Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 1. Xarici elementli ailə münasibətləri sferasında kollizion məsələlər



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə78/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   74   75   76   77   78   79   80   81   ...   124

§ 1. Xarici elementli ailə münasibətləri sferasında kollizion məsələlər 
şərtləri daxilində çıxış edir və bu hədd 12 yaşdan 2! yaşa qədər olan 
dövrü əhatə edir. 
Təbii ki, belə situasiyalar zamanı ayrı-ayrı dövlətlərin vətəndaş- 
lan  ailə-nikah  münasibətlərinə  girərkən  səlahiyyətli  hüquq  nonııa- 
sının seçilməsilə bağlı kollizion məsələnin həlli mühüm əhəmiyyət 
kəsb  edir.  Digər  tərəfdən,  ailə  münasibətləri  sferasında  "yad  qay- 
da’'nı  qəbul  etməmək  ənənəsi  dövlətləri  bu  sahədə  maddi  hüquq 
normalannı  deyil,  kollizion  hüquq  normalanm  unifıkasİya  etməyə 
sövq  etdirmişdir.  Eyni  zamanda,  beynəlxalq  xüsusi  hüquqda 
"axsayan  münasibətlər"  kimi  qiymətləndirilən  vəziyyət  xarici 
clnnentli  ailə  münasibətləri  üçün  daha  xarakterikdir  ki,  onun  da 
klassik nümunəsi "axsayan nikahlar" hesab edilir. Belə nikahlar bir 
dövlətdə tanınan, digərində isə tanınmayan nikahlara deyilir. Bütün 
bunlar  hələ  XIX  əsrin  axırlarından  etibarən  Haaqa  konfransı 
çərçivəsində  başlanan  ailə-nikah  münasibətləri  sferasında  kollizion 
hüquq nor- malannın unifıkasiyası işini sürətləndirmişdir. Həmin işin 
nəticəsi  kimi  1902-I905-Cİ illər ərzində nikah haqqında ər-arvadın 
boşanma və məhkəmə yolu ilə ayniması haqqında, ər-arvad arasında 
şəxsi və əmlak münasibətləri haqqında, yetkinlik yaşına çatmayanlar 
üzərində qəyyumluq və himayəçilik haqqında Haaqa konvensiyaları 
qəbul edilmişdir. Həmin konvensiyalar hüquqi qüvvəyə minməsələr 
də,  onların  meydana  gəlməsi  bu  istiqamətdə  aparılan  sonrakı 
unifıkasi-  ya  işinə  mühüm  təsir  göstərmişdir.  Bu  sahədə  XX  əsrin 
50-ci  illərindən  etibarən  qəbul  edilən  Haaqa  konvensiyalarından 
1956-cı  il  “Uşaqların  xeyrinə  aliment  öhdəliklərinə  tətbiq  edilən 
qanun  haqqında”,  1958-ci  il  “Uşaqlara  münasibətdə  aliment 
öhdəlikləri  haqqında  işlər  üzrə  qərarlann  tanınması  və  icrası 
haqqında”,  1961-ci  il  “Yetkinlik  yaşına  çatmayanlann  müdafiəsinə 
münasibətdə  yurisdik-  siya  və  tətbiq  edilən  hüquq  haqqında”, 
1970-ci  il  “Boşanmanın  və  ər-arvadın  məhkəmə  yolu  ilə  ayrılması 
haqqında  qərann  tanınması  haqqında”,  1973-cü  il  “Aliment 
Öhdəliklərinə  tətbiq  edilən  hüquq  haqqında”  və  s.  konvensiyaların 
adım çəkmək olar. 
239 


