Fasİl 11. Bcynulxalq hesablaşmalar
lik olmaq məqsədilə müəssisənin nizamnamə kapitalına qoyulan
sənnayə; b) qiymətli kağızlann əldə edilməsi; e) torpaq və yerin təki
də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin
qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində
mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hü-
quqlann ödənilməsi üzrə köçünnələr; ç) mallann, işlərin və
xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş
möhlətlərin verilməsi və alınması; d) müvəkkil banklar tərəfindən
valyuta vəsaitlərinin 180 gündən artıq müddətə depozitə cəlb
edilməsi; f) cari valyuta əməliyyatı olmayan bütün digər valyuta
əməliyyatlan.
Sadalanan valyuta əməliyyatları üzrə hesablaşmalar nağdsız
qaydada aparılır. Nağdsız aparılan beynəlxalq hesablaşmaların baş
tutması üçün ilk növbədə beynəlxalq bank əməkdaşlığı zəruridir.
Ayrı-ayrı dövlətlərin bankları arasında belə münasibətlərin
yaranmasının əsasında onlar arasında müxbir münasibətlərinin
qurulması, beynəlxalq hesablaşma və ödəmə əməliyyatlarının həyata
keçirilməsi qaydaları və şərtləri haqqında bağlanan razılaşmalar
durur.
Müasir dövrdə beynəlxalq bank əməliyyatlarının xeyli hissəsi
SWİFT (Telekommunikasiya Şəbəkəsi üzrə Maliyyə Hesablaşma-
ian ilə bağlı Beynəlxalq Banklararası Təşkilat) sistemi ilə həyata
keçirilir. Hazırda bu təşkilat 90 ölkədə 3500-dən çox bankı
birləşdirir və beynəlxalq hesablaşmaların sürətlə həyata
keçirilməsinə təminat verir.
§ 2. Beynəlxalq hesablaşmaların formaları
Beynəlxalq hesablaşmalar zamanı kreditorun xeyrinə həyata
keçirilən ödənişlər müxtəlif şərtlər əsasında reallaşır. Bununla
əlaqədar olaraq beynəlxalq hesablaşmaların aşağıdakı formaları
fərqləndirilir; 1) sənədli akkreditiv; 2) inkasso; 3) ödəniş tapşırıqlan
ilə hesablaşmalar və s.
196
§ 2. Bcynalxalq hcsablaşmalann formaları
Beynəlxalq hesablaşmanın akkreditiv forması zamanı ödəyici-
nin akkreditiv açılması haqqında tapşırığı və göstərişi ilə hərəkət
edən bank (emitent bank) vəsait alana vəsait ödəməyi və ya köçürmə
vekselini ödəməyi, aksept etməyi və ya uçota almağı və ya bu
səlahiyyətləri başqa banka (icraçı banka) verməyi öhdəsinə götürür.
Sənədli akkreditiv üzrə hesablaşmada aşağıdakılar iştirak edir:
a)
sənədli akkreditivin açılması xahişi ilə çıxış edən idxalçı (alıcı);
b)
akkreditivi açan bank - emİtent bank; c) ixrac edəni (satıcım)
akkreditivin açılması haqqında xəbərdar etmək göstərişi alan, ona
akkreditivin şərtlərini təqdim edən və pul vəsaitini ödəyən icraçı
bank; ç) ixrac edən, xeyrinə akkreditiv açılan tərəf - benefısiar.
Sənədli akkreditiv xarici iqtisadi əqd üzrə hər iki tərəfin: həm
ixrac edənin, həm də İdxalçının maraqlannı özündə ifadə edir. Bir
tərəfdən ixrac edən əqd üzrə ödəmənin reallaşmasına təminat alır,
digər tərəfdən əmtəənin ixracı ilə əlaqədar bütün sənədlər alındıqdan
sonra ödəmə yerinə yetirilir. Ödəmə benefısiar tərəfindən
akkreditivdə nəzərdə tutulan hərəkətlər icra edildikdən sonra baş
verir.
Beynəlxalq hesablaşmanın sənədli akkreditiv fonnası Beynəlxalq
Ticarət Palatası tərəfindən hazırlanan sənədli akkreditivlər üçün uni-
fikasiya olunmuş Qayda və Adətlər (1993-cü il redaksiyasında)
əsasında aparılır. İşgüzar dövriyyə adətləri adlanan bu növ nonnalara
.Azərbaycan Respublikasının qanunvericiliyində də istinad edilir.
Belə ki. Mülki Məcəllənin 977.2-ci maddəsində birbaşa göstərilir ki,
akkreditiv üzrə hcsablaşmalann həyata keçirilməsi qaydası qanunla,
habelə ona uyğun müəyyənləşdirilmiş bank qaydalan və bank
praktikasında tətbiq edilən işgüzar adətləri ilə tənzimlənir.
Sənədli akkreditivə əsasən emitent bankın üzərinə götürdüyü
öhdəlik tərəflərin xarici iqtisadi əqd üzrə yaranan münasibətlərindən
asılı deyildir. Tərəflər arasında bağlanmış xarici iqtisadi əqdin
akkreditivi icra edən banka heç bir aidiyyəti yoxdur. Bu mənada
sənədli akkreditiv üzrə bağlanan əqd müstəqil xarakter daşıyır.
Amma hesablaşmanın akkreditiv forması xarici iqtisadi əqdin
özündə
197
Fəsil 11. Beynəlxalq hesablaşmalar
Ödəmənin şərti kimi nəzərdə tutula bilər. Bu zaman idxalçı (alıcı)
xarici iqtisadi əqddə razılaşdırılan müddətdə öz bankına akkreditivin
açılması haqqında göstəriş verir. Akkreditivi açan bank (emi- tent
bank) benefısiarın bankına (icraçı bank) bu barədə xüsusi məktubla
müraciət edir, eyni zamanda, akkreditivin icrası üçün onun hesabına
müəyyən pul məbləği köçürür və ona benefisian bu haqda xəbərdar
etməyi tapşırır, tcraçı bank da öz növbəsində benefisian onun xeyrinə
akkreditivin açılması və icranın şərtləri haqqında .xəbərdar edir.
İxrac edən əmtəəni yola saldıqdan və ya işi gördükdən sonra bu
barədə akkreditivdə göstərilən zəruri sənədləri rəsmiləşdirir və onları
icraçı banka təqdim edir. İcraçı bank sənədləri akkreditivin şərtlərinə
uyğunluğunu tam yoxladıqdan sonra ödəməni həyata keçirir, bu
barədə emitent bankı xəbərdar edərək, təqdim olunmuş sənədləri ona
göndərir. Emitent bank sənədlərin düzgünlüyünü yoxladıqdan sonra
icraçı banka olan borcunu ödəyir və sənədləri xarici ticarət üzrə yükü
almaqdan ötrü idxalçıya təqdim edir. Əgər icraçı bank akkreditivin
şərtlərinə müvafiq surətdə ödənişi icra etmiş və ya başqa əməliyyatı
aparmışdırsa, emitent bank ona akkreditivin icrası ilə bağlı çəkdiyi
xərclərin əvəzini ödəməlidir. Göstərilən xərclərin əvəzi, habelə
akkreditivin icrası ilə əlaqədar emitent bankın bütün başqa
xərclərinin əvəzi ödəyici (idxalçı) tərəfindən ödənilir.
İcraçı bank zahiri əlamətlərinə görə akkreditivin şərtlərinə uyğun
gəlməyən sənədləri qəbul etməkdən imtina edərsə, bu barədə o,
imtinanın səbəblərini göstərməklə vəsait alana (benefısiara) və
emitent banka dərhal məlumat verməlidir.
Əgər icraçı bankın qəbul etdiyi sənədləri aldıqdan sonra emitent
bank onları zahiri əlamətlərinə görə akkreditivin şərtlərinə uyğun
gəlməyən hesab edərsə, onların qəbulundan imtina edə bilər və
akkreditivin şərtləri pozulmaqla vəsait alana ödənilmiş məbləği
icraçı bankdan tələb edə bİlər, ödənilməmiş akkreditiv üzrə
ödənilmiş məbləğlərin əvəzini ödəməkdən imtina edə bilər.
198
Dostları ilə paylaş: |