Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 3. Beynolxalq xüsusi hüquq nonualan



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə4/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   2   3   4   5   6   7   8   9   ...   124

§ 3. Beynolxalq xüsusi hüquq nonualan 
laşdırılmış  maddi  hüquq  normaları  kollizion  problemini  aradan 
qaldırır.  Həmin  normalar  kollizion  metodundan  istifadədən  yan 
keçərək müvailq münasibətə birbaşa tətbiq edilir. Yeri gəlmişkən, bu 
istiqamətdə  maddi  hüquq  nomıalarını  müəyx'ən  edən,  ticarət 
sahəsində  özünün  geniş  tətbiqini  tapan  aşağıdakı  konvensiyaların 
adını  çəkmək  olar;  1930-cu  il  “Veksellər  haqqında”  Cenevrə 
Konvensiyası;  1931-ci  il  “Çeklər  haqqında"  Cenevrə  Konvensiyası 
(hər  iki  sənədə  Azərbaycan  Respublikası  2  may  2000-ci  il  tarixdə 
qoşuhmışdur);  1980-ci  il  “Əmtəələrin  beynəlxalq  alqı-satqı 
müqavilələri  haqqında"  Konvensiya;  1974-cü  il  “Əmtəələrin 
beynəlxalq  alqı-satqısında  iddia  müddəti  haqqında"  Konvensiya; 
1988-ci il “Beynəlxalq maliyy'ə li- zinqi haqqında” Konvensiya və s. 
Bu və ya digər məsələlər üzərində biz gələcək mövzularda daha geniş 
şəkildə dayanacağıq. 
Beləliklə,  bej  nətxalq  xüsusi  hüquq  üçün  hüquqi  tənzimlən- 
ıııənin  özünəməxsus  iki  metodu  xarakterikdir:  birincisi,  kollizion 
hüquqi metod: ikincisi, maddi-hüquqi metod. 
Beynəlxalq  xüsusi  hüquq  mülki  dövriyyə  ilə  əlaqəli  olduğuna 
görə  beynəlxalq  xüsusi  hüquq  münasibətləri  üçün  dispozitivlik 
xarakterikdir. Onun da ilkin başlanğıcları kimi müstəqillik, tərəflərin 
hüquq  bərabərliyi  və  muxtariyyəti,  xüsusi  mülkiyyətin  müdafiəsi, 
müqavilə azadlığı və s. qəbul edilir. 
§ 3. Beynəlxalq xüsusi hüquq norniuları 
Digər hüquq sahələrində olduğu kimi beynəlxalq xüsusi hüquq da 
normativ tərkib etibarı ilə hüquq normalarından ibarətdir. Bey- 
ləlxalq xüsusi hüquq normalarının təsnifatı birbaşa beynəlxalq xü- 
iusi hüququn metodları ilə əlaqəlidir. Hüquqi tənzimlənmənin kol- 
İzion və maddi hüquqi metodlarından irəli gələrək beynəl.xalq xü- ıısi 
hüquq nonualan da iki qrupa bölünür: 1) kollizion normalar; ) 
unifikasiya edilmiş maddi hüquq normaları. 
Beynəlxalq xüsusi hüquq normalarının kollizion və maddi hü- 
Liq 
normalarından ibarət olması, demək olar ki, bu sahədə tədqiqat 
13 


Fəsil I. Beynəlxalq xüsusi hüququn anlayışı, predmeti və sistemi 
aparan bütün alimlər tərəfindən qəbul edilir. Lakin həmin normaların. 
xüsusən  də  maddİ  hüquq  nonnalarmın  dairəsi  ilə  bağlı  ciddi  fikir 
ayrılıqları mövcuddur. 
Kollizion norma müvafiq münasibətin tənzimlənməsi üçün hansı 
hüququn  tətbiq  edilməsini  müəyyən  edən,  başqa  sözlə  kollizion 
problemi  həll  edən  normaya  deyilir.  Belə  normalar  münasibəti 
mahiyyət etibarı ilə tənzimləmir, sözü gedən münasibəti mahiyyətcə 
tənzimləməkdən Ötrü totbİq ediləcək hüququ göstərir. 
Kollizion  normaların  məcmusuna  kollizion  hüquq  deyilir. 
Beynəlxalq  xüsusi  hüquq  tarixən  kollizion  hüquq  kimi  xarakterizə 
edilmiş, zaman keçdikcə isə tərkib etiban ilə keyfiyyət dəyişikliyinə 
məruz qalmışdır. 
Kollizion  hüquq  normaları  dövlət  daxili  qanunvericilikdə  və 
beynəlxalq müqavilələrdə nəzərdə tutula bilər. Hazırda qüvvədə olan 
Azərbaycan  Respublikasının  qanunvericiliyində  kollizion  hüquq 
normaları əsasən 6 iyun 2000-cİ il tarixdə qəbul edilmiş “Beynəlxalq 
xüsusi hüquq haqqında” Qanunda öz əksini tapmışdır. Bundan əlavə 
28  dekabr  1999-cu  ildə  qəbul  edilmiş  Azərbaycan  Respublikasının 
Ailə Məcəlləsinin yeddinci bölməsi (146-157-ci maddələr) də əsasən 
kollizion normalardan ibarətdir. 
Beynəlxalq  müqavilələrdə  kollizion  nomıalar  dövlətlərin 
iradələrinin  qarşılıqlı  razılaşdırılması  əsasında  yaradılır.  Belə 
nonrıalara  dövlətlər  arasında  iqtisadi,  mədəni,  sosial,  hüquqi 
sahələrdə  bağlanan  ikitərəfli  və  çoxtərəfli  sazişlərdə  rast  gəlmək 
mümkündür. 
Tarixdə kollizion hüquq nomıalannın unifıkasiyasına beynəlxalq 
səviyyədə  nail  olmaqla  əlaqədar  ayn-ayn  dövrlərdə  cəhdlər  də 
edilmişdir. Belə təşəbbüslərdən biri müvəffəqiyyətlə başa çatmışdır. 
1928-ci  ildə  Panamerika  konfransında  kollizion  hüquq  nomıalannın 
məcmusundan ibarət olan müqavilə bağlanır. Həmin müqavilə bu gün 
də  onun  tərtibçisi  olan  məşhur  Kuba  hüquqşünasının  adı  ilə  - 
Bustamant  kodeksi  kimi  mərkəzi  və  cənubi  Amerika  ölkələrində 
qüvvədədir. 437 maddədən ibarət olan bu sənəd kifayət qədər təkmil 
hesab  edilir  və  hal-hazırda  da  kollizion  nomıaların  əksər  hissəsini 
özündə ifadə edən, yeganə çoxtərəfli beynəlxalq müqavilədir. 
14 


§ 3. Beynəlxalq xüsusi hüquq nomıalan 
Koüİzion  hüquq  normalarına,  bir  qayda  olaraq,  hüquqi  yardım 
haqqında  beynəlxalq  səviyyədə  bağlanan  ikitərəfli  və  çoxtərəfli 
müqavilələrdə də rast gəlinir. 
Beynəlxalq  xüsusi  hüquq  norması  kimi  qiymətləndirilən  maddi 
hüquq  nomıalarını  iki  qrupa  bölürlər:  1)  beynəlxalq  müqavilə 
vasitəsilə  ıınifikasiya  edilmiş  maddi  hüquq  normaları;  2)  bilavasitə 
xarici  elementii  münasibətləri  tənzimləmək  üçün  milli  hüquq 
sistemində mövcud olan qanunlarda və qanunqüvvəli aktlarda nəzərdə 
tutulan  maddi  hüquq  normaları.  İkinci  qrup  normaların  beynəlxalq 
xüsusi  hüquqa  aid  olmaları  İlə  bağlı  hüquq  ədəbiyyatında'  vahid 
mövqe yoxdur. 
Kollizİon  hüquq  normalarından  fərqli  olaraq  maddi  hüquq 
normaları  xarici  elementii  mülki  dövriyyədə  baş  verən  münasibətin 
İştirakçıları üçün bilavasitə davranış  qaydası  yaradır. Belə normalar 
kollizion mərhələdən yan keçərək birbaşa tətbiq edilir. 
Beynəlxalq  səviyyədə  maddi  hüquq  nomıalannın  ıınifikasiya 
prosesi hələ XIX əsrin II yarısında başlamış, XX əsrin əvvəllərində isə 
geniş vüsət almışdır. Bu dövrdə beynəlxalq xüsusi hüququn bir sıra 
sahələri üzrə, o cümlədən əmtəələrin beynəlxalq alqı-satqısı, dəniz və 
hava  daşımaları,  veksel  və  çek  hüququ,  intellektual  mülkiyyət 
məsələləri ilə bağlı uğurlu unİtikasiyaya naİl olunmuşdur. 
Əksər  müəlliflər,  məsələn,  L.A.Lunts,  Q.K.Dmitriyeva,  K.Q- 
Matveyev  və  s.  beynəlxalq  səviyyədə  ıınifikasiya  edilmiş  maddi 
hüquq  normalarını  beynəlxalq  xüsusi  hüquq  norması  kimi 
qiymətləndirirlər.  Maddi  hüquq  normalarının  ikinci  qrupuna 
münasibətdə isə, yuxanda qeyd edildİyİ kimi fikir ayrılığı mövcuddur. 
Hər  balda  Azərbaycan  Respublikasının  qanunvericilik  sistemində 
kifayət pdər nonnalara istinad etmək olar ki, onlar kollizion problemlə 
astlaşmadan  xarici  elementii  münasibəti  birbaşa  tənzimləmək  içün 
nəzərdə tutulub. 13 mart 1996-cı il tarixli “Əcnəbilərin və 
Me>Kiiyııapoanoe  'lacnıoc  ııpaBo.  CoBpcMcıııibic  ııpt)rvıeMi,ı.  O
TB
.  pea. 
M.M.Doıyc.;ıaB- CKiıii. M., 1994, 
C. 
78 
15 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə