Fosiİ 14. Beynəlxalq xüsusi hüquqda ailə münasibəllori
lərdə mövcuddur. Onları iki qrupa bölürlər; 1) nikahın fonnasına aid
olan tələblər (nikahın fornıal şərtləri); 2) nİkahm bağlanması üçün
maddi tələblər (nikahın maddi şərtləri). Qeyd etmək yerinə düşər ki,
bu və ya digər tələbin nikahın maddi və ya formal şərti hesab
edilməsində belə milli qanunvericiliklərdə fərqlər mövcuddur.
Məsələn, İngiltərə hüququna görə yetkinlik yaşma çatmayan şəxsin
nikaha ginnəkdən ötrü onun valideyninin razılıq verməsi tələbi
nikahın formal şərti kimi qiymətləndirildiyi halda, kontinental
hüquqda bu nikahın maddi şərtİ hesab edilir.
Xarici elementi i nikahların bağlanması zamanı milli
qanunvericiliklərdə nikahın maddi və fornıal şərtləri ilə bağlı nəzərdə
tutulanların öyrənilməsi vacibdir. Azərbaycan Respublikasının Ailə
Məcəlləsinin 146-cı maddəsinin ikinci hissəsinə görə Azərbaycan
Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma
şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və həmin Məcəllənin
nikahın maddi şərtləri ilə bağlı 12-ci maddədə nəzərdə tuuılan
tələblərə riayət edilməklə müəyyən edilir. Bu baxımdan milli
qanunvericiliklərdə nikahın maddi və formal şərtlərinin müqayisəli
təhlilini aparmaq əhəmiyyət kəsb edir.
Əvvəlcə, nikahın maddi şərtləri haqqında. Əksər ölkələrin ailə
hüququnda (bir sıra müsəlman dövlətləri istisna olmaqla) nikahın
maddi şərtlərindən biri kimi monoqamiya prinsipi nəzərdə
tutulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci
maddəsində nikahın bağlanmasına mane olan hallardan biri kimi
tərəflərdən birinin və ya hər ikisinin başqası ilə nikahda olması
göstərilir. Fransa Mülki Məcəlləsinin 147-ci maddəsinə görə birinci
nikaha xitam verilməmiş ikinci nikahın bağlanması yolverilməzdir.
Analoji nomıa əksər, dövlətlərin, o cümlədən AFR, RF, İsveç,
Yaponiya və s. dövlətlərin qanunvericiliyində nəzərdə tutulmuşdur.
Nikahın bağlanması ilə əlaqədar irəli sürülən ikinci maddi şərt
nikah yaşı ilə əlaqədardır. Bütün ölkələrdə nikaha girmək üçün
(nikah bağlamaq qabiliyyəti) aşağı yaş həddi müəyyən edilmişdir. La
242
§ 2. Xarici dcmcntli nikahlar
kin belə yaş həddi ilə bağlı milli qanunvericiliklərin mövqeləri üst-
üstə düşmür. Azərbaycan Respublikasının qanunvericiliyinə görə
nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün isə 17 yaş müəyyən
edilmişdir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və
nikah yaşma çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra
hakimiyyəti orqanı onlann xahişi ilə nikah yaşının bİr ildən çox
olmayaraq azaldılmasına icazə verə bilər (Ailə Məcəlləsinin 10-cu
maddəsi). Fransa Mülki Məcəlləsinin 144-cü maddəsi nikah yaşını
kişilər üçün 18, qadınlar üçün 15 yaş nəzərdə tutur. Üzrlü səbəb
olduqda nikah bağlandığı yerin prokurorunun razılığı ilə daha aşağı
yaş həddində bağlanıla bilər. Amma bu zaman yetkinlik yaşına
çatmayan şəxsin nikah bağlaması ilə bağlı valideynlərin razılığı tələb
olunur. İtaliya Mülki Məcəlləsinə gÖrə nikah bağlamaq qabiliyyəti
kişilər üçün 16, qadınlar üçün 14 yaşdan yaranır. Müstəsna hallarda
müvafiq orqanın icazəsi ilə həmin yaş həddi iki il həddində azaldıla
bilər. Yetkinlik yaşına çatmayanlar (21 yaşa qədər) valideynlərin
razılığı ilə nikah bağlaya bilərlər. İspaniya mülki qanunvericiliyi
daha aşağı yaş həddi müəyyən etmişdir (kişilər üçün 14, qadınlar
üçün 12 yaş). AFR və İsveçdə isə nikaha girmək üçün vahid yaş
həddi - 18 yaş qəbul edilib. İngiltərə və ABŞ-da 16 yaşdan etibarən
hər iki cinsdən olanlar valideynlərin razılığı ilə, 18 yaşdan isə onlann
razılığı olmadan da nikah bağlaya bilərlər.
Nikah bağlanması üçün tələb olunan maddi şərtlərdən biri də
nikaha girən şəxslər arasında qohumluq münasibətləri ilə
əlaqədardır. Azərbaycan Respublikasında yaxın qohumlar
(valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey
(ümumi ata və ya anası olan) qardaş və bacılar arasında nikah
qadağandır (Ailə Məcəlləsinin 12-ci maddəsi). Fransada yüksələn və
enən xətt üzrə qohumlar və əmi, dayı, bibi və xala uşaqları, habelə
qardaş və bacı arasında nikahlar yolverilməzdir. İspaniya Mülki
Məcəlləsinə görə düzünə xətt üzrə qohumlar, üç arxa yanakı xətt üzrə
qan qohumları öz aralarında nikah bağlaya bilməzlər. ABŞ-ın bəzi
ştatlarında da
243
Fosil 14. Beynəlxalq xü.su.si hüquqda ailə münasibətləri
yanakı xətt üzrə (əmi, dayı, xala, bibi uşaqları) nikahlar qadağan
edilib. İngiltərə qanunvericiliyinə görə yüksələn və enən xətt üzrə
olan qülıumlar arasında nikah yolverilınozdir.
Nikahın bağlanması üçün nəzərdə tutulan dördüncü maddi şərt
tərəflərin köniülülüyüdür. Azərbaycan Respublikasının Ailə
Məcəlləsinin 11-ci maddəsinə görə nikahın bağlanması üçün
tərəflərin yazılı razılığı tələb olunur. Fransa qanunvericiliyi də razılıq
olmadan nikahı mümkünsüz hesab edir (Mülki Məcəllənin 46--ct
maddəsi ). Bir sıra müsəlman Ölkələrində isə tərəflərin könüllülüyü
prinsipinə əməl edilmir.
Ayrı-ayrı dövlətlərdə nikahın sadalanan maddi şərtlərindən əlavə
digər tələblər də müəyyən edilib. Bəzi ölkələrin qanunvericiliyində
(ABŞ, RF, Azərbaycan və s.) müəyyən xəstəliklər zamanı nikahın
bağlanmasına yol verilmir. Çox vaxt xəstəlik müəyyən hüquqi nəticə
ilə
əlaqələndirilir.
Məsələn,
Azərbaycan
Respublikasının
qanunvericiliyinə görə İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və
ya kəmağıllılıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
olmayan hesab edilən şəxslər arasında nikaha yol verilmir (Ailə
Məcəlləsinin 12-ci maddəsi). Bundan əlavə, nikaha daxil olan
şəxslərdən biri özündə dəri zöhrəvi xəstəliyinin və insanın
immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o
birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə
məhkəməyə müraciət edə bilər (Ailə Məcəlləsinin 13.3 maddəsi).
Yuxarıda qeyd etdiyimiz kimi, Yaponiyada “matəm müddəti”nin
gözlənilməsi nikahın maddi şərti hesab edilir.
Nikahın formal şərtləri onun qeydiyyatı ilə bağlı irəli sürülən
tələblərlə əlaqədardır. Bu məsələdə milli qanunvericiliklərdə
müxtəlif mövqelər vardır. Bir qrup dövlətlərdə (Azərbaycan
Respublikası, Fransa, İsveçrə, Belçika, RF, Hollandiya və s.) yalnız
dövlət orqanlarında qeydiyyata alman nikahlar tanınır. Azərbaycan
Respublikasının Ailə Məcəlləsinin 1.5-ci maddəsinə görə dini kəbin-
kəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. İkinci qnıp
244
Dostları ilə paylaş: |