Fusil 14. Beynolxalq xüsusi hüquqda ailə münasibətləri
dən birinin ərazisində, digəri isə Razılığa Gələn Tərəflərdən o
birisinin ərazisində yaşayırsa və ər-arvadın hər ikisi eyni vətəndaşlığa
malikdirlərsə, onda onların şəxsi və əmlak xarakterli hüquq
münasibətləri vətəndaşlan olduqlan Razılığa Gələn Tərəfin
qanunvericiliyi ilə müəyyən edilir. Ər-arvad vətəndaşlıq baxımından
da ayrı-ayrı Razılığa Gələn Tərəflərə mənsubdurlarsa, onda onlann
sonuncu dəfə ərazisində birgə yaşadıqları Razılığa Gələn Tərəfin
qanunvericiliyi, bu da olmadıqda isə, məhkəməsinə iddİa təqdim
edilən Razılığa Gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
Analoji norma Azərbaycan Respublikasının bağladığı hüquqi
yardım haqqında digər müqavilələrdə də öz əksini tapmışdır.
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Ailə
Məcəlləsində yetkinlik yaşına çatmış şəxslərin və başqa ailə
üzvlərinin, o cümlədən ər-arvadın aliment vəzifələrinin
tənzimlənməsi zamanı tətbiq edilən qanunvericiliklə bağlı kollizion
norma müəyyən edilmişdir. Belə ki. Ailə Məcəlləsinin 154-cü
maddəsinə görə ailə üzvlərinin aliment vəzifələri ərazisində birgə
yaşadıqlan ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Birgə
yaşayış yeri olmadıqda İsə iddiaçının yaşadığı ölkənin
qanunvericiliyi əsas götürülməlidir.
§ 4. Beynəlxalq xüsusi hüquqda
uşaq hüquqlarının müdafiəsi
Ailə hüququnun digər məsələlərində olduğu kimi uşaq
hüquqlarının müdafiəsi ilə əlaqədar institutlarla bağlı milli
qanunvericiliklərdə mövcud olan məzmun fərqlərinin yaratdığı
kollizion situasiyalar müvafiq beynəlxalq xüsusi hüquq normalan
vasitəsilə həll edilir. Biz həmin institutların maddi-hüquqi məzmunu
üzərində dayanmağa ehtiyac duymuruq. Çünki onlar beynəlxalq
xüsusi hüququn predmetinə aid deyildir.
254
ij 4. Beynəlxalq xüsusi hüquqda uşaq hüquqlannın müdafiəsi
Beynəlxalq xüsusi hüquq çərçivəsində sadalanan məsələlər
əsasən kollizion hüquqi metoddan istifadə edilməklə tənzimlənir ki,
bundan ötrü də əksər dövlətlərin qanunvericiliyində xüsusi normalar
nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsində uşaqların
mənafeyinin müdafiəsi ilə əlaqədar aşağıdakı məsələlər üzrə
kollizion nomıalar müəyyən edilmişdir: 1) atalığın (analığın)
müəyyənləşdirilməsi və buna dair mübahisə açılması; 2) valideyn və
uşaqların hüquq və vəzifələri; 3) övladlığa götürmə.
Ailə
Məcəlləsinin
I52-ci
maddəsində
atalığın
müəyyənləşdirilməsi və buna dair mübahisə açılması ilə əlaqədar üç
kollizion norma göstərilir. Birincisi, ilkin olaraq "lex patriae"-yə
istinad edilir: "Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair
mübahisə açılması üçün uşağın anadan olmağa görə vətəndaşı
sayıldığı ölkənin qanunvericiliyi tətbiq edilir".
İkincisi,
respublikadaxİli məsələlərdə birtərəfli qaydada Azərbaycan
qanunvericiliyinə üstünlük verilir və bununla əlaqədar olaraq
göstərilir ki, Azərbaycan Respublikasının ərazisində atalığın
(analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılınası
qaydası
Azərbaycan
Respublikasının
qanunvericiliyi
iio
müəyyənləşdirilir. Üçüncüsü, bu funksiyanın müəyyən şərtlər
daxilində Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin
və ya konsulluq idarəsinin yerinə yetirə biləcəyinə istinad edilir.
Həmin şərtlər sırasına aşağıdakılar aid edilir: Azərbaycan
Respublikasının qanunvericiliyi ilə atalığın (analığın) müvafiq icra
hakimiyyəti orqanında müəyyənləşdirilməsinə yol verilirsə; uşağın
valideynləri Azərbaycan Respublikasında yaşamırlarsa; onlardan heç
olmasa biri Azərbaycan Respublikasının vətəndaşıdırsa.
Valideynlərin və uşaqlann hüquq və vəzifələrinin müəyyən
edilməsinə münasibətdə də Ailə Məcəlləsində üç kollizion nonna
müəyyən edilib. Ailə Məcəlləsinin 153-cü maddəsində ifadə olunan
həmin normalann sıra ardıcıllığı aşağıdakı kimidir. İlkin olaraq lex
domicilii prinsipi əsas götürülmüşdür: "Valideynlərin və uşaqlann
hüquq və
255
Fasil !4. Beynulxalq xüsusi hüquqda aila münasibətləri
vəzifələri,
O
cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onlann
birgə
yaşadıqlan
ölkənin
qanunvericiliyinə
uyğun
müəyyənləşdirilir". Digər iki kollizion norma birinciyə münasibətdə
subsidiar xarakter daşıyır. Əgər birgə yaşayış yeri yoxdursa, onda
həmin məsələ üzrə səlahiyyətli hüququ tapmaq üçün ikinci norma
kimi uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyinə istinad edilir.
Üçüncü kollizion normanın tələbi isə uşağın daimi yaşadığı ölkənin
qanunvericiliyinin tətbiqi imkanıdır. Amma bu normanın tətbiqinə
iddiaçının tələbi ilə aliment öhdəlikləri və valideynlərlə uşaqlar
arasında digər münasibətlər zamanı yol verilə bilər. Nəzərə almaq
lazımdır ki, axırıncı kollizion nonna əvvəlkilərdən fərqli olaraq
dispozitiv xarakter daşıyır və onun istinad etdiyi qanunvericiliyin
tətbiqi üzərində dayanmaq məhkəmənin vəzifəsi deyil, hüququ kimi
qiymətləndirilir.
Xarici elementli övladlığa götürmə məsələləri isə Ailə
Məcəlləsinin 155-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə
müxtəlif kombinasiyalarda övladlığa götünnə məsələlərini
tənzimləməkdən ötrü bir neçə norma öz əksini tapmışdır. Maddənin
birinci hissəsində Azərbaycan Respublikasının ərazisində övladlığa
götürmə həyata keçirilən zaman tətbiq ediləcək qanun göstərilir. Bu
zaman müəyyən edilmişdir ki, "Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna
olmaqla Azərbaycan Respublikasının ərazisində əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının
vətəndaşı olan uşağı övladlığa götürmə və ya övladlığa götürmənin
ləğvi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
həyata keçirilir". Nomıanm mətnindən göründüyü kimi bu qaydadan
yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulan hallar istisna təşkil edir. Bundan irəli
gələrək Ailə Məcəlləsinin 155-ci maddəsinin ikinci bəndİ müəyyən
etmişdir ki, əgər Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasının
vətənda.şt olan uşaq, övladlığa götürənin ölkəsinin (daimi
256
Dostları ilə paylaş: |