§ 3. Beynolxalq dəniz daşımaları
edilən hüququn müəyyən olunması ilə bağlı müddəalar öz əksini
tapmışdır. Həmin Məcəllənin 324-cü maddəsinə görə xarici
vətəndaşların və ya xarici hüquqi şəxslərin iştirakı ilə, o cümlədən
mülki hüquq obyekti Azərbaycan Respublikasının hüdudlarından
kənarda olduqda, ticarət gəmiçiliyindən yaranan münasibətlərə tətbiq
edilən
qanun
Azərbaycan
Respublikasının
beynəlxalq
müqavilələrinə, həmin Məcəlləyə, digər qanunlara və Azərbaycan
Respublikasının tanıdığı ticarət gəmiçiliyi adətlərinə müvafiq olaraq
müəyyənləşdirilir.
Məcəllənin 324.2 maddəsinə görə həmin "Məcəllə ilə nəzərdə
tutulmuş müqavilənin tərəfləri müqavilə bağlayarkən və ya sonradan
razılaşma əsasında həmin müqavilə üzrə onların hüquq və
vəzifələrinə tətbiq edilən qanunu seçə bilərlər. Belə razılaşma
olmadıqda, bu Məcəllənin qaydaları tətbiq edilir; belə razılaşmanın
mövcudluğu sərnişinin həyatına və ya sağlamlığına zərərin
vurulmasına, yükün və baqajın itirilməsinə və ya zədələnməsinə
yaxud onların gecİkdirilmə ilə çatdırılmasına görə bu Məcəlləyə
müvafiq olaraq məsuliyyətinin aradan qaldınimasına və ya
azaldılmasına səbəb olmur". Deməli, Azərbaycan Respublikasının
qanunvericiliyi müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən
edilərkən tətbiq edilən hüququn seçilməsində “iradə azadlığı”
prinsipini əsas tutur. Lakin qanunverici həmin prinsipin tətbiqini
məhdudlaşdırmış, sitat gətirilən normanın mətnindən göründüyü
kimi, sərnişinin heyatına və ya sağlamlığına zərərin vurulmasına,
yükün və baqajın itirilməsinə və ya zədələnməsinə, yaxud onların
gecİkdirilmə ilə çatdınlmasına görə həmin Məcəlləyə müvafiq olaraq
məsuliyyətinin aradan qaldırılmasına və ya azaldılmasına səbəb olan
hallara onun şamil edilməməsini müəyyən etmişdir.
Məcəllənin 328.2-ci maddəsinə görə "tərəflərin tətbiq ediləcək
hüquq barədə razılaşmaları olmadıqda, onların müqavilədən yaranan
münasibətləri aşağıda göstərilənlərin təsis edildikləri, əsas fəaliyyət
və ya yaşayış yeri olan dövlətin qanunu ilə tənzimlənir:
211
Fosil 12. Bcynoİxiılq daşımalar
1)
dənizlə yük daşınması müqaviləsində - daşıyıcının;
2)
dəniz agentliyi müqaviləsində, taym-çarter və berbout-çar-
terdə - gəmi sahibinin;
3)
yedəkləmə müqaviləsində - yedəkçi gəmi sahibinin;
4)
dəniz vasitəçiliyi müqaviləsində - sifarişçinin;
5)
dəniz sığorta müqaviləsində - sığortaçının".
Bundan əlavə Ticarət Gəmiçiliyi Məcəlləsində dəniz
daşımalarından irəli gələn xarici elementli münasibətlərə tətbiq
edilən aşağıdakı kollizion bağlanmalar nəzərdə tutulur:
1)gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu (gəmiyə
mülkiyyət hüququ və dİgər əşya hüquqları, habelə belə hüquqların
əldə edilməsi, verilməsi və ya itirilməsi; açıq dənizdə batmış
gəmilərə, onların yükünə və digər əmlakına; gəmi sahibinin
məsuliyyətinin hüdudları məsələlərinə münasibətdə);
2)
gəminin bilavasitə bayrağın dəyişdirilməsindən əvvəl qeydə
alındığı dövlətin qanunu (digər dövlətin bayrağı altında müvəqqəti
üzmək hüququ verilmiş gəmiyə olan əşya hüquqlarına münasibətdə);
3)gəminin inşa üçün qəbul edildiyi və ya İnşa edildiyi dövlətin
qanunu (əgər gəminin inşa edilməsi haqqında müqavilədə başqa hal
nəzərdə tutulmayıbsa, inşa edilməkdə olan gəmiyə münasibətdə);
4)
Azərbaycan Respublikasının qanunu (Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində
batmış əmlaka hüquqların müəyyən edilməsi zamanı; Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində gəmilərin toqquşmasından yaranan münasibətlərə);
5)
ümumi qəzaya səbəb olan hadisədən sonra gəmi səfərini başa
çatdırdığı limanın dövlətinin qanunu (tərəflərin tətbiq ediləcək hüquq
barədə razılaşmaları olmadıqda, ümumi qəzadan doğuran
münasibətlərə);
6)xilasetmə əməliyyatının aparıldığı dövlətin qanunu (gəminin
və digər əmlakın xilas edilməsindən yaranan münasibətlərə tətbiq
ediləcək hüquq barədə tərəflərin razılaşması olmadıqda) və s.
212
§ 3. Beynolxalq doniz daşımaları
Ticarət Gəmiçiliyi Məcəlləsində müqavilə tərəfləri arasında
əmək münasibətlərinin tənzimlənməsi zamanı tətbiq edilən hüququn
seçilməsi ilə bağlı normalar da öz əksini tapmışdır. Ticarət
Gəmiçiliyi Məcəlləsinin 326-cı maddəsinə əsasən gəmi sahibi ilə
gəmi heyəti üzvləri arasındakı münasibətlər, əgər müqavilə üzrə
onlar arasında başqa hal nəzərdə tutulmamışdırsa, gəmi bayrağının
mənsub olduğu dövlətin hüququ ilə tənzimlənir. Gəmi sahibi ilə gəmi
heyəti üzvləri arasında bağlanmış əmək müqaviləsinin şərtləri gəmi
heyəti üzvlərinin əmək şəraitini pisləşdinnəməlidir.
Beynəlxalq dəniz daşımalan sahəsində 1978-ci il “Dəniz yük
daşımalan haqqında” BMT Konvensiyası (qısa şəkildə “1978-ci il
Hamburq qaydaları” adlandırılır) əsas hüquqi mənbə kimi çıxış edir.
Bu Konvensiyanın müddəalarının əsas hissəsini daşıyıcının yükə
görə məsuliyyəti ilə bağlı normalar təşkil edir. Konvensiyaya görə
yükün salamat çatdırılması üçün bütün zəruri tədbirlərin görülməsini
sübut edə bilmədiyi halda daşıyıcı yükün zədələnməsi və itməsinə
görə məsuliyyət daşıyır.
Konvensiyanın 1-ci maddəsində dəniz daşımalannda tətbiq
olunan aşağıdakı əsas anlayışların izahı verilmişdir: daşıyıcı, yük
göndərən, yük, dəniz daşıma müqaviləsi, konosament və s.
Hamburq konvensiyasında yükgöndərənin məsuliyyəti ilə bağlı
xüsusi normalar nəzərdə tutulmuşdur. Yük göndərən yükü daşıyıcıya
daşınmaq üçün təhvil verərkən yükün spesifik xüsusiyyətləri barədə
dəqiq məlumat vemıəlidir. Bu xüsusi ilə də tez xarab olan və
təhlükəli yüklərin daşınması zamanı mühüm əhəmiyyət kəsb edir.
Konvensiyada həmçinin konosamentin məzmunu və rekvizitləri
barədə normalar da nəzərdə tutulmuşdur. Bu normalar olduqca
əhəmiyyətlidir. Çünki konosamentin düzgün tərtib edilməməsi və
rəsmiləşdirilməməsi yük- daşıma müqaviləsinin etibarsız hesab
edilməsi ilə nəticələnə bilər.
Konvensiyanın 15-ci maddəsinə uyğun olaraq konosamentin
məzmununa aşağıdakılar aiddir: daşıyıcının adı, yük göndərənin adı,
yük alanın adı, yükün spesifik xüsusiyyətləri haqqında məlumat,
yükün daşmma müddəti və s.
213
Dostları ilə paylaş: |