Fosil 14. Bcynitlxalt] xüsusi hüquqda ailo münasibailori 
Bu  istiqamətdə  BMT  çərçivəsində  qəbul  edilən  universal 
müqavilələr  də  mövcuddur.  1957-ci  il  “Ərli  qadının  vətəndaşlığı 
haqqında"  Konvensiya,  1962-ci  il  “Nikaha  daxil  olmağa  razılıq 
verilməsi,  minimal  nikah  yaşı  və  nikahın  qeydiyyatı  haqqında” 
Konvensiya, 1989-cu il “Uşaq hüquqları haqqında” Konvensiya və s. 
bu sıradandır. 
Çoxtərəfli  müqavilələrlə  yanaşı  aİlə  hüququnun  unifikasiyası 
regional  və  ikitərəfli  müqavilələrdə  də  öz  əksini  tapmışdır.  Latın 
Amerikası regionunda qüvvədə olan Bııstamant Məcəlləsi (1928- ci 
il)  ailə  hüququ  sahəsində  kollizion  hüquq  nonnalarının  geniş 
spektrini  nəzərdə  tutmuşdur.  Burada  nikahın  maddi  və  formal 
şərtləri,  onun  etibarsızlığı,  atalığın  müəyyən  edilməsi,  qohumların 
ali- ment öhdəlikləri,  övladlığa  götürmə, qəyyumluq, eınansipasiya 
və yetkinlik yaşına çatma, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı 
və  s.  məsələlərə  münasibətdə  səlahiyyətli  hüququ  müəyyən  etmək 
üçün kollizion normalar təsbit edilmişdir. 
Regional  beynəlxalq  müqavilə  kimi  xarakterizə  olunan  mülki, 
ailə  və  cinayət  işləri  üzrə  hüquqi  yardım  və  hüquq  münasibətləri 
haqqında 1993-cü İl MDB Konvensiyasında ailə işləri ilə əlaqədar 26 
-  37-ci  maddələri  əhatə  edən  ayrıca  bölmə  nəzərdə  tutulmuşdur. 
Əsasən kollizion normalardan ibarət olan Konvensiyanın qeyd edilən 
maddələrində  nikahın  bağlamnası,  ər-arvadın  hüquq  münasibətləri. 
nikahın xitam edilməsi, nikahın etibarsız hesab edilməsi, atalığın və 
ya analığın müəyyən edilməsi, valideynlərlə uşaqlar arasında hüquq 
münasibətləri,  qəyyumluq  və  himayəçilik,  övladlığa  gö-  tünnə 
zamanı,  habelə  sadalanan  məsələlər  üzrə  səlahiyyətli  orqanları 
müəyyən edərkən tətbiq edilməli olan hüquqa aydınlıq gətirilir. 
Konvensiyada  ailə  işləri  ilə  əlaqədar  sadalanan  məsələlər 
Azərbaycan  Respublikasının  bir  sıra  dövlətlərlə  (Qazaxıstan, 
Qırğızıstan,  Özbəkistan,  İran  İslam  Respublikası,  Latviya,  Rusiya 
Federasiyası,  Gürcüstan  və  s.)  bağladığı  hüquqi  yardım  haqqında 
ikitərəfli müqavilələrdə də özünün analoji həllini tapmışdır. 
240 


§ 2. Xarici elementli nikahJar 
Ailə-nikah münasibətləri sferasında beynəlxalq səviyyədə maddi 
hüquq  normalarmın  müəyyən  edilməsinin  qeyri-mümkünlüyü,  bu 
sahədə  bütün  dövlətlər  üçün  məcburi  olan  prinsiplərin  fonnalaş- 
masına  mane  ola  bilməmişdir.  Həmin  prinsiplər  insan  hüquqlan 
sferasında  mövcud  olan  universal  beynəlxalq  hüquqi  aktlarda, 
xüsusən  də  1948-ci  İl  “İnsan  hüquqlan  haqqında”  ümumi 
Bəyannamədə  və  1966-cı  il  “Vətəndaşlıq  və  siyasi  hüquqlar 
haqqında"  Beynəlxalq  paktda  təsbit  edilmişdir.  Bura  aiddir;  1) 
yetkinlik yaşına çatmış bütün kişi və qadınların nikaha daxil olmaq və 
ailə qurmaq hüququna malik olmaları; 2) nikaha girmək hüququnun 
irqi,  milli  və  dini  əlamətlərə  görə  məhdudlaşdınimasının 
yolverilməzliyi;  3)  nikahın  hər  iki  tərəfin  azad  və  tam  razılığı  ilə 
bağlanması; 4) kişi və qadınların nikah bağlayarkən, nikahda olarkən 
və onu pozarkən eyni hüquqlardan istifadə etməsi; 5) cəmiyyətin təbii 
və  əsas  özəyi  kimi  ailənin  cəmiyyət  və  dövlət  tərəfindən  müdafiə 
olunması; 6) uşaqların xüsusi müdafiə olunması. 
Sadalanan prinsiplər dünyanm əksər dövlətləri tərəfindən  qəbul 
edilmiş  və  milli  ailə  qanunvericiliklərində,  o  cümlədən  28  dekabr 
1999-cu  ildə  qəbul  edilən  və  1  iyun  2000-ci  ildə  qüvvəyə  minən 
Azərbaycan  Respublİkasmın  Ailə  Məcəlləsində  də  öz  əksini 
tapmışdır. 
§ 2. Xarici elementli nikahlar 
Nikahın maddi və formal şərtləri ilə bağlı kollizion situasiyalar. 
Nikah hüquqi baxımdan mülki-hüquqi əqdin bir formasıdır. Lakin adi 
əqdlərdən  fərqli  olaraq  nikah  tərəflərin  iradəsindən  asılı  olmayaraq 
onlar üçün bir sıra məcburi hüquqi nəticələr doğurur. Belə müqavilə 
bağlamağın  nəticəsi  kimi  həm  də  tərəflərin  hüquqi  statusu  dəyişir. 
Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsində  nikaha  kişi  ilə 
qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında 
qeydiyyata alınan könüllü ittifaqı kimi anlayış verilir. 
Sosial-hüquqi  hadisə  olmaq  etibarı  ilə  nikah  müəyyən  tələblərə 
cavab verməlidir. Belə tələblər bütün dövlətdaxili qanunvericilik 
241 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə