Fəsil 15. Vərəsəlik hüququ
Dördüncüsü,
həmin
müqavilələrdə
vəsiyyətnamənin
formasına tətbiq edilməli olan hüquq məsələsi həll edilmişdir.
Şəxsin vəsiyyətnamə tərtib və ya ləğv etmək qabiliyyəti və
həmçinin vəsiyyətnamənin və onun ləğv edilməsinin forması
vəsiyyətnamə tərtib edilən anda miras qoyanın vətəndaşı olduğu
Razılığa Gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir. Lakin
vəsiyyətnamə və onun ləğv olunması əgər tərtib edildiyi yerin
qanunvericiliyinin tələblərinə cavab verirsə, forma baxımından
tələblərə riayət olunma- mağa görə vəsiyyətnamə etibarsız hesab
edilə bilməz.
Beşincisi, hüquqi yardım haqqında müqavilələrdə vərəsəlik
işlərinin icraatı ilə əlaqədar səlahiyyətli idarələr müəyyən
edilmişdir. Daşınan əmlaka vərəsəliyə dair işlər üzrə icraatı
miras qoyanın sonuncu daimi yaşayış yerinin olduğu Razılığa
Gələn Tərəfin idarələri apanr. Əgər miras qoyanın bütün
daşınan əmlakı onun sonuncu daimi yaşayış yeri olmayan
Razılığa Gələn Tərəfin ərazisində yerləşirsə, bu halda vərəsənin,
yaxud rədd cavabı alanın ərizəsi üzrə, bütün vərəsələr bununla
razılaşarsa, vərəsəlik haqqında işə dair icraatı həmin Razılığa
Gələn Tərəfin idarələri apanr. Bəzi hüquqi yardım haqqında
müqavilələrdə isə (məsələn, 18 iyun 1997-ci il tarixli Azərbaycan
Respublikası ile Özbəkistan Respublikası arasında mülki, ailə və
cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər
haqqında Müqavilə) bu zaman miras qoyanın ölən vaxtı
vətəndaşı olduğu Razılığa Gələn Tərəfin ədliyyə idarələri
səlahiyyətli hesab edilir.
Daşınmaz əmlaka dair vərəsəlik işləri üzrə icraatı isə bu
əmlakın yerləşdiyi ölkənin idarələri apanr. Vərəsəlik İşlərinin
icraatı İlə əlaqədar qeyd edilən qaydalar vərəsəlik işləri üzrə
mübahisələrə də şamil edilir.
Altıncısı, bu tip müqavilələrdə İştirakçı dövlətlər, bir qayda
olaraq, öz qanunvericiliklərinə uyğun olaraq ərazilərində diger
tərəfin vətəndaşının miras qoyulan əmlakın qorunması və idarə
olunması üçün zəruri tədbirlərin görülməsini öhdələrinə
götürürlər. Belə gö
266
§ 2. Xarici clementli vərəsəlik münasibətləri və beynəlxalq müqavilələr
rülən
tədbirlər
haqqında
təxirə
salınmadan
diplomatik
nümayəndəliyə və ya konsul idarəsinə məlumat verilməlidir.
Diplomatik nümayəndəlik və ya konsul idarəsi həmin tədbirlərin
həyata keçirilməsində iştirak edə bilər. Onların vəsatəti ilə göstərilən
tədbirlər dəyişdirilə və ya ləğv edilə bilər.
Əgər Razılığa Gələn Tərəflərdən birinin vətəndaşı daimi yaşayış
yeri olmadığı digər Razılığa Gələn Tərəfin ərazisində səfər zamanı
vəfat edərsə, onun üstündə olan pul və əşyalar vətəndaşı olduğu
Razılığa Gələn Tərəfin diplomatik nümayəndəliyinə və ya konsulluq
idarəsinə verilir.
Yeddincisi, hüquqi yardım haqqında müqavilələrdə, ən nəhayət,
miras qalan əmlakın verilinəsi məsələsi tənzimlənir. Əgər daşınar
vərəsəlik əmlak, yaxud daşınar və ya daşınmaz əmlakın satışından
əldə olunan məbləğ vərəsəlik icraatı qurtardıqdan sonra yaşadıqları
və ya olduqları yer digər Razılığa Gələn Tərəfin ərazisində olan
varislərə verİlməlidirsə və miras qoyulan əmlak və ya əldə edilən pul
məbləği varislərə və ya onların nümayəndələrinə bilavasitə verilməsi
mümkün olmadıqda, həmin əmlakın və ya pul məbləğinin Razılığa
Gələn Tərəfin diplomatik nümayəndəliyinə, yaxud konsul idarəsinə
verilməsi nəzərdə tutulmuşdur. Bu qayda aşağıdakı hallarda tətbiq
edilir;
1)
əgər ərazisində vərəsəlik əmlak olan Razılığa Gələn Tərəfin
qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdə miras qoyanın
kredİtorlannin irəli sürdüyü bütün tələblər ödənmiş, yaxud təmin
edilmişdirsə;
2)
vərəsəliklə əlaqədar bütün vergilər və rüsumlar ödənilmiş və
təmin edilmişdirsə;
3)
zəruri hallarda səlahiyyətli İdarələr əmlakın aparılmasına və ya
pul məbləğinin köçürülməsinə icazə vermişlərsə.
Azərbaycan Respublikasının bir sıra dövlətlərlə bağladığı konsul
konvensiyalannda isə xarici elementli vərəsəlik münasibətlərində
konsulun iştirakı, onun daşıdığı funksiyalarla bağlı məsələlər
267
Fəsil 15. Vaıəsəlik hüququ
öz həllini tapmışdır. Məsələn, Azərbaycan Respublikası ilə
Ukray* na arasında 24 mart 1997-ci ildə bağlanmış Konsulluq
Konvensiyasına görə (12 dekabr 2000-ci Üdə qüvvəyə
minmişdir) qəbul edən dövlətin səlahiyyətli orqanları mümkün
qədər qısa müddətdə konsulluğun vəzifəli şəxsinə konsulluq
dairəsi ərazisində onu göndərən dövlətin vətəndaşının ölümü
barədə məlumat verir, habelə konsulluğun vəzifəli şəxsinə miras
qalmış əmlakın, vəsiyyətnamənin olması, həmçinin qəbul edən
dövlətin ərazisində olan və yaxud təmsil edilən hər hansı bir
şəxsin bu əmlakın sərəncamvericisi təyin olunması haqqında
məlumat verirlər.
Miras olduğu halda Konsulluğun vəzifəli şəxsi qəbul edən
dövlətin səlahiyyətli orqanları tərəfindən əmlakm siyahısınm
tərtib edilməsində iştirak etmək' hüququna malikdir va miras
qalmış əmlakın qorunması ilə bağlı tədbirlər görür.
Göndərən dövlətin vətəndaşı, vətəndaşlığından asılı
otmayaraq qəbul edən dövlətin ərazisində ölmüş şəxsin mirasına
hüququ olarkən həmin dövlətin səlahiyyətli orqanları konsulluq
idarəsinə bu barədə dərhal məlumat verirlər.
Əgər göndərən dövlətin vətəndaşı qəbul edən dövlətdə miras
almaq hüququna malikdirsə və ya bu hüquqa iddia edirsə, lakin
nə o, nə də onun nümayəndəsi miras haqqmda işin baxılmasmda
iştirak edə bilmirlərsə, konsulluğun vəzifəli şəxsi şəxsən və ya öz
nümayəndəsi vasitəsilə qəbul edən dövlətdə həmin vətəndaşı
məhkəmə, yaxud digər səlahiyyətli orqanlarda təmsil edə bilər,
həmin vətəndaşa təhvil vermək üçün ona çatası olan hər cür
mirası ala bilər.
Göndərən dövlətin qəbul edən dövlətdə daimi yaşamayan
vətəndaşı orada öldükdə konsulluğun vəzifəli şəxsi varislərə,
sərən- camvericiyə, yaxud digər səlahiyyətli şəxslərə təhvil
vermək üçün ölən şəxsin bütün sənədlərini, pul vəsaitlərini,
qiymətli əşyalanm müvəqqəti mühafizəyə götürmək hüququna
malikdir.
Konsulluğun vəzifəli şəxsi göndərən dövlətin vətəndaşı
adından, əgər həmin vətəndaş qəbul edən dövlətin erazisində
deyilsə.
268
Dostları ilə paylaş: |