^ 1. Beynəlxalq hesabiajmalarin və valyuta oməliyyatlannın hüquqi əsaslan
sablanna malik ola bilərlər. Azərbaycan Respublikasının Milli Bankı
tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və
təşkilatlar əldə etdikləri xarici valyutanı məcburi şəkildə müvəkkil
banklardakı öz hesablanna köçürməlidirlər. Rezidentlər Milli Bankın
müəyyən etdiyi hal və şərtlər daxilində Azərbaycan Respubli- kasınm
hüdudlanndan kənarda xarici valyuta hesabı aça bilərlər.
Rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasının
müvəkkil banklarmdakı xarici valyuta hesablarının rejimi Milli Bank
tərəfindən təsdiq edilən 25 iyun 1997-ci il tarixli Qaydalara əsasən
müəyyən edilir.
Qeyri-rezidentlər gömrük qaydalarına əməl
etmək şərtilə valyuta
sərvətlərini Azərbaycan Respublikasına köçürmək, gətirmək və
göndərmək hüququna malikdir.
Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliy-
yatlan iki qrupa bölürlər: 1) cari valyuta əməliyyatları; 2) kapitalın
hərəkətilə bağlı valyuta əməliyyatları. Cari valyuta əməliyyatlarına
aşağıdakılar aiddir: a) mallann, işlərin və xidmətlərin ixracı və idxalı
üzrə hesablaşmalann, eləcə də ixrac-idxal əməliyyatlarının 180
gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar
hesablaşmalann həyata keçirilməsi üçün xarici valyutanın
Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından
köçürülməsi; b) 180 gündən artıq olmayan müddətə maliyyə
kreditlərinin alımıiası və verilməsi; c) əmanətlər, investisiyalar,
kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə
faizlərin,
dİvidendlərin
və
digər
gəlirlərin
Azərbaycan
Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; ç)
Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından
qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, pensiya,
aliment və mİras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu
kimi əməliyyatlar.
Kapitalın hərakəti ilə bağlı valyuta əməliyyatları isə aşağıdakı
əməliyyatlar hesab edilir: a) birbaşa investisiyalar, yəni gəlir əldə
etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna ma
195