Füsil J3. MüqavİIixfon kənar öhdəliklər
mından hüquqa zidd olması həmin hərəkətin törədildiyi ölkənin
hüququna əsasən müəyyən edilməlidir. Qeydiyyatdan keçən
nəqliyyat vasitələrində və ya hava gəmisində milli yurisdiksiyadan
kənarda baş verən ziyan vuran hərəkət və ya hərəkətsizlik və onun
nəticələri isə nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkənin
hüququna tabedir. Macarıstan qanunu ilə qeyri-hüquqi hesab
edilməyən hərəkətlər, habelə Macanstan hüquq qaydasına yaramna
əsası məlum olmayan hallar məsuliyyətə səbəb ola bilməz.
İsveçrə beynəbcalq xüsusi hüquq haqqında qanunu zİyan vurma
nəticəsində əmələ gələn öhdəliyi tərəflərin adi yaşayış yerləri üst-
üstə düşdüyü halda həmin ölkənin hüququna tabe edir. Əgər
tərəflərin adi yaşayış yerləri müxtəlif dövlətlərin ərazisindədirsə,
onda ziyanın vunılmasına səbəb olan hərəkətin törədildiyi ölkənin
hüququna üstünlük verilir. Belə hərəkətin zərərli nəticələri digər
ölkədə baş verərsə və ziyan vuran bunu görməli olduğu halda,
ziyanın baş verdiyi ölkənin hüququ tətbiq edilir.
AFR-də bu sahədə tarixən ziyanın vurulduğu yerin qanununa
istinad edilib.' Bununla yanaşı alman hüququ "hərəkətin baş verdiyi"
və "ziyanın vurulduğu yer" anlayışlarını bir-birindən fərqləndirir.
Onlar bir dövlətin hüdudları ilə məhdudlaşmadıqda məhkəmə
zərərçəkənin mənafeyinin müdafiəsi baxımından daha əlverişli olan
hüququ tətbiq etməlidir. Bu zaman zərərçəkən tərəf özü də həmin iki
qanundan birini seçə bilər. Tərəflərin ziyan vurulan zaman adi
yaşayış yerləri üst-üstə düşdükdə isə həmin ölkənin hüququ tətbiq
edilməlidir.
Yaponiya qanunvericiliyinin müvafiq normalannm əsasında da
lex loci delicti commissi prinsipi durur. Lakin həmin normanın
xaricdə baş verən və Yaponiya qanunlarına əsasən hüquqa zidd hesab
edilməyən əməllərə tətbiqinə yol verilmir.
I Paiiiie /I. Moıuıyuapoaııoc sacTHoe npaeo. M., 1960, c. 525.
230
§ 2 AR-in qanunvericiliyində müqavilədən kənar öhdəliklərin kolib.ion tənzimi
İngiltərədə bu istiqamətdə ənənəvi olaraq məhkəmənin qanunu
(lex fori) tətbiq edilmişdir. Keçən əsrin 90-cı illərindən etibarən isə
delikt münasibətlərin digər Avropa dövlətlərində olduğu kimi
tənzimlənməsinə üstünlük verilməyə başlanmış, ziyanın vurulduğu
yerin qanunu əsas prinsipə çevrilmişdir. Yalnız delikt münasibətin
daha sıx əlaqəli olduğu hüquq istisna təşkil edə bilər ki, belə hallara
da tərəflərin adİ yaşayış yerlərinin üst-üstə düşməsi, onlar arasında
müqavilə münasibətləri və s. aid edilir.
§ 2 Azərbaycan Respublikasının qanunvericiliyində
müqavilədən kənar öhdəliklərin kollizion tənzimi
Azərbaycan Respublikasının qanunvericiliyində müqavilədən
kənar öhdəliklərin kollizion-hüquqi tənzimi ilə əlaqədar əsas
normalar “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunda və
Azərbaycan Respublikasının İştirakçısı olduğu hüquqi yardım
haqqında bİr sıra müqavilələrdə öz əksini tapmışdır. Bundan əlavə
delikt öhdəliklərin bir sıra növləri ilə əlaqədar yaranan məsuliyyətin
tənzimlənməsi ilə bağlı sahəvi normativ aktlara da rast gəlinir.
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası
Qanununun IV fəsli bütövlükdə müqavilədən kənar öhdəliklərlə
bağlı kollizion normalardan ibarətdir. Qanun müqavilədən kənar
öhdəliklərin aşağıdakı üç növü üzrə yaranacaq kollizion situasiyanın
həlli ilə əlaqədar tətbiq edilməli olan hüququ müəyyən edir: 1) ziyan
vurma nəticəsində əmələ gələn öhdəliklər (delikt öhdəliklər);
2)
istehlakçıya dəyən ziyana görə məsuliyyət; 3) əsassız varlanma.
Delikt öhdəliklərlə bağlı tətbiq edilməli olan hüququ müəyyən
etməkdən ötrü qanun əsas prinsip kimi "lex loci delicti commis- si"yə
istinad edir: "Ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə
tərəflərin hüquq və vəzifələri ziyanı ödəmək haqqında tələbin irəli
sürülməsi üçün əsas olan hərəkətin və ya digər vəziyyətin baş verdiyi
ölkənin hüququ ilə müəyyən edilir" (Qanunun 26.1-
231
Fosil 13. Müqavilotlon kanar öhdoliklar
ci mtıddəsi). Qeyd ediiəıı norma ziyan vurma nəticəsində əmələ
gələn öhdəliyə tətbiq edilməli olan hüququ seçməkdən ötrü deiikt
öhdəliyə səbəb olan hərəkətin baş verdiyi yeri onun nəticələrindən
(tlkrimizcə, normada işlədilən "digər vəziyyət" ifadəsi altında belə
hərəkətin doğurduğu nəticə başa düşülməlidir) ayırsa da, onlar
arasında "və ya" ifadəsini işlətməklə bərabərlik işarəsi qoyur. Əgər
deiikt öhdəliyə səbəb olan hərəkətlə belə hərəkətin doğurduğu nəticə
məkan baxımından üst-üstə düşmürsə və ayrı-ayrı dövlətlərin ərazisi
ilə bağlıdırsa, yəni hərəkət bir ölkədə, nəticə başqa ölkədə baş
verirsə, onda hansı dövlətin hüququ tətbiq edilməlidir? Qanunverici
bu məsələnin həllini normanı tətbiq edən orqanın ixtiyarına buraxır
və normanın mətnindən belə görünür ki, həmin orqan qeyd edilən
hüquqlardan hər hansı birini seçib tətbiq etməkdə azaddır.
Qanunda deiikt öhdəliklərə münasibətdə tətbiq edilməli olan
hüququ müəyyən etməklə bağlı alternativ kollizion bağlanma da
nəzərdə tutulmuşdur. Əgər tərəflər eyni dövlətin vətəndaşları və ya
hüquqi şəxsləridirsə, onda xaricdə vurulan ziyan nəticəsində əmələ
gələn öhdəliklər üzrə həmin dövlətin hüququ tətbiq edilir. Nəzərə
almaq lazımdır ki, həmin nomıa yalnız xaricdə vurulan ziyan
nəticəsində əmələ gələn öhdəliklərə şamil edilə bilər. Azərbaycan
Respublikasının ərazisində baş verən deiikt üzrə tərəflərin hər
ikisinin eyni xarici dövlətə mənsub olması həmin dövlətin
hüququnun tətbiqinə səbəb ola bilməz. Bu zaman işə baxan
Azərbaycan məhkəməsi əsas kollizion prinsipinə əsasən (lex loci
delicti commissi) Azərbaycan hüququnu tətbiq etməlidir.
"Beynəlxalq xüsusi hüquq haqqında” Qanun müqavilədən kənar
öhdəliklərin bir növü olan istehlakçıya dəyən ziyana görə
məsuliyyətin müəyyən edilməsi zamanı hansı hüququn tətbiq
edilməsi məsələsinə də aydınlıq gətirmişdir. Qanunun 27-ci
maddəsinə görə malın alınması və ya xidmətin göstərilməsi ilə
əlaqədar istehlakçıya dəyən ziyanın ödənilməsi haqqında tələbə
istehlakçının seçimi əsasında aşağıdakı üç kollizion bağlanmadan
biri tətbiq
232
Dostları ilə paylaş: |