Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


 4. Beynolxalq hesablaşmalarda veksel və (,'ck



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə67/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   63   64   65   66   67   68   69   70   ...   124

5 4. Beynolxalq hesablaşmalarda veksel və (,'ck 
Konvensiya  hazırlanarkən  hər  iki  hüquq  sisteminin  ənənələri 
mümkün  həddə  nəzərə  alınmışdır.  Lakin  Konvensiya  anqlosakson 
hüquq  sistemində  formalaşan  qaydadan  fərqli  olaraq  çeki  köçürmə 
vekselinin bir növü kimi inkar edir. 
Çek orderli qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin çek 
sahibinə ödənilməsi barədə çek verənin banka verdiyi və heç nə ilə 
şərtləndirilməyən yazılı sərəncamım ifadə edən sənəddir. Beynəlxalq 
hesablaşmalarda  çeklərin  istifadəsini  tənzimləyən  hüquq  normaları 
19 mart 1931-ci ildə Cenevrədə qəbul edilən aşağıdakı iki konvensiya 
ilə unifıkasiya edilmişdir; 1) “Çeklər haqqında vahid qanun barədə” 
Konvensiya;  2)  “Çeklər  haqqında  qanunların  kolliziyasının  bəzi 
məsələləri haqqında” Konvensiya. 
Cenevrə Konvensiyasına görə çekdə bir sıra zəruri rekvizitlər öz 
əksini tapmalıdır, əks təqdirdə belə rekvizitlərə cavab vennəyən çek 
etibarsız  hesab  edilə  bilər.  Konvensiya  məcburi  rekvizitlər  su'asına 
aşağıdakıları  aid  edİr:  sənədin  mətninə  daxil  edilmiş  "çek"  adı 
(sənədin tərtib edildiyi dildə); müəyyən pul məbləğini ödəmək barədə 
sadə və heç nə ilə şərtləndirilməyən tapşınq; ödənişi icra edənin adı; 
ödənişin yeri; çekin tərtib olunduğu tarix və yer; çek verənin imzası. 
2 may 2000-ci ildən Azərbaycan Respublikası “Çeklər haqqında 
vahid qanun barədə” Konvensiyanın iştirakçısıdır. Bununla əlaqədar 
olaraq  Azərbaycan  Respublikasının  çek  qanunvericiliyi  müvafiq 
beynəlxalq normalara uyğunlaşdırılmışdır. 
Cenevrə  çek  konvensiyalannın  əsas  müddəalan  Azərbaycan 
Respublikasının Mülki Məcəlləsinin 1049-1069-cu maddələrində öz 
ifadəsini  tapmışdır.  Həmin  normalarla  çeklə  hesablaşmanın  ümumi 
müddəaları, çekin rekvizitləri, onun ödəmə qaydası, çekin başqasına 
verilməsi,  aval  (çek  zaminliyi),  hesablaşma  çeki  və  s.  məsələlər 
tənzimlənir. 
205 


Fəsil 12. Beynəlxalq daşımalar § 1. 
Beynəlxalq daşımaların anlayışı 
Beynəlxalq  daşımalar  dedikdə  istənilən  nəqliyyat  növündən 
istifadə edilməklə yüklərin və sərnişinlərin beynəlxalq daşınması 
başa  düşülür  və  bu  zaman  göndərmə  və  təyinat  məntəqələri 
müxtəlif  dövltələrin  ərazisində  yerləşməli  və  ya  daşıma  xarici 
dövlətin ərazisindən istifadə edilməklə boyata keçirilməlidir. 
Beynəlxalq  xüsusi  hüquq  elmində  "beynəlxalq  daşnnalar"ın 
mükəmməl, ümumqəbul edilən anlayışı mövcud deyildir. Dövlətlərin 
milli  qanunvericiliklərində,  bir  qayda  olaraq  buna  cəhd  edilmir. 
Beynəlxalq daşımalann mənbəyini təşkil edən beynəlxalq nəqliyyat 
konvensiyalarında da buna birmənalı münasibət bildirilmir və hər bir 
konvensiya  tənzimlədiyi  münasibətlərin  xarakteri  baxımından 
nrəsələyə  yanaşmağa  üstünlük  verir'.  Bu  baxımdan  İki  sənədə 
müraciət edək. Birincisi, 1929-cu il “Beynəlxalq hava daşımalarına 
aid bəzi qaydaların ıınifıkasiyası üçün” Varşava konvensiyasına görə 
aşağıdakı  tələblərə  cavab  verən  hər  hansı  bir  daşıma  beynəlxalq 
daşıma hesab edilir; 1) göndərmə və təyinat məntəqələri iştirakçı iki 
dövlətin  ərazisində  yerləşdikdə;  2)  yaxud daşıma zamanı nəqliyyat 
vasitəsi xarici dövlətin ərazisində (belə xarici dövlət Konvensiyanın 
iştirakçısı olmayan dövlət də ola bilər) dayanmaqla hərəkət etdikdə 
(bu  zaman  göndənnə  və  təyinat  məntəqələrinin  yerləşdiyi  yer 
əhəmiyyət daşımır), daşıma beynəlxalq xarakter daşıyır (Azərbaycan 
Respublikasının  Hava  Məcəlləsində  də  analoji  anlayış  öz  əksini 
tapmışdır). Məsələyə belə münasibət yalnız bu Konvensiyanın təsir 
dairəsinə düşən münasibətlərə şamil edilir. Hətta 
1 PatJıapoB 3.M.. 
A.nncB 
3.A. 
tlpcMCHcuHc coepcMCHHort) McMüiyHapoanoro rpanc- 
ııopTHom npuBa 
B
 ATcp6aau*aHCKOH Pc(;ny6jiHKC. 
M., 2002, 
c. 
13
 
206 


$ 1. Bcynolxaiq daşımaların anlayışı 
Varşava  Konvensiyası  ilə  tənzimlənməyən  digər  beynəlxalq  hava 
daşımalan üçün başqa meyarlar müəyyən edilə bilər. 
Digər  mənbə  kimi  1991-ci  il  “Beynəlxalq  ticarətdə  nəqliyyat 
terminalları  əməliyyatçılarının  məsuliyyəti  haqqında”  BMT 
Konvensiyasının  üzərində  dayana  bilərik.  Konvensiyaya  görə 
beynəlxalq daşıma elə daşımadır ki, "əməliyyatçı yükü öz icraatına 
qəbul  edən  zaman  göndərmə  və  təyinat  məntəqələri  müxtəlif 
dövlətlərin ərazisində yerləşmiş olsun". Göründüyü kimi 1991-ci il 
Konvensiyasında Varşava Konvensiyası ilə müqayisədə "beynəlxalq 
daşıma" anlayışına fərqli münasibət (dar yanaşma) mövcuddur. 
Beynəlxalq  daşımalar  dəmir  yolu,  avtomobil,  hava,  dəniz  və  s. 
nəqliyyat  vasitələri  ilə  maddiləşir.  Bütün  nəqliyyat  növləri  ilə 
beynəlxalq  daşımaların  həyata  keçirilməsini  tənzimləyən  vahid 
universal  konvensiya  mövcud  deyildir.  Hər  bir  nəqliyyat  növünün 
spesifik xüsusiyyətlərinin mövcudluğu belə bir konvensiyanın qəbul 
edilməsini qeyri-mümkün edir. 
Nəqliyyat  vasitələrinin  növ  müxtəlifliyindən  irəli  gələrək 
beynəlxalq daşımalar sahəsində çoxsaylı sazişlər mövcuddur. Bəzən 
isə  eyni  bir  sazişlə  bir  neçə  növ  nəqliyyat  vasitəsi  ilə  (qarışıq) 
beynəlxalq daşımalannın həyata keçirilməsinə də təsadüf olunur. 
Beynəlxalq  daşımalar  sahəsində  mövcud  olan  sazişlərdə,  bir 
qayda olaraq nəqliyyat sənədlərinə olan tələblər, yükün daşıma üçün 
qəbul  edilməsi,  onun  təyinat  məntəqəsində  verilməsi,  daşıyıcının 
məsuliyyət  hədləri,  nəqliyyat  təşkilatına  pretenziya  və  Lddia-  lann 
verilmə  proseduru  və  s.  məsələlər  nəzərdə  tutulur.  Belə  sazişlərin 
layihələri,  bir  qayda  olaraq  beynəlxalq  nəqliyyat  təşkilatları 
çərçivəsində  hazırlanır.  Bu  sahədə  çoxsaylı  beynəlxalq  təşkilatlar 
mövcuddur. Onlar əsasən nəqliyyatın növünə görə  yaradılır. Təkcə 
su  nəqliyyatı  sahəsində  100-dən  artıq  beynəlxalq  təşkilat  fəaliyyət 
göstərir'. Beynəlxalq nəqliyyat təşkilatların bəziləri (Beynəl- 
1 MeamynapojiKOe nacTHoe tıpaso. IIwı pcjı. r.K.AMHTpııcBoii. M. 2001. c. 403 
207 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə