Fəsil 12. Beynəlxalq daşımalar
Xarici hava gəmilərinin aşağıdakılan etmək hüququ yoxdur: 1)
hava əlaqəsi haqqında Azərbaycan Respublikasının və müvafiq
xarici dövlətlərin iştirak etdikləri beynəlxalq müqavilələrdə və ya
birdəfəlik uçuşlar üçün verilən xüsusi icazələrdə nəzərdə tutulmadığı
hallarda xarici dövlətin ərazisinə daşımaq üçün Azərbaycan
Respublikası ərazisində sərnişin, baqaj, yük və poçt götürmək və ya
xarici dövlətin ərazisindən bunları Azərbaycan Respublikası
ərazisinə gətirmək; 2) Azərbaycan Respublikasının mülki
aviasiyasını idarə edən dövlət orqanının xüsusi icazəsi olmadan
Azərbaycan Respublikası ərazisindəki başqa bir məntəqəyə daşımaq
üçün Azərbaycan Respublikası ərazisində sərnişin, baqaj, yük, poçt
götürmək.
Mülki aviasiyanı idarə edən dövlət orqanı hərbi zərurəti, ekoloji
təhlükəsizlik mülahizələrini nəzərə alaraq müəyyən zonalarda uçuşu
məhdudlaşdıra bilər. Uçuşun məhdudlaşdınidığı zonalann sahəsini
mülki aviasiyanı idarə edən dövlət orqanı müvafiq orqanlarla dəqiq-
ləşdimıəli, müvafiq təşkilatlara və dövlətlərə məlumat verməlidir.
Azərbaycan Respublikasına gəlib-gedən hava gəmilərinə, onlann
heyətlərinə və sərnişinlərinə, habelə hava gəmisi ilə Azərbaycan
Respublikasına gətiri lib-apani an əmlaka, müvafiq olaraq pasport,
gömrük, valyuta, sanitariya, karantin qaydalan və Azərbaycan
Respublikasına gəlib-getmək, əmlak gətirib-aparmaq, Azərbaycan
Respublikasınm ərazisi üzərindən tranzit haqqında başqa qaydalar
şamil edilir.
Azərbaycan və xarici hava gəmilərinin Azərbaycan
Respublikasından qalxması, habelə Azərbaycan Respublikasına
gəldikdən sonra enməsi beynəlxalq uçuşlar üçün açıq olan sərhəd
qoşunlarının nəzarət-buraxılış məntəqələrinin və gömrük idarələrinin
yerləşdiyi aeroportlarda (aerodromlarda) həyata keçirilir. Hava
gəmilərinin qalxmasının və enməsinin başqa qaydasına yalnız
Azerbaycan Respublikasının səlahiyyətli orqanlarının icazəsi ilə yol
verilir.
Xarici mülki hava gəmisinin gəmi sənədləri hava gəmisini
qeydiyyata götürmüş dövlətin qanunvericiliyinə uyğun olduqda
Azərbaycan Respublikası erazisində etibarlı sayılır. Azərbaycan Res-
220
§ 5. Beynəlxalq hava daşımaları
pubiikasının ərazisində enmiş xarici mülki hava gəmiləri beynəlxalq
uçuşlar üçün zəruri olan bütün sənədləri İlə birlikdə yoxlanıla bilər.
Xarici mülki hava gəmisində beynəlxalq uçuşlar üçün
müəyyənləşdirilmiş sənədlər olmadıqda və ya hava gəmisinin texniki
avadanlığını və vasitələrini nasaz hesab etməyə əsas olduqda
Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət
orqanı həmin hava gəmisinin uçuşunu qadağan edə bilər.
Hava
gəmiləri
Azərbaycan
Respublikası
ərazisindən,
Azərbaycan
Respublikası
ərazisinə
və
ya
Azərbaycan
Respublikasının ərazisi üzərindən tranzitlə beynəlxalq uçuşlar
keçirən aviasiya müəssisələri belə uçuşlar zamanı mülki aviasiyanın
fəaliyyətinə qanunsuz müdaxilənin qarşısını almaq üçün lazım olan
bütün tədbirləri gönnə- lidirlər. Bu tədbirlər Azərbaycan
Respublikasının ərazisində qüvvədə olan müvafiq qanunlar və
qaydalar nəzərə alınmaqla tətbiq edilir.
Hava Məcəlləsinin VIII fəslİ ()23-)43-cü maddələr) beynəlxalq
hava yolu ilə sərnişin, baqaj, yük və poçt daşıma məsələlərini
tənzimləyir. 123-cü maddədə beynəlxalq hava daşımasının anlayışı
verilmişdir: "Yenidən yükləmə və ya daşımada fasilənin
olub-olmamasından asılı olmayaraq yoladüşmə yeri və təyinat yeri
aşağıda göstərilən ərazidə olduqda, hava gəmiləri ilə hər cür daşıma
beynəlxalq hava daşıması sayılır: l) iki dövlətin ərazisində; 2) eyni
dövlətin ərazisində, lakin başqa dövlətin ərtızisində dayanmaq
nəzərdə tumlduqda".
Məcəllənin 127-ci maddəsinə görə beynəlxalq hava yolu ilə
sərnişin daşımaq haqqında müqavilə və onun şərtləri biletlə, baqajın
təhvil verilməsi baqaj qəbzi ilə təsdiq olunur. Beynəlxalq hava yolu
ilə yük daşımaq haqqında müqavilə, onun şərtləri və daşıyıcının yükü
qəbul etməsi yük qaiməsi ilə təsdiq olunur. Biletin, baqaj qəbzinin və
ya yük qaiməsinin olmaması, yanlış olması və ya itirilməsi daşıma
müqaviləsinin nə mövcud olmasına, nə də etibarlığına təsir göstərir.
Yükün çəkisi (kütləsi), ölçüsü və qablaşdırılması haqqında,
habelə yerlərin sayı haqqında yük qaiməsində yazılan məlumat, əgər
221
Fəsil 12. Beynəlxalq daşımalar
daşıyıcı bunun əksini sübut etməsə, doğnı sayılır. Yükün miqdan,
həcmi və vəziyyəti haqqında məlumat ancaq o halda doğru sayılır ki,
daşıyıcı göndəricİnin iştirakı ilə onları müəyyənləşdirilmiş qaydada
yoxlayıb yük qaiməsində göstərsin, yaxud bu məlumat yükün zahiri
görünüşünə aid olsun. Göndərici yükün alıcıya verilməsindən əvvəl
gömrükxana rəsmiyyətlərinin və digər rəsmiyyətlərin icrası üçün
lazım olan məlumatı verməyə və bütün sənədləri yük qaiməsinə
əlavə etməyə borcludur. Daşıyıcının təqsirli olduğu hallar istisna
edilməklə, göndərici bu məlumatın və sənədlərin olmaması,
çatışmaması və ya yanlışlığı üzündən dəyə biləcək bütün zərər üçün
daşıyıcının qarşısında cavabdehdir.
Beynəlxalq hava yolu ilə yük daşımaq haqqında müqavilədən
irəli gələn bütün öhdəlikləri yerinə yetirmək və yük qaiməsini
daşıyıcıya təqdim etmək şərtilə göndərici yükü göndərmə
məntəqəsində və ya təyinat məntəqəsində geri almaq, aralıq enmə
məntəqələrində yubatmaq, qaimədə göstərilən alıcını dəyişdirmək,
yükün göndərmə məntəqəsinə qaytarılmasını tələb etmək hüququna
malikdir. Göndəricİnin bu hüquqdan istifadə etməsi nə daşıyıcıya, nə
də digər göndəricilərə zərər vurmamalıdır. Göndərici bundan irəli
gələn xərcləri ödəməlidir. Göndəricİnin sərəncamlarını yerinə
yetirmək mümkün olmadıqda, daşıyıcı bu barədə ona dərhal məlumat
verməlidir. Əgər göndəricidən digər sərəncam alınmayıbsa, yükün
təyinat məntəqəsinə gəldiyi andan alıcının yükü və yük qaiməsini
ona verməyi daşıyıcıdan tələb etmək hüququ vardır. Alıcının yükü və
yük qaiməsini ona verməyi tələb etmək hüququnun meydana gəldiyi
andan göndəricİnin hüququna xitam verilir. Lakin alıcı yükü qəbul
etməkdən imtina edirsə və ya yükü ona vermək mümkün deyilsə,
onda göndərici yenidən yük barəsində sərəncam vermək hüququ əldə
edir.
Daşıyıcı zərərin qarşısını almaq üçün lazım olan bütün tədbirləri
gördüyünü və ya belə tədbirlər görməyin mümkün olmadığını sübut
etməsə, hava daşıması zamanı sərnişinin ölməsi və ya səhhətinin
222
Dostları ilə paylaş: |