Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə62/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   58   59   60   61   62   63   64   65   ...   124

Fəsil 10. Xarici iqtisadi əqdlər 
FAS  və  FOB  müqavilələri  adından  göründüyü  kimİ  yüklərin 
dəniz daşımaları zamanı tətbiq edilir. 
"C" hərfi ilə işarə edilən üçüncü qrupa dörd tip müqavilə: 1) CFR 
(cost  and  freiqht 
-  dəyər  və  fraxt);  2)  ClF 
(cost,  incurance, 
freiqht 
-  dəyər,  sığorta,  fraxt);  3)  CPT 
(carriage  paid  to... 
-  ... 
qədər  daşıma  haqqı  ödənİlİb);  4)  CİP 
(carriage  and  Insurance 
paid to... 
-... qədər daşıma haqqı və sığorta ödənilib) daxildir. 
Üçüncü qrupa daxil olan müqavilə tipləri  satıcının öhdəliklərini 
bir qədər də artıraraq, daşıma və sığorta müqavilələrinin öz hesabına 
bağlaması vəzifəsini də onun üzərinə qoyur. 
Dördüncü "D" qrupuna beş müqavilə tİpi aid edilir: 1) DAF (de- 
livered at frontrier 
- sərhədə qədər daşıma); 2) DES 
(delivered ex 
ship 
-  gəmiylə  çatdırılmış);  3)  DEQ 
(delivered  ex  quay  (duty 
paid) 
- rüsumu ödəməklə limanda çatdırılmış); 4) DDU 
(delivered 
duty  unpaid 
- rüsum ödənmədən çatdırılmış); 5) DDP 
(delivered 
duty paid 
- rüsum ödəməklə çatdınimış). 
Dördüncü  qrupda  cəmləşən  müqavilə  tipləri  satıcı  üçün  daha 
ağırlaşdıncı şərtlər nəzərdə tutur. O, yükün təyin edilmiş məntəqəyə 
çatdırılması üçün bütün xərcləri ödəyir və əmtəənin təsadüfən məhv 
olma riskini daşıyır. 
Beynəlxalq  ticarət  adətlərin  digər  qeyri-rəsmi  məcəllələri  kimi 
İnkoterms  də  məcburi  hüquqi  qüvvəyə  malik  deyildir.  Onu  öz 
müqaviləsinə  tətbiq  etmək  İstəyən  xarici  ticarət  müqaviləsinin 
tərəfləri bunu bağladıqlan müqavilə ilə təsdiq etməlidirlər. İnkoterms 
müxtəlif  redaksiyalarda  mövcud  olduğundan  ona  istinad  edənlər 
müqavilələrində redaksiya ilini mütləq göstərməlidirlər. 
Xarici  ticarət  dövriyyəsində  beynəlxalq  ticarət  adətlərinin  geniş 
tətbiqi ilə əlaqədar olaraq son dövrlərdə elmi ədəbiyyatda ayrıca bir 
normativ  sistemin  fonnalaşması  göstərilir.  Həmin  normativ  sistem 
transmilli  kommersiya  hüququ  və  yaxud  müasir  dövrün 
“lex 
mercatoria”sı 
adlandırılır. 
"Lex  mercatoria" 
ifadəsinin  latın 
dilindən tərcüməsi “ticarət hüququ”dur. 
190 


§ 5. Beynəlxalq ticarət adətləri (Lex mercatoria) 
Müasir dövrdə xarici İqtisadi əməliyyatları tənzimləyən müəyyən 
qrup  normalar  formalaşmışdır  ki,  onlar  milli  hüquq  sisteminə 
münasibətdə avtonom xarakter daşıyır.  Yuxanda  bu  növ normaların 
qeyri-rəsmi  səviyyədə  məcəllələşdirilməsini  qeyd  etmişdik.  Məhz 
apanlan məcəllələşdirmə İşinin nəticələrinin məcmusu müasir dövrün 
"lex  mercatoria"sı  hesab  edilir.  Bu  baxımdan  lex  mercatoria-  nın 
mənbələri  rəngarəngdir.  Bura  hüququn  ümumi  prinsipləri  və  geniş 
yayılmış  beynəlxalq  ticarət  adətlərindən  tutmuş  qeyri-hökumət 
təşkilatlannın  nümunəvi  müqavilələri,  tövsiyələri,  ümumi  şərtləri, 
arbitraj qərarları və s. sənədləri aid edirlər. 
Xüsusi  Hüququn  Unifikasiyası  üzrə  Beynəlxalq  İnstitut 
(UNIDRUA) tərəfindən işlənib hazırlanan və I994-cü ildə dərc edilən 
beynəlxalq kommersiya müqavilələrinin Prinsipləri lex mercatoriamn 
formalaşması  işini  bir  az  da  sürətləndirmişdir.  Qısa  müddət  ərzində 
həmin sənəd beynəlxalq ticarətin iştirakçıları arasında geniş səviyyədə 
tanınmış  və  təcrübədə  tətbiq  olunmağa  başlanmışdır.  Analoji 
unifıkasİya işləri kimi UNİDRUA-nın hazırlanmış olduğu beynəlxalq 
kommersiya  hüququnun  Prinsipləri də beynəlxalq  müqavilə deyildir 
və  xarici  ticarət  dövriyyəsinin  iştirakçıları  üçün  məcburi  hesab 
olunmur. Yalnız tərəflər bağladıqları  müqavilə  ilə  nəzərdə tutduqda 
Prinsiplər tətbiq edilir. 
191 


Fəsil 11. Beynəlxalq hesablaşmalar 
§ 1. Beynəlxalq hesablaşmaların və valyuta 
əməliyyatlarının hüquqi əsasları 
Əksər  xarici  iqtisadi  əqdlərdə  görülən  işlə  və  ya  göstərilən 
xidmətlə  əlaqədar  müəyyən  hesablaşmaların  apaniması  nəzərdə 
tutulur.  Xarici  elementli  xüsusi  hüquq  dövriyyəsində  tərəflər 
arasında  aparılan  belə  hesablaşmalara  beynəlxalq  hesablaşmalar 
deyilir.  Beynəlxalq  hesablaşmaları  aparmaq  müvafiq  səlahiyyətli 
bankın  funksiyasıdır.  Bank  xarici  iqtisadi  əqdin  iştirakçıları 
tərəfindən ona təqdim edilən sənədlər əsasında hesablaşmanı həyata 
keçirir.  Buna  görə  də  xarici  iqtisadi  əqdlərin  tərəfləri  ilə  yanaşı, 
onlara xidmət edən bank da beynəlxalq hesablaşma münasibətlərinin 
subyekti hesab olunur. 
Beynəlxalq  hesablaşmaların  apanimasının  hüquqi  əsaslan  həm 
müvafiq  beynəlxalq  müqavilələrdə,  həm  də  dövlətdaxili 
qanunvericiliklərdə  nəzərdə  tutulub.  Beynəlxalq  hesablaşma 
münasibətlərinə  təsir  edən  beynəlxalq  hüquqi  sənədlərə  1980-ci  il 
“Əmtəələrin  beynəlxalq  alqı-satqı  müqavilələri  haqqında”  BMT 
Konvensiyasını,  1930-cu  il  veksel  konvensiyalannı,  1931-ci  İl  çek 
konvensiyalarını, habelə bir sıra çoxtərəfli və ikitərəfli müqavilələri 
aid edirlər. 
Xarici  ticarət  əqdlərində  olduğu  kimi  beynəlxalq  hesablaşma 
münasibətləri  ilə  əlaqədar  da  tarixən  müəyyən  adətlər 
formalaşmışdır.  Beynəlxalq  Ticarət  Palatasının  həmin  adətlər 
əsasında  apardığı  qeyri-rəsmi  məcəllələşdirmə  işi  də  beynəlxalq 
hesablaşmalar  zamanı  geniş  tətbiq  edilir.  Palata  tərəfindən 
məcəllələşdiri-  lən  1993-cü  il  sənədli  akkreditiv  üçün  untfikasiya 
edilmiş Qayda və Adətlər, 1995-ci il inkasso üzrə unifıkasiya edilmiş 
Qaydalar  tövsiyə  xarakteri  daşısa  da,  beynəlxalq  hesablaşmalar 
zamanı onlara tez-tez müraciət edilir. Xüsusi Hüququn Unifikasiyası 
üzrə Beynəlxalq İnstitutun (beynəlxalq kommersiya müqavilələrinin 
Prinsipləri), Beynəlxalq Ticarət Hüququ üzrə BMT Komissiyasının 
(“Bey- 
192 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə