Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 2. Mülki prosesdə əcnəbi şəxslərin hüquqi vəziyyəti



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə95/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   91   92   93   94   95   96   97   98   ...   124

§ 2. Mülki prosesdə əcnəbi şəxslərin hüquqi vəziyyəti 
Analoji  müddəalar  əcnəbi  hüquqi  şəxslərə  münasibətdə  də  tətbiq 
edilir. Əcnəbi şəxslər məhkəmədə öz prosessual  hüquqlannı şəxsən 
və ya nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. 
Azərbaycan Respublikasının MPM-in 70-ci maddəsində nəzərdə 
tutulan  şəxslər  nümayəndə  kimİ  çıxış  edə  bilər.  Əcnəbi  şəxslərin 
maraqlannı  məhkəmədə  müvafiq  dövlətin  konsulluqlan  da  müdafiə 
edə bilər. 
Bəzi  dövlətlərin  qanunvericiliyində  xarici  vətəndaşların 
məhkəmə müdafiəsi ilə bağlı xüsusi normalar nəzərdə tutulur və bu 
normalar həmin dövlətin öz vətəndaşlarına tətbiq edilən normalardan 
fərqlidir. Məsələn: Argentina qanunvericiliyinə görə onun ərazisində 
yaşamayan şəxslər məhkəməyə müraciət edərkən müəyyən məbləğdə 
pul girov qoymalıdırlar. 
Əcnəbilərin  mülki-prosessual  fəaliyyət  qabiliyyəti  ayrı-ayrı 
dövlətlərdə  bir-birindən  fərqli  müəyyən  olunur.  Əksər  dövlətlərdə 
mülk  i-prosessual  fəaliyyət  qabiliyyəti  vətəndaşlıq  prinsipi  ilə 
müəyyən  edilir.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  bu 
məsələ  MPM-in  441-ci  maddəsi  ilə  tənzimlənir.  Orada  deyilir: 
"Əcnