Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə8/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   4   5   6   7   8   9   10   11   ...   124

Fəsit 2. Beynəlxalq xüsusi hüququn mənbələri 
§ 
l.
 Beynəlxalq xüsusi hüququn mənbələrinin 
anlayışı və növləri 
Hüququn  maddi  vo  fonnal  monada  mənbələri  fərqləndirilir. 
Hüququn  meydana  gəlməsi  və  inkişafı  ictimai  tələbatdan  irəli 
gəldiyinə görə İnsanların maddi həyat şəraiti hüququn maddi mənada 
mənbəyi hesab edilir. Başqa sözlə ifadə etsək hüquq öz başlanğıcını 
ictimai həyatdan götürür. 
Hiiquqşiinashqda  daha  çox  hüququn  fomıal  mənada 
mənbələrindən söhbət gedir. Hüququn formal mənada mənbəyi onun 
ifadə formalarıdır. Hüquq nonnalar şəklində bu və ya digər sənəddə 
müəyyən  formada  obyektivləşdirilir,  ifadə  olunur  ki,  sonuncular  da 
mənbə adlandırılır. 
Beynəlxalq xüsusi hüququn mənbəyi dedikdə beynəlxalq xüsusi 
hüquq normalannın ifadə formaları başa düşülür. Beynəlxalq xüsusi 
hüquq normaları müxtəlif formalarda ifadə olunduğundan beynəlxalq 
xüsusi  hüququn  mənbələrinin  növləri  fərqləndirilir.  Ümumiyyətlə, 
xarakter  və  mahiyyətindən  asılı  olaraq,  hər  bir  hüquq  sisteminin 
özünəməxsus  mənbələri  vardır.  Məsələn,  beynəlxalq  müqavilə  və 
beynəlxalq  adət  beynəlxalq  ümumi  hüququn  əsas  mənbəyi  kimi 
qiymətləndirilir.  Fomıalaşma  tarixinə,  quıııluşuna  və  qəbul  edilən 
ənənələrə  görə  bir-birİndən  fərqləndirilən  milli  hüquq  sistemləri  də 
mənbə  müxtəlifliyinə  malikdirlər.  Roman-gennan  hüquq  ailəsinin 
prinsipləri əsasında qurulan Azərbaycan hüquq sistemi üçün qanunlar 
və qanunqüvvəli aktlar əsas mənbə hesab edilir. Anqlosakson hüquq 
sistemli ölkələrdə isə nomıativ aktlarla yanaşı məhkəmə presedenti də 
mənbə kimi qəbul edilir. 
Beynəlxalq  xüsusi  hüquq  milli  hüquq  sisteminin  bir  sahəsidir. 
Milli  hüququn  bir  sahəsi  olan  beynəlxalq  xüsusi  hüququn  mənbəyi 
kimi yalnız həmİn hüquq sistemi üçün xarakterik olan mənbələr çıxış 
edə bilər. Buna görə də Azərbaycan beynəlxalq xüsusi hüququn 
25 


Fəsil 
2
.
 Beynəlxəlq xüsusi hüququn mənbələri 
mənbələri ilə Böyük Britaniya beynəlxalq xüsusi hüququn mənbələri 
təbii  ki,  bir-birindən  fərqlənəcəkdir.  Digər  tərəfdən,  bir  sıra 
ədəbiyyatlarda  göstərilir  ki,  beynəlxalq  xüsusi  hüququn  mənbələri 
ikili  təbiətə  malikdir,  yəni  onun  üçün  həm  beynəlxalq  ümumi 
hüququn,  həm  də  milli  hüququn  mənbələri  xarakterikdir.  Əslində, 
məsələ  bir  az  başqa  formadadır.  Beynəlxalq  xüsusi  hüquq  milli 
hüququn sahəsi olduğundan özündə beynəlxalq xüsusi hüquq norması 
nəzərdə  tutan  hər  hansı  bir  beynəlxalq  müqavilə  özü-özlüyündə 
beynəlxalq  xüsusi  hüququn  mənbəyi  hesab  edilə  bilməz.  Bu  və  ya 
digər  beynəlxalq  müqavilə  milli  hüququn  mənbəyi  olduğu  həddə 
(ondan artıq yox) beynəlxalq xüsusi hüququn mənbəyidir. 
Azərbaycan  hüquq  sisteminin  mənbələrini  xarakterizə  edərkən 
.Azərbaycan  Respublikasının  Konstitusiyasının  148-ci  maddəsinə 
istinad  etməmək  qeyri-mümkündür.  Orada  Respublikamızın 
qanunvericilik  sisteminə  daxil  olan  aktlar  sadalanmışdır.  Əslində 
həmin 
aktlar 
Respublika 
hüququnun 
ifadə 
formalarıdır. 
Konstitusiyanın  148-ci  maddəsinə  görə  Konstitusiya,  referendumla 
qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, digər qanunqüvvəli aktlarla 
yanaşı,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələr  də  .Azərbaycan  Respublikasının  qanunvericilik 
sisteminin  ayrılmaz  tərkib  hissəsi  hesab  edilir.  Deməli,  sadəcə,  hər 
hansı  beynəlxalq  müqavilə  deyil,  Azərbaycan  Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilə Azərbaycan beynəlxalq xüsusi 
hüququnun mənbəyi ola bilər. 
Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələrə  tərəfdar 
çıxması müxtəlif üsul və fonnaiarla baş verir. 13 iyun 1995-ci il tarixli 
“Beynəlxalq  müqavilənin  bağlanması,  icrası  və  ləğv  edilməsi 
qaydaları  haqqında”  Azərbaycan  Respublikası  Oanununun  3-cü 
maddəsinə  görə  Azərbaycan Respublikası beynəlxalq  müqavilələrin 
onun  üçün  məcburiliyinə  razılığını  müqavilənin  imzalanması, 
müqaviləni  təşkil  edən  sənədlərin  mübadiləsi,  müqavilənin 
ratifikasiyası, qəbul edilməsi, təsdiq edilməsi, ona qoşulma vasitəsilə 
və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə 
26 


§ 1. Beynəlxalq xüsusi hüququn mənbələrinin anlayışı və növləri 
bilər.  Nəticədə  beynəlxalq  müqavilə  Azərbaycan  Respublikasının 
qanunvericilik  sisteminin  tərkib  hissəsinə  çevrilir  və  bundan  sonra 
milli hüququn, o cümlədən beynəlxalq xüsusİ hüququn mənbəyi kimi 
çıxış edir. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  eyni  zamanda, 
qanunvericilik  sisteminə  daxil  olan  aktların  hüquqi  qüvvəsinə  görə 
ierarxiyasında  beynəlxalq  müqavilələrin  yerini  müəyyən  etmişdir. 
Konstitusiyanın 
151-ci 
maddəsində 
deyilir: 
"Azərbaycan 
Respublikasının qanunvericilik sisteminə daxil olan nonnativ hüquqi 
aktlar 
ilə  {Azərbaycan  Respublikasının  Konstitusiyası  və 
referendumla  qəbul  edilən  aktlar  istisna  olmaqla)  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələr  arasında 
ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir". 
Yuxarıda  qeyd  edilənlər  beynəlxalq  müqavilənin  birbaşa 
tətbiqinin  İnkarı  kimi  başa  düşülməməlidir.  Dövlətdaxili 
münasibətlərin  tənzimlənməsi  ilə  əlaqədar  olan  beynəlxalq 
müqavilələr  onların  birbaşa  tətbiq  edilib-edilməməsindən  asılı 
olmayaraq  ilk  əvvəl  milli  hüquq  sisteminin  tərkib  hissəsinə 
çevrilməlidir. Yalnız bundan sonra onların bir hissəsi dİgər normativ 
hüquqi aktlar kimi birbaşa tətbiq edilə bilər. Bu baxımdan, 28 dekabr 
1999-cu  ildə  qəbul  edilən,  1  sentyabr  2000-ci  ildə  qüvvəyə  minən 
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3-cii maddəsinin birinci 
hissəsi maraq doğurur. Orada deyilir ki, Azərbaycan Respublikasının 
tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələr  həmin  məcəllə  ilə 
tənzimlənən mülki hüquq münasibətlərinə, əgər beynəlxalq müqavilə 
ilə  onun  tətbiqi  üçün  dövlətdaxili  normativ-hüquqi  aktın  qəbul 
edilməsi  tələbi  nəzərdə  tutulmayıbsa,  birbaşa  tətbiq  edilir.  Bu 
nomıadan  da  göründüyü  kimi  hər  iki  halda  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən  söhbət 
gedir. 
Ədəbiyyatda  beynəlxalq  xüsusi  hüququn  mənbəyi  kimi  bir  sıra 
hallarda adət, məhkəmə və arbitraj təcrübəsi, elmi doktrina və hətta 
"tərəflərin  muxtariyyəti"nə  istinad  edirlər.  Bununla  bağlı 
qanunvericilikdə  də  müəyyən  nonnalara  rast  gəlinir.  Məsələn. 
“Beynəl 
27 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə