Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə11/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   7   8   9   10   11   12   13   14   ...   124

Fəsil 2. Beynəlxalq xüsusi hüququn mənbələri 
susi  hüquq  normalarının  təkmilləşdirilməsi  baxımından  əhəmiyyət 
kəsb  edirsə,  digər  tərəfdən  onların  xarici  elementli  xüsusi  hüquq 
münasibətlərinə düzgün tətbiq edilməsini asanlaşdırır. 
Milli hüququn bir sahəsi olaraq beynəlxalq xüsusi hüququn iııki- 
şaf səviyyəsi ayrı-ayrı dövlətlərdə müxtəlifdir. Bir qrup dövlətlərdə bu 
haqda  ayrıca  qanunlar  qüvvədədir,  digərlərində  belə  qanunların 
layihələri  hazırlanmış,  bəzi  dövlətlərdə  isə  bu  sahədə  heç  bir 
kodiflkasiya  işi  aparılmamış,  beynəlxalq  xüsusi  hüquq  normaları 
ayrı-ayrı aktların tərkibində nəzərdə tutulmuşdur. 
Beynəlxalq xüsusi hüquq haqqında ayrıca qanun qəbul etmək yolu 
ilə  məcəilələşmə  işi  Çexoslovakiyada  (1963-cü  ildə  qəbul  edilib, 
hazırda  Çexiyada  qüvvədədir),  Polşada  (1965-ci  il),  Avstriyada 
(1978-ci il), Macarıstanda (1979-cu il), Yuqoslaviyada (1982- ci il), 
Türkiyədə (1982-ci ii), İsveçrədə (1987-ci il), İtaliyada (1995-ci il), 
Rumıniyada (1992-ci il), AFR-də (1986-cı il), Gürcüstanda (1998-ci 
il),  Kanadanın  Kvebek  əyalətində  {1994-cü  ii),  ABŞ-ın  Luiziana 
ştatında  (1991-ci  il),  Lixtenşteyndə  (1997-ci  il)  və  s.  dövlətlərdə 
aparılmışdır. 
İspaniya, Portuqaliya, Əlcəzair, Misir, Yaponiya, Peru, Vyetnam, 
Suriya və s. dövlətlərdə qüvvədə olan Mülki Məcəllələrdə kollizion 
normalar  ayrıca  bölmədə  verilmişdir.  Məsələn,  1995-ci  ildə 
Vyetnamda  qəbul  edilən  yeni  Mülki  Məcəlləyə  "Xarici  elementli 
mülki münasibətlər" adı altında Vll bölmə daxil edilmişdir. Orada çox 
geniş məsələlər; beynəlxalq xüsusi hüququn predmeti (m. 826), xarici 
hüququn tətbiqinin hüquqi əsaslan, beynəlxalq müqavilələrin qüvvəsi 
(m.  827),  fiziki  və  hüquqi  şəxslərin  mülki  hüquq  və  fəaliyyət 
qabiliyyəti  (m.  829-832),  mülkiyyət  rhəsələləri  üzrə  (m.  836-838), 
müqavilə  və  müqavilədən  kənar  öhdəliklər  üzrə  (m.  834-835) 
kollizion normalar öz əksini tapmışdır. 
Hətta kodiflkasiya İşinin ənənə xarakter daşımadığı anqlosakson 
hüquq  sistemli  ölkələrdə  son  dövrdə  qəbul  edilən  qanunlarda 
beynəlxalq  xüsusi  hüquq  nomıalarına  rast  gəlinir.  Məsələn,  Böyük 
Britaniyada vəsiyyətnamə haqqında qanun (1963-cü il), övladlığa 
34 


§ 4, Beynəlxalq xüsusi hüququn inkişafında beynəlxalq müqavilələrin mlu 
götürmə  haqqında  qanun  (1968-ci  il),  boşanma  və  ər-ar\'adın  ayrı 
yaşamaları  haqqında  məhkəmə  qərarının  tanınması  haqqında  qanun 
(1996-cı  il)  və  s.;  ABŞ-da  Vahid  Nümunəvi  Ticarət  Məcəlləsi 
(1962-ci il), xarici dövlətlərin immuniteti haqqında qanun (1976-cı il) 
və  s.  qəbul  edilmişdir.  Bu  ölkələrdə  qeyri-rəsmi  səviyyədə  aparılan 
kodiflkasiya işi də (Böyük Britaniyada Daysi kursu, ABŞ-da Amerika 
Hüquq  İnstitutu tərəfindən hazırlanan qanunların konflikti  haqqında 
qanunlar məcmuəsi və s.) diqqəti cəlb edir. 
§ 4. Beynəlxalq xüsusi hüququn inkişafında 
beynəlxalq müqavilələrin rolu 
Bu  və  ya  digər  dövlətin  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilə 
özündə beynəlxalq xüsusi hüquq norması ifadə edirsə, belə müqavilə 
həmin dövlətin beynəlxalq xüsusi hüququnun mənbəyi hesab edilir. 
Dünyada  inteqrasiya  dərinləşdikcə  beynəlxalq  xarakterli  xüsusi 
hüquq  münasibətlərinin,  eyni  qaydada  tənzimlənməsinə  dövlətlərin 
marağı  artır.  Bu  da  onların  iradələrinin  qarşılıqlı  razılaşdırılması 
əsasında  bağlanan  beynəlxalq  müqavilələrdə  öz  həllini  tapır. 
Beynəlxalq mülki dövriyyə üçün eyni qaydaların müəyyən edilməsi, 
yəni  onların  unifıkasiyası  beynəlxalq  müqavilələr  bağlamaqla 
reallaşır. Unifıkasiyanın predmeti kimi maddi, kollizion və prosessual 
hüquq  normaları  çıxış  edir.  Unifıkasiya  müxtəlif  səviyyələrdə: 
ikitərəfli, regional və universal aparılır. Bundan irəli gələrək ikitərəfli, 
regional və universal beynəlxalq müqavilələr bağlanır. 
Mülki  dövriyyə  ilə  əlaqədar  olan  ikitərəfli  beynəlxalq 
müqavilələrlə əsasən aşağıdakı məsələlər tənzimlənir': 
1)
 
ticarət,  iqtisadi  əməkdaşlıq,  əmtəə  dövriyyəsi  və  ödəmələr, 
ticarət gəmiçiliyi, azad ticarət rejimi haqqında; 
2)
 
mülki,  ailə,  cinayət  işləri  üzrə  hüquqi  yardım  haqqında. 
Müstəqil Azərbaycan Respublikası bir sıra dövlətlərlə, o cümlədən 2 
1
 
3
BCKOB 
B.n. 
Mexuyııapoanoc Macrııoc ııpaso Xype jieyuHfı 
M . nW. 
c 58-59 
35 


Fəsil 2. Beynəlxalq xİisusİ hüququn mənbolori 
noyabr  1992-ci  ildo  mülk  İ,  ticarət  və  cinayət  işləri  üzrə  qarşılıqlı 
hüquqi  yardı ni  göstərilməsi  haqqında Türkiyə  Respublikası ilə, 22 
dekabr 1992-ci ildə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və 
hüquqi  münasibətlər  haqqında  Rusiya  Federasiyası  ilə,  29  iyun 
1995-ci  İldə  mülki  işlər  üzrə  hüquqi  yardım  haqqında  Bolqarıstan 
Respublikası ilə, 8 mart 1996-cı ildə mülki, ailə və cinayət işləri üzrə 
hüquqi  yardım  və  hüquqi  münasibətlər  haqqında  Gürcüstan 
Respublikası ilə, 10 iyun 1997-ci ildə mülki işlər üzrə hüquqi yardım 
və  hüquqi  münasibətlər  haqqında  Qazaxıstan  Respublikası  ilə,  18 
iyun !997-ci ildə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və 
hüquqi münasibətlər haqqında Özbəkistan Respublikası ilə, 05 avqust 
1997-ci ildə hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi 
münasibətlər haqqında Qırğızıstan Respublikası ilə, 21 fevral 1998-ci 
ildə hüquqi yardım haqqında İran Tslara Respublikası ilə, 23 oktyabr 
200t-ci ildə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi 
münasibətlər  haqqında  Litva  Respublikası  ilə  belə  müqavilələr 
bağlamışdır. 3 may 2002-ci  ildə mülki  və ticarət  işləri üzrə hüquqi 
əməkdaşlıq haqqında Türkiyə ilə ikinci dəfə müqavilə bağlanmış və 
həmin müqavilə 2 noyabr 1992- ci il tarixli müqaviləni əvəz etmişdir; 
3)
 
konsulluq  münasibətləri  haqqında.  AR-in  Misir  Ərəb 
Respublikası, ÇXR, Türkiyə, Türkmənistan, Pakistan, Gürcüstan, RF, 
Ukrayna  və  s.  dövlətlərlə  bu  istiqamətdə  ikitərəfli  müqavilələr 
bağlanmışdır; 
4)
 
kapital qoyuluşunun həvəsləndirilməsi və qarşılıqlı müdafiəsi 
haqqında.  Bu  sahədə  AR-in  Böyük  Britaniya,  Fransa,  İran  İslam 
Respublikası,  Gürcüstan  Pakistan  İslam  Respublikası,  Qazaxstan, 
Qırğızstan, Livan, İtaliya, Polşa, Türkiyə, Ukrayna və s. dövlətlərlə 
ikitərəfli beynəlxalq müqavilələri mövcuddur 
5)
 
qarşılıqlı  maliyyə  və  əmlak  pretenziyalarınm  tənzimlənməsi 
haqqmda; 
6)
 
beynəlxalq  avtomobil,  dəmir  yolu,  hava,  ticarət  gəmiçiliyi 
əlaqələri haqqında; 
7)
 
müəlliflik  və  onunla  əlaqəli  hüquqların  qarşılıqlı  mühafizəsi 
haqqında; 
36 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə