§ 5. Beynəlxalq hava daşımaları
çinin hərəkət tərkibinin, dəmiryol tikililərinin, qurğularının və digər
texniki vasitələrin nasaz saxlanması və düzgün istifadə edilməməsi,
müəyyən olunmuş reqlamentlərin və daşıma prosesi qaydalarının
pozulması səbəbindən dəyən zərərə görə məsuliyyət daşıyır;
6)
hər bir Tərəfin səlahiyyətli orqanı zərərin vurulmasına görə öz
günahının dərəcəsinə proporsional olaraq məsuliyyət daşıyır.
Günahkann müəyyən edilməsi mümkün olmadıqda Tərəflərin
səlahiyyətli orqanları bərabər dərəcədə məsuliyyət daşıyır;
7)
Tərəflərdən hər birinin səlahiyyətli orqanı məhkəmə
orqanlarının qərarına əsasən və ya digər Tərəfin səlahiyyətli orqanı
ilə razılaşdırmaqla könüllü olaraq, həmin Tərəfin günahı nəticəsində
zərərin ödənilməsinə məcbur olubsa, digər Tərəfin səlahiyyətli
orqanına reqres vermək hüququna malikdir;
8)
Ticarət-Sənaye Palatası və ya Tərəflərin digər səlahiyyətlən-
dirilıniş orqanları tərəfindən verilən təsdiqləyici sənədin mövcud
olduğu halda qarşısıalınmaz qüvvənin təsiri nəticəsində yaranan
zərər ödənilmir;
9)
zərərin ödənilməsi qaydası Tərəflərin səlahiyyətli orqanları
arasında razılaşdırılır.
§ 5. Beynəlxalq hava daşımaları
Beynəlxalq hava daşımalarının həyata keçirilməsində 1929-cu
ildə qəbul edilmiş “Beynəlxalq hava daşımalarına aid bəzi qayda-
lann unifıkasiyası üçün” Varşava konvensiyasının rolu olduqca
əhəmiyyətlidir. 1955-ci ildə Haaqada Varşava konvensiyasının
iştirakçısı olan dövlətlər tərəfindən bu konvensiyaya düzəlişlər
haqqında Protokol, 1975-ci ildə isə eyni məqsədlə dörd əlavə
Protokol qəbul edilmişdir. Konvensiyanın 100-dən çox iştirakçısı
vardır. Azərbaycan Respublikası 9 noyabr 1999-cu il tarixdən
etibarən həm Konvensiyanın, həm də Protokolların iştirakçısıdır.
217
Fəsil 12. Beynəlxalq daşımalar
Varşava konvensiyası 41 maddədən İbarət olub, maddi hüquq
normaları özündə əks etdirir. Konvensiyada hava nəqliyyatı ilə
daşımada tətbiq edilən sənədlərin tələbləri haqqında normalar,
daşıyıcının məsuliyyət hədləri və əsaslan haqqında müddəalar öz
əksini tapmışdı. Konvensiyada daşıyıcıya qarşı iddia müddəti 2 il
nəzərdə tutulmuşdur.
Beynəlxalq daşımalarda ən çətin məsələlərdən biri daşıyıcının
məsuliyyət məsələsidir. Bu hava daşımalarında da əsas problem
olaraq qalmaqdadır. Məsuİliyyət məsələləri ilə bağlı normalar
Varşava konvensiyasının 3-cü bölməsində öz əksini tapmışdır.
Məsuliyyətin əsas prinsipi daşıyıcının təqsirinin mövcud olmasıdır.
Konvensiyanın 20-ci maddəsinə əsasən daşıyıcı ziyanın baş
vennəmesi üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini sübuta
yetirəcəyi halda məsuliyyətdən azad edilir. Varşava konvensiyasının
21-ci maddəsində daşıyıcının ziyanın vurulmasında zərər çəkən
tərətln təqsirini sübuta yetirəcəyi halda, məsuliyyətdən tam və ya
qismən azad olmasını müəyyən etmək üçün kollizion nomıalar
nəzərdə tutulmuşdur.
Hava daşımalarını tənzimləyən normalar dİgər beynəlxalq
konvensiyalarda da öz əksini tapmışdır. Belə ki, 1919-cu il “Hava
naviqasiyası haqqında” Konvensiya, 1948-ci il “Hava gəmilərinə
hüququn beynəlxalq tanınması haqqında” Konvensiya, 1963-cü il
“Hava gəmilərində törədilmiş cinayətlər və digər hərəkətlər
haqqında” Konvensiya, 1970-ci il “Hava gəmilərinin qanunsuz zəbt
edilməsinə qarşı mübarizə haqqında" Konvensiyanı və 1971-ci il
“Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz
hərəkətlərə qarşı mübarizə haqqında” Konvensiyanı xüsusi ilə qeyd
etmək lazımdır.
Sadaladığımız konvensiyalar bir daha onu sübuta yetirir ki,
dövlətlərin mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı mühüm
əhəmiyyət kəsb edir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı bu sahədə
xüsusi rol oynayır. Bu təşkilat tərəfindən qəbul edilmiş standartlar və
tövsiyələr hava daşımatan sahəsində bağlanmış ikitərəfli və çoxtərəfli
sazişlərin əsasını təşkil edir.
218
§ 5. Bcynulxalq hava daşımalan
9
fevral 1994-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının
Hava Məcəlləsinin VI fəsli (68-76-cı maddələr) beynəlxalq hava
uçuşlanm tənzimləyir. Məcəllənin 68-ci maddəsinə görə Məcəllənin
məqsədləri baxımından Azərbaycan Respublikasının və digər
dövlətin sərhədlərini keçən hava gəmisinin hər bir uçuşu beynəlxalq
uçuş sayılır.
Azərbaycan Respublikasının mülki hava gəmiləri beynəlxalq
uçuşları mülki aviasiyam idarə edən dövlət orqanının
müəyyənləşdirilmiş qaydada verdiyi icazəyə əsasən həyata keçirirlər.
Azərbaycan Respublikası mülki hava gəmilərinin beynəlxalq
uçuşları Azərbaycan Respublikasının Dövlət bayrağı altında həyata
keçirilir.
Azərbaycan Respublikasının hava sahəsində xarici hava
gəmilərinin uçuşları aşağıdakı əsaslara və şərtlərə uyğun surətdə
həyata keçirilir: I) Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri; 2) birdəfəlik uçuşlar üçün müəyyənləşdirilmiş qaydada
verilən xüsusi icazələr.
Xarici hava gəmilərinin sahibləri müntəzəm beynəlxalq uçuşlar
və ya birdəfəlik uçuş başlananadək bu gəmilərin tanınma nişanlarını
mülki aviasiyanı idarə edən dövlət orqanına bildirməlidirlər.
Azərbaycan Respublikasının səlahiyyətli orqanlan tərəfindən
başqa qayda qoyulmayıbsa, Azərbaycan Respublikasının hava
sahəsində xarici hava gəmilərinin uçuşlan yalnız müəyyənləşdirilmiş
beynəlxalq hava yollan ilə həyata keçirilir. Beynəlxalq uçuşlar üçün
açıq olan beynəlxalq hava yollarımn və aeroportlann (aerodromlann)
siyahılarım Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq
edir.
Xarici aviasiya müəssisələri Azərbaycan Respublikası ərazisində
Azerbaycan Respublikasının qanunvericiliyinə, Azerbaycan Respub-
likasınm və müvafiq xarici dövlətlərin iştirak etdikləri beynəlxalq
müqavilələrə, habelə birdəfəlik uçuşlar üçün verilən xüsusi icazələrə
uyğun olaraq fəaliyyət göstərirlər. Xarici aviasiya müəssisələri
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
Azərbaycan Respublikası ərazisində nümayəndəliklər aça bilərlər.
219
Dostları ilə paylaş: |