birinin sistemindən söhbət gedə bİlər. 
Hüquq  sahəsi  kimi  beynəlxalq  xüsusi  hüququn  sisteminin 
müəyyən  edilməsi  zamanı  “Beynəlxalq  xüsusi  hüquq  haqqında” 
Azərbaycan Respublikası  Qanununun strukturu  əsas  götürülməlidir. 
30 maddə, 7 fəsildən ibarət olan qanun beynəlxalq xüsusi hüququn bir 
sıra institutlarını sistemli şəkildə özündə birləşdirir. "Ümumi müd- 
22 


g 6. Beynalxalq xüsusi hüququn sistemi 
dəaiar"  adlanan  birinci  fosildo  (1-8-ci  maddolər)  bütövlükdə 
beynəlxalq  xüsusi  hüquq  üçün  xarakterik  olan  institutlar:  geriyə 
istinad; ümumi qayda haqqında qeyd-şərt; retorsiya; qanuni üstələmə 
kimi  məsələlər  tənzimlənir.  9-16-cı  maddələri  əhatə  edən  "Şəxslər" 
fəsli  beynəlxalq  xüsusi  hüququn  subyektlərinin  dairəsini,  onların 
hüquqi  statusu  ilə  bağlı  özünəməxsus  məsələləri  müəyyən  edir. 
Üçüncü fəsil "Hüquqi əqdlər"dən (!7-19-cu maddələr), dördüncü fəsil 
"Əşya  hüququ"ndan  (20-23-cü  maddələr)  bəhs  edir.  Beşinci  fəsil 
"Müqavilə  öhdəlikləri"  {24-25-ci  maddələr),  altıncı  fəsil 
"Müqavilədən  kənar  öhdəliklər"!ə  bağlı  (26-28-ci  maddələr) 
məsələləri tənzimləyir. 29-30-cu maddələrdən ibarət olan "Vərəsəlik 
hüququ" adlanan son fəsil xarici elementli vərəsəlik münasibətlərinə 
tətbiq edilməli olan hüququ müəyyən edir. 
Qanunun müəyyən etdiyi ardıcıllıq bir sıra əlavə və dəyişikliklərlə 
tədris kursunun sisteminin də əsasında dunır. 
Tədris  kursunun  sistemini,  bir  qayda  olaraq,  hissələrə  bölürlər. 
Son dövrdə Rusiyada çap olunan dərsliklərdə bu məsələ ilə bağlı da 
müxtəlif mövqelərə rast gəlinir. Məsələn. M.M.Boquslavskiy özünün 
“Beynəlxalq  xüsusi  hüquq"  dərsliyində  tədris  kursunu  ümumi  və 
xüsusi  hissələrə  ayınr‘.  V.P.Zvekovun  müəllifliyi  ilə  çapdan  çıxan 
“Beynəlxalq xüsusi hüquq” mühazirə kursunda mövzular ümumi və 
xüsusi  hissələrə  ayrılsalar  da,  beynəlxalq  mülki  proseslə  bağlı 
məsələlər  üçüncü  hissə  kimi  verilmişdir^  Q.K.Dmitriyevanın 
redaktorluğu ilə çapdan çıxan eyni adlı dərslikdə isə tədris kursu dörd 
hissəyə  bölünmüşdür’.  Sistemin  müxtəlif  hissələrə  bölünməsindən 
asılı olmayaraq mövzuların tərkibi və institutların düzülmo ardıcıllığı 
demək olar ki, bütün dərsliklərdə eynidir. 
Ümumi  hissədə  bütövlükdə  beynəlxalq  xüsusi  hüquq  üçün 
əhəmiyyət  kəsb  edən  məsələlər  öyrənilir.  Bura  daxildir:  beynəlxalq 
xü- 
1
 
Eoı^cJiaBCKiıii M.M. Mc*a>'Uapoaııoc Hacrııoe npano. M.. 2001, o. .^4. 
2
 
3B6KOB B.n. Mexütyııapoiuıoc naaııoe ııpuBo. Kype .ıcKuııit. M.. 1990, 
L
'. V-Xl 
3
 
MenuynapojHoc Mat-rnoc ııpano / FIoj pca. 
r.K.JlMiiTpııeBoii. 
M.. 2001, 
c.
 646-6S0 
23 


Fəsil 1. Beynəlxalq xüsusi hüququn anlayışı, predmeti və sistemi 
sıısi hüququn anlayışı, predmeti, metodları, beynolxalq xüsusi hüquq 
nonnaları,  kollizion  hüquq  normalarının  sistemi,  kollizion  hüququn 
tətbiqi və təfsiri məsələləri, qarşılılıq, ümumi qayda haqqında qeyd- 
şərt  və  digər  prinsiplər,  beynəlxalq  xüsusi  hüququn  subyektləri  və 
onların hər birinin özünəməxsus xarakteristikası və s. 
Xüsusi hissədə isə ayn-ayn istiqamətlər öyrənilir. Onlara çox vaxt 
beynolxalq  xüsusi  hüququn  yarımsahələri  deyilir.  Bura  daxildir:  1) 
əşya  və  ya  mülkiyyət  hüququ;  2)  intellektual  mülkiyyət  hüququ;  3) 
xarici  iqtisadi  əqdlər;  4)  beynəlxalq  kredit  və  hesablaşma 
münasibətləri;  5)  beynəlxalq  daşımalar;  6)  müqavilədən  kənar 
öhdəliklər;  7)  ailə  hüququ;  8)  vərəsəlik  hüququ;  9)  əmək 
münasibətləri. 
Beynəlxalq  mülki  və  arbitraj  prosesi  məsələləri  isə,  bir  qayda 
olaraq, ayrıca bölmə şəklində öyrənilir. 
Beynəlxalq  xüsı  sİ  hüquq  dövlətdaxili  hüququn  sahəsi 
olduğundan bütün dünya üçün vahid beynəlxalq xüsusi hüquq sahəsi 
mövcud  deyildir.  Beynəlxalq  xüsusi  hüquq  sahələrinin  sayı 
dövlətlərin  sayı  qədərdir.  Buna  görə  də  beynəlxalq  xüsusi  hüququn 
ümumdün-  ya  üzrə  vahid  sistemindən  də  söhbət  gedə  bilməz. 
Beynolxalq  xüsusi  hüququn  predmetinə  münasibət  ayn-ayn 
dövlətlərdə müxtəlif olduğundan ingilis, fransız, alman, çin, amerikan 
və  s.  beynəlxalq  xüsusi  hüquq  doktrinaları  və  bundan  irəli  gələrək 
ayrı-ayrı  dövlətlərin  beynəlxalq  xüsusi  hüquq  normalarının 
tənzimlədiyi münasibətlərin dairəsi bir-birindən fərqlənir. 
24 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə