§ 2. Xarici elemcntli nikahlar
dövlətlərdə (Lixtenşteyn, Kipr, Yunanıstan, bİr sıra müsəlman
ölkələri) nikahın yalnız dinİ qaydada bağlanması mümkündür.
Üçüncü qrup dövlətlərdə İsə (İngiltərə, İsveç, Danimarka, Norveç,
Avstraliya, Braziliya və s.) hər İki fonnada bağlanmış nikahlar tanınır.
Bir sıra dövlətlərdə (İtaliya, İsveç, Macarıstan, Hindistan və s.)
xaricilərlə nikahın bağlanması üçün xüsusi razılıq tələb olunur.
Nikahın bağlanması zamanı qanunların kolliziyası. Milli
qanunvericiliklərdə nikahın istər maddi, istərsə də formal şərtləri ilə
bağlı qeyd edilən fərqlər onlar arasında baş verə biləcək kollizion
situasiyanı qaçılmaz edir. Bununla əlaqədar olaraq hər bir dövlətin
milli qanunvericiliyində səlahiyyətli hüququn seçilməsilə bağlı
kollizion nonnalar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin "Ailə qanunvericiliyinin əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ailə münasibətlərinə
tətbiqi" adlanan VII bölməsində də müvafiq normalar təsbit
edilmişdir.
Bütövlükdə, bu istiqamətdə nikahın forması ilə bağlı əsas prinsip
kimi nikahın bağlandığı yerin qanunu - lex loci celebrationis çıxış
edir. Nikahın formasına münasibətdə onun bağlandığı yerin
qanununun əsas götürülməsi Azərbaycan Respublikasının Ailə
Məcəlləsində bir neçə şəkildə ifadə olunmuşdur. Məcəllənin İ 46-cı
maddəsinin !-ci hissəsində deyilir ki, Azərbaycan Respublikasında
nikahın
bağlanmasının
forma
və
qaydaları
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Bununla yanaşı
Məcəllənin 148-ci maddəsinin 1-ci hissəsində göstərilir ki,
Azərbaycan Respublikasının hüdudlanndan kənarda Azərbaycan
Respublikasının vətəndaşlan arasında, Azərbaycan Respublikasının
vətəndaşlan ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında
həmin xarici ölkənin qanunvericiliyinə
əməl etməklə bağlanan nikah,
həmin Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (orada
nikahın bir sıra maddi şərtləri sadalanıb) olmadıqda, Azərbaycan
Respublikasında etibarlı hesab edilir. Daha sonra, məcəllənin 148-ci
maddəsinin 2-ci hissəsinə görə isə Azərbaycan Respublikasından
kənar
245
Fosil 14. Beynolxalq xüsusi hüquqda ailə münasibətləri
da əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl
etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.
Nikahın fonnasına münasibətdə lex loci celebrationis prinsipi RF,
Polşa, Macanstan və s. dövlətlərin qanunvericiliyində, Busta- mant
Məcəlləsində, habelə Azərbaycan Respublikasının digər dövlətlərlə
bağladığı hüquqi yardım haqqında müqavilələrdə Özünə yer
almışdır. Azərbaycan Respublikası və Litva Respublikası arasında
mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında Müqavilənin 24-cü maddəsinin 2-ci
hissəsində deyilir: "Nikahın bağlanması forması ərazisində nikah
bağlanan Razılığa Gələn Tərəfin qanunvericiliyi ilə müəyyən
olunur".
Nikahın bağlanmasının maddi şərtlərinin müəyyən edilməsi ilə
əlaqədar isə əsas kollizion prinsip kimi müasir dövrdə nikaha girən
şəxslərin şəxsi qanunu (lex patriae) çıxış edir. Polşa, Çexiya,
Macanstan, İspaniya, Latın Amerikasının əksər ölkələri, ABŞ-ın bir
çox ştatlarında qarışıq nikah (yerli vətəndaşlarla xaricilər arasında,
xaricilərin öz aralarında bağlanan nikahlar) bağlanan zaman onun
mahiyyət etibarı ilə həqiqi olması üçün şəxsi qanuna istinad etməni
vacib hesab edirlər. Məsələn, beynəlxalq xüsusi hüquq haqqında
Polşa qanununun 14-cü maddəsinə görə tərəflərə münasibətdə nikah
bağlanmasının imkanları onların vətəndaşı
olduğu ölkənin qanununa
əsasən həll edilir.
Azərbaycan qanunvericiliyi də bu məsələdə şəxsi qanun
prizmasından çıxış edir. Bu zaman xarici vətəndaşlara münasibətdə
onların vətəndaşı olduğu ölkənin qanunu, vətəndaşlığı olmayan
şəxslərə münasibətdə isə onlann daimi yaşadığı yerin qanunu (lex
domicilii) əsas götürülür. Bu barədə Azərbaycan Respublikasının
Ailə Məcəlləsinin 146-cı maddəsinin ikinci və üçüncü hissələrində
birbaşa göstəriş vardır. Orada deyilir ki, Azərbaycan Respublikasının
ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin
qanunvericiliyi ilə (lex patriae) və həmin Məcəllənin 12- ci
maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Nikah
246