1) 3. Ər-arvaıiın əmlak münasibətləri zamant tətbiq edilən qanun
boşanmalar zamanı səlahiyyətli hüquq normasının seçilməsi ilə
əlaqədar daha təkmil qayda müəyyənləşdirilmişdir. Məsələn, 5
avqust 1997-ci il tarixdə Qırğızıstan Respublikası ilə imzalanmış
hüquqi yardım haqqında müqaviləyə görə nikahın xitam edilməsində
ər-arvadın ərizə verdikləri vaxtda vətəndaşları olduqlan Razılığa
Gələn Tərəfin qanunvericiliyi tətbiq edilir və onun orqanlan belə
işlərə baxmağa səlahiyyətlidir. Əgər ər-arvadın digər Razılığa Gələn
Tərəfin ərazisində yaşayış yeri vardırsa, bu Razılığa Gələn Tərəfin
idarələri də səlahiyyətlidir. Ər-arvad vətəndaşlıq baxımından ayrı-
ayrı Tərəflərə mənsubdursa və onlardan biri Tərəflərdən birinin,
ikincisi isə digər Razılığa Gələn Tərəfin ərazisində yaşayırlarsa, bu
halda Razılığa Gələn Tərəflərin hər ikisinin idarələri səlahiyyətlidir.
Bu zaman onlar öz dövlətlərinin qanunvericiliyini tətbiq edirlər
(28-cİ maddənin birinci və ikinci hissələri).
§ 3. Ər-arvadın əmlak münasibətləri
zamanı tətbiq edilən qanun
Ər-arvadın
əmlak
münasibətləri
ilə
əlaqədar
milli
qanunvericiliklərdə nəzərdə tutulan kollizion normalar məzmun
baxımından bir-birindən fərqlənir. Bu istiqamətdə daha çox təsadüf
edilən kollizion norma ər-arvadın birgə vətəndaşı olduqlan dövlətin
qanunudur. Avstraliya, Macarıstan, Polşa, Portuqaliya, Çexiya və s.
dövlətlərin qanunvericiliyində xarici elementli belə münasibətlər
zamanı ilkin olaraq ər-arvadın birgə vətəndaşı olduğu dövlətin
qanununa İstinad edilir. Ər-arvad vətəndaşlıq baxımından ayn-ayrı
dövlətlərə mənsub olduqda, onların axırıncı dəfə birgə vətəndaşı
olduqlan dövlətin qanununa, bu da olmadıqda ərin vətəndaşı olduğu
ölkənin qanununa və ya ər-arvadın adi halda birgə yaşadıqları yerin
qanununa üstünlük verilir.
Ər-arvadın
əmlak
münasibətləri
bir
sıra
dövlətlərin
qanunvericiliyində nəzərdə tutulan nikah müqaviləsi institutuna
əsasən onlann
251
Fosil 14. Beynəlxalq xüsusi hüquqda ailə münasibətləri
qarşılıqlı razılığı ilə (lex voluntatis) müəyyən edİlə bilər. Nikah
müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah
dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və
vəzifələrini müəyyən edən sazişdir. Ər-arvad belə müqavilə
bağlayarkən, digər məsələlərlə yanaşı onlar arasında əmlak
münasibətlərinə tətbiq ediləcək qanunu da müəyyən edə bilərlər.
Bəzi dövlətlərdə ər-arvadın daşınmaz əmlakına münasibətdə
İstisnaya yol verilir və bu zaman əmlakın olduğu yerin qanunu (lex
rei sitae) tətbiq edilir.
Ər-arvadın əmlak münasibətlərinə tətbiq edilən qanunun
müəyyən edilməsi ilə əlaqədar əksər dövlətlərin qanunvericiliyində
alternativ kollizion bağlanmalardan istifadə edilir. Bəzi dövlətlərin
qanunvericiliyində isə onların sayı daha çoxdur. Bu mənada 1987- ci
il İsveçrə beynəlxalq xüsusi hüquq haqqında qanunun müvafiq
norması maraq kəsb edir. Qeyd edilən qanunun 52 və 54-cü
maddələrinə görə ər-arvadın əmlak münasibətlərinin rejimi onların
seçdiyi hüquqa (lex voluntatis) əsasən müəyyən edilir. Əgər ər-arvad
tətbiq ediləcək hüququ seçməyiblərsə, onda əmlak münasibətləri
onların birgə yaşadığı yerin hüququ ilə, onlann yaşayış yerləri fərqli
olduqda isə, onların axırıncı dəfə birgə yaşadıqlan yerin hüququ ilə
tənzimlənir. Ər-arvadın, ümumiyyətlə birgə yaşayış yeri olmayıbsa,
onlann bİrgə vətəndaşı olduğu dövlətin hüququ (lex patriae), axırıncı
da olmadıqda - İsveçrə hüququ tətbiq edilir.
28
dekabr
1999-cu
ildə qəbul edilmiş Azərbaycan
Respublikasının yeni Ailə Məcəlləsində əvvəlkindən fərqli olaraq
ər-arvadın əmlak münasibətlərinin kollizion-hüquqi tənzimi
müəyyən edilmişdir. Ailə Məcəlləsinin 151-ci maddəsinə görə
"ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri
ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyənləşir,
həmin ölkədə onların birgə yaşayış yeri olmadıqda, ər-arvad axınncı
dəfə hansı Ölkənin ərazisində birgə yaşayıblarsa, həmin ölkənin
qanunvericiliyi ilə müəyyən edilir. Birgə yaşayış yeri olmayan
ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri
Azərbaycan Respubli
252
§ 3. Ər-arvadın əmlak münasibətləri zamanı tətbiq edilən qanun
kasının ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən
edilir".
Beləliklə,
Azərbaycan
Respublikasının
qanunvericiliyində ər-ar\'adın şəxsi qeyri-əmlak və əmlak hüquq və
vəzifələrinə münasibətdə alternativ kollizion bağlanmalar nəzərdə
tutulub. İlkin olaraq onlann birgə yaşadıqları ölkənin
qanunvericiliyinə (lex (Jomicilii), bu olmadıqda axınncı dəfə
ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyinə, bu da
olmadıqda işin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının
icraatında
olduğu
zaman
Azərbaycan
Respublikasının
qanunvericiliyinə istinad edilməlidir (lex fori).
Yeni Ailə Məcəlləsi nikah müqaviləsi institutunu nəzərdə
tutduğundan iradələrin muxtariyyəti (lex voluntatis) prinsipinə də
istinad etmişdir. Məcəllənin 151-ci maddəsinin 2-cİ hissəsinə görə
"ər-ar\'adın ümumi vətəndaşlığı və birgə yaşayış yerləri olmazsa,
onların aliment tutulması barədə sazişdəki və ya nikah müqavilə-
sindəki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi üçün tətbiq
olunan qanunvericiliyi özləri seçə bilərlər". Ər-arvad belə razılıq əldə
etməyiblərsə, aliment tutulması barədə sazişə və nikah müqaviləsinə
Ailə Məcəlləsinin 151-ci maddəsinin 1-ci hissəsində nəzərdə
tutulanlar tətbiq edilir. Sitat gətirilən nonnanın mətnindən göründüyü
kimi tərəflər (ər-arvad) yalnız müəyyən çərçivədə "iradələrin
muxtariyyətinə" malikdirlər. Bunun üçün onların ümumi vətəndaşlığı
və birgə yaşayış yerləri olmamalıdır.
Ailə hüququnun digər məsələləri kimi ər-arvadın şəxsi qeyri-
əmlak və əmlak münasibətlərində kollizion məsələlər Azərbaycan
Respublikasının bağladığı hüquqi yardım haqqında müqavilələrdə də
öz həllini tapmışdır. Məsələn, 8 mart'1996-cı ildə imzalanmış
Azərbaycan Respublikası ilə Gürcüstan arasında mülki, ailə və
cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında
Müqaviləyə görə ər-arvadm şəxsi və əmlak münasibətləri ərazisində
birgə yaşayış yeri olduqları Razılığa Gələn Tərəfin qanunvericiliyi ilə
müəyyən edilir. Ər-arvaddan biri Razılığa Gələn Tərəflər
253
Dostları ilə paylaş: |