Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə81/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   77   78   79   80   81   82   83   84   ...   124

Fəsil 14. Beynəlxalq xüsusi hüquqda ailə münasibətləri 
Konsul  nikahlan.  Xarici  elementli  nikahlar  vətəndaşlıq 
aktlarının  dövlət  qeydiyyatı  orqanlarından  başqa  xarici 
ölkələrin  diplomatik  nümayəndəliklərində  və  ya  konsulluq 
idarələrində  də  bağlana  bilər.  Belə  idarələrdə  bağlanan 
nikahlara konsul  nİkahlan deyilir. Bu zaman irəli sürülən  əsas 
şərtlərdən biri kimi, bir qayda olaraq, nikah bağlayan tərəflərin 
hər ikisinin diplomatik nümayəndəliyinin və ya konsul idarəsinin 
mənsub olduğu dövlətin vətəndaşı olması gösterilir. 
Konsul  nikahlan  bağlanan  zaman  nikaha  girənlərin  şəxsi 
qanunu,  yəni  diplomatik  nümayəndəliyin  və  ya  konsulluq 
idarəsinin mənsub olduğu dövlətin qanunu tətbiq edilir. 
Əksər  dövlətlərin  qanunvericiliyində  konsul  nikahların 
bağlanması  nəzərdə  tutulmuşdur.  Azərbaycan  Respublikasının 
qanunvericiliyində  bu  məsələ  Ailə  Məcəlləsinin  147-ci  maddəsi 
ilə  tənzimlənir.  Orada  deyilir  ki,  Azərbaycan  Respublikasının 
hüdudlanndan  kənarda  yaşayan  Azərbaycan  Respublikası 
vətəndaşlan  arasında  nikah  Azərbaycan  Respublikasının 
diplomatik  nümayəndəliklərində  və  konsulluq  idarələrində 
həmin  Məcəllənin  tələblərinə  uyğun  olaraq  bağlanır.  Eyni 
zamanda,  xarici  ölkələrin  Azərbaycan  Respublikasındakı 
diplomatik  nümayəndəliklərində  və  ya  konsulluq  idarələrində 
əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında 
etibarlı hesab edilir. 
Qanunvericiliyin  qeyd  edilən  tələbi  ilə  yanaşı  bu  məsələ 
Azərbaycan 
Respublikasının 
bağladığı 
konsulluq 
konvensiyalarında da öz əksini tapmışdır. Məsələn, Azərbaycan 
Respublikası  ilə  Ukrayna  arasında  1997-cİ  il  martın  24-də 
Kiyevdə  imzalanmış  Konsulluq  Konvensiyasının  14-cü 
maddəsinə  görə  Konsulluğun  vəzifəli  şəxsi  göndəıən  dövlətin 
qanunvericiliyinə 
müvafiq 
olaraq, 
göndərən 
dövlətin 
vətəndaşlan arasında nikah bağlanması və nikahın pozulmasını 
qeydiyyatdan keçirtməklə bağlı səlahiyyetləndirilir. 
Bəzi  hallarda  "qanşıq  nikahlann”  da  (tərəflərin  ayn-ayn 
dövlətlərə  vətənd^lıq  baxımından  mənsub  olduğu  nikahlar) 
konsulluqlarda  bağlanmasına  təsadüf  edilə  bilər.  Bu  zaman 
müvafiq konsulluq kon- 
248 


^ 2. Xarici clcmcntli nikahlar 
vensiyalannda  bu  barədə  mütİəq  göstəriş  olmalı  və  tərəflərdən  heç 
olmasa biri konsulluğun mənsub olduğu dövlətin vətəndaşı olmalıdır. 
Boşanma  zamanı  qanunlarını  kolliziyası.  Boşanma  İlə  bağlı 
məsələ  ayn-ayrı  dövlətlərin  qanunvericiliyində  öz  həllini  müxtəlif 
qaydada tapmışdır. Bəzi dövlətlərdə (İspaniya, İrlandiya, Argentina, 
Kolumbiya)  boşanma  qanunla  ümumiyyətlə  qadağan  edilib, 
digərlərində  buna  icazə  verilsə  də.  bunun  üçün  qanunvericilikdə 
nəzərdə  tutulan  əsaslann  dairəsi  ayn-ayrı  dövlətlərdə  müxtəlif  cür 
müəyyən  edilib.  Məsələn,  1970-ci  ildən  İtaliyada  qüvvədə  olan 
qanuna  görə  boşanma  yalnız  aşağıda  göstərilən  əsaslardan  biri 
mövcud  olduqda  mümkündür;  ər  (arvad)  ciddi  cinayət  cəzasına 
məhkum  edildikdə;  aynlmaq  məqsədi  ilə  beş  ildən  artıq  müddətdə 
ər-arvadın  bir-birindən  faktiki  ayn  yaşamaları;  ailə  həyatı  üçün 
qabiliyyətsizlik; xaricdə boşanmanı həyata keçirmə. Göründüyü kimi 
İtaliya qanunvericiliyi tərəflərin razılığı ilə nikaha xitam verilməsini 
nəzərdə  tutmur.  Amma  əksər  dövlətlərin  (Fransa,  İngiltərə,  AFR, 
İsveç,  ABŞ,  Yaponiya  və  s.)  qanunvericiliyində  boşanma  zamanı 
tərəflərin razılığı başlıca əsas kimi qəbul edilmişdir. Əlbəttə, axırıncı 
qrupa daxil olan dövlətlərin qanunvericiliyində bu prosedura və onun 
şərtləri İlə bağlı ciddi fərqlər mövcuddur. Bəzi dövlətlərdə boşanma 
yalnız  məhkəmə  qaydasında  (ABŞ,  Fransa,  AFR,  İngiltərə  və  s.), 
digərlərində isə həm də məhkəmədən kənar qaydada həyata keçirilə 
bilər.  Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsinin  16-cı 
maddəsinə  görə  nikaha  müvafiq  icra  hakimiyyəti  orqanında 
(vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanları), qanunda nəzərdə 
tutulan hallarda isə məhkəmədə xitam verilə bilər. 
Xarici  elementli  nikaha  xitam  verilən  zaman  ilkin  həll  ediləsi 
məsələ  səlahiyyətli  hüquq  normasını  tapmaqla  bağlıdır.  Bu 
məsələnin  həlli  zamanı  dövlətlərin  milli  qanunvericiliklərində 
aşağıdakı kollizion bağlanmalara istinad edilməsinə rast gəlinir: ərin 
(arv'a-  dın)  vətəndaşı  olduğu  ölkənin  qanunu  (lex  patriae);  ərin 
(arvadın) daimi yaşadığı yerin qanunu - lex domicilii; məhkəmənin 
qanunu 
249 


Fijsil 14. Beynəlxalq xüsusi hüquqda ailə münasibətləri 
(lex  fori).  Bəzon  isə  qeyd  edilən  kollizion  bağlanmalar  bir-birini 
tamamlayır.  Əgər  ər-arvadın  vahid  vətəndaşlığı  yoxdursa,  onların 
birgə  daimi  yaşadığı  yerin  qanununa,  o  da  olmadıqda  isə 
məhkəmənin  qanununa  üstünlük  verilir.  Bir  qayda  olaraq, 
kontinental hüquq sistemli ölkələrdə lex patriae, anqlo-sakson hüquq 
sistemli ölkələrdə İsə lex domicilii prinsiplərinə üstünlük verilir. 
Azərbaycan  Respublikasının  ailə  qanunvericiliyinə  görə 
tərəflərdən  biri  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  xarici 
element-  li  nikahların  Azərbaycan  Respublikasının  ərazisində 
pozulması  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 
olaraq  həyata  keçirilir  (Ailə  Məcəlləsinin  150-ci  maddəsinin  1-ci 
hissəsi).  Xaricdə  yaşayan  Azərbaycan  Respublikasının  vətəndaşı 
Azərbaycan  Respublikasından  kənarda  yaşayan  əri  (arvadı)  ilə 
bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan 
Respublikasının  məhkəmələrində  poza  bilər.  Bununla  yanaşı, 
Azərbaycan  Respublikasının  ailə  qanunvericiliyində  xarici 
dövlətlərdə 
xarici 
elementli, 

cümlədən 
Azərbaycan 
Respublikasının  vətəndaşlarının  tərəf  olduğu  nikahlann.  həmçinin 
Azərbaycan Respublikası ərazisində hər iki tərəfdə xarici vətəndaşın 
olduğu nikahlann pozulması  zamanı hansı  qanunun tətbiq  edilməsi 
məsələsinə aydınlıq gətirilmir. 
Azərbaycan  Respublikasının  ailə  qanunvericiliyi  nikahın 
pozulması ilə əlaqədar konsul idarələrinin səlahiyyətini də müəyyən 
etmişdir.  Ailə  Məcəlləsinin  150-cİ  maddəsinin  2-ci  hissəsinə  görə 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nikahın müvafiq icra 
hakimiyyəti  orqanında  pozulmasına  yol  verilirsə,  həmin  nikah 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya 
konsulluq  idarələrində  də  pozula  bilər.  Deməli,  nikahın  pozulması 
istiqamətində diplomatik nümayəndəliklər və ya konsulluq idarələri 
yalnız  müvafiq  icra  hakimiyyəti  orqanında  (vətəndaşlıq  aktlannın 
dövlət qeydiyyatı orqanları) xitam verilə bilən nikahlara münasibətdə 
səlahiyyətləndirilir. 
Milli qanunvericiliklə müqayisədə Azərbaycan Respublikasının 
digər dövlətlərlə bağladığı hüquqi yardım haqqında müqavilələrdə 
250 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə