Fosil 12. Beynəlxalq daşımalar
xalq Dəniz Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı) BMT-
nin ixtisaslaşmış müəssisə statusuna malikdir.
Beynəlxalq müqavilə ilə tənzimlənmə həllini tapmayan
beynəlxalq daşıma münasibəti isə müvafiq milli qanunvericiliklə, bu
zaman milli qanunvericiliyin kollizion normalan əsas götürülməklə,
tənzimlənəcəkdir.
Əksər dövlətlərin
milli
qanunvericiliyində
beynəlxalq
daşımalarla bağlı, həmin dövlətin qoşulduğu beynəlxalq nəqliyyat
konvensiyalara uyğun olan və onları tamamlayan, xüsusi hüquqi
aktlara təsadüf edilir. Bu istiqamətdə Azərbaycan Respublikasının
qanunvericiliyində 9 fevral 1994-cü ildə qəbul edilmiş Hava
Məcəlləni, 22 iyun 2001-ci ildə qəbul edilmiş Ticarət Gəmiçiliyi
Məcəlləni və s. qanunvericilik aktlarını göstənnək olar.
Nəqliyyatın növündən asılı olaraq beynəlxalq dəmir yolu
daşımaları. beynəlxalq dəniz daşımaları, beynəlxalq avtomobil
daşımaları, beynəlxalq hava daşımaları fərqləndirilir. Çox vaxt bu
sıraya beynəlxalq "qarışıq" daşımaları da əlavə edirlər.
§ 2. Beynəlxalq
daşımaların maddi-hüquqi
və
kollizion-hüquqi tənzimlənməsi
Qeyd edildiyi kimi beynəlxalq daşımalar sahəsində maddi və
kollizion-hüquq normalarını özündə əks etdirən çoxlu sayda
beynəlxalq müqavilələr qəbul edilmişdir. Bu müqavilələrin
predmeti- ni daşımaların həyata keçirilməsi ilə bağlı çoxsaylı
məsələlər (daşıyıcının öhdəlikləri, tərəflərin məsuliyyəti, daşıma
müqaviləsinin sənədləşdirilməsinə dair qaydalar, qəza zamanı dəyən
ziyanın bölgüsü və s.) təşkil edir. Bu baxımdan 1924-cü il
“Konosament haqqında bəzi qaydaların unifikasiyasına dair" Brüssel
konvensiyası üzərində dayana bilərik. Həmin sənəddə aşağıdakı
məsələlər üzrə
208
§ 2. Beynəixalq daşıınaların maddi-hüquqi və kolli/ion-hüquqi tənzimlənməsi
maddi hüquq normaları öz təsbitini tapmışdır: konosamentin
rəsmiləşdirilməsi ilə bağlı irəli sürülən tələblər, daşıyıcının gəmini
lazımi vəziyyətdə saxlaması ilə bağlı vəzifələri, dəymiş ziyan
haqqında
xəbəmamənin
göndərilməsi
qaydası,
daşıyıcını
məsuliyyətdən azad edən əsaslar və s. Konvensiyaya görə nəqliyyat
təşkilatı yükü aldıqdan sonra yük göndərənin tələbi ilə ona tələb
olunan qaydada tərtib edilən konosament verməyə borcludur.
Konosamentdə həmçinin yükün xarici görkəmi və vəziyyəti barədə
məlumat da öz əksini tapmalıdır.
Digər nəqliyyat konvensiyalarında da analoji maddi hüquq
normalarına rast gəlmək mümkündür. Lakin sözü gedən
müqavilələrdə beynəlxalq daşımalarla bağlı meydana gələn
məsələlərin heç də hamısı özünün maddi hüquqi tənzintlənməsini
axıra qədər tapmadığından, kollizion hüquq normalarına da təsadüf
edilir.
Bir qayda olaraq, beynəlxalq daşımalar sahəsində aşağıdakı
kollizion bağlanmalardan (təlıkimetmə formulları) istifadə olunur:
1)
yükün (sərnişinin) göndərildiyi yerin qanunu;
2)
təyinat məntəqəsinin qanunu;
3)
gəmi bayrağının mənsub olduğu dövlətin qanunu (bayraq
qanunu);
4)
tranzit ölkənin qanunu;
5)
müqavilənin bağlandığı yerin qanunu;
6)
gəminin mənsub olduğu dövlətin qanunu;
7)
daşıyıcının əsasən fəaliyyət göstərdiyi yerin qanunu və s.
Beynəlxalq daşımaların həyata keçirilməsi zamanı tərəflərin
“iradə azadlığı” prinsipindən də geniş istifadə edilir. Bu prinsipə
əsasən müqavilə bağlanarkən tərəflər mübahisə yaranacağı təqdirdə
hansı hüququn tətbiq ediləcəyini müstəqil olaraq seçirlər.
Eyni zamanda, nəzərə airaaq lazımdır kİ, növündən asılı olaraq
beynəlxalq daşımaların özünəməxsus kollizion bağlanmaları
mövcuddur. Məsəiən, dəniz daşımaları zamanı tez-tez bayraq
qanununa təsadüf edilir.
209
Fijsil 12. IJeynalxaltj daşımalar
Beynəlxalq daşımalar sahəsində lex fori kollizion prinsipindən də
geniş istifadə edilir. Bu prinsipə nəinki milli qanunvericilikdə, hətta
bəzi beynəlxalq konvensiyalarda da rast gəlinir. Məsələn, 1929-cu il
"Beynəlxalq hava daşımalarına aid bəzi qaydaların uni- fikasiyası
üçün" Varşava Konvensiyasına görə ödənilməli olan dövri
ödəmələrin məbləğinin müəyyən edilməsi, məsuliyyət haqqında iddia
ilə müraciət etmə müddətinin hesablanması qaydası kimi məsələlərin
həllində lex fori kollizion bağlanmaya istinad edilmişdir {22 və 28-ci
maddələr).
Beynəlxalq daşımalar sahəsində tətbiq edilən kollizion prinsiplər
milli qanunvericilikdə, çoxtərəfli və ikitərəfli beynəlxalq
müqavilələrdə öz əksini tapmışdır. Bu zaman kollizion norma
seçilərkən tərəflər ierarxiya qaydasına əməl etməlidirlər. Belə ki,
milli kollizion normalara münasibətdə beynəlxalq kollizion normalar
daha üstün hüquqi qüvvəyə malikdir. Məsələn, Azərbaycan
Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 335-ci maddəsinə görə
"əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
beynəlxalq müqavilədə müəyyənləşdirilən nonnalar həmin
Məcəllədə nəzərdə tutulan normalardan fərqlənsə, "onda beynəlxalq
müqavilənin normaları tətbiq edilir".
Universal və ikitərəfli beynəlxalq müqavilələr arasında kolliziya
yarandıqda isə müqavilələrin ratifikasiya və qüvvəyə minmə
tarixlərinə, nonnanın ümumi və xüsusi hala şamil edilmə məsələsinə
diqqət yetirmək lazımdır.
§ 3. Beynəlxalq dəniz daşımaları
22 iyun 2001-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının
Ticarət Gəmiçiliyi Məcəlləsinin "Tətbiq edilən hüquq" adlanan
axırıncı - 24-cü fəslində (324-335-ci maddələr) dəniz daşımalarında
yaranan xarici elementli mülki hüquq münasibətlərinə tətbiq
210
Dostları ilə paylaş: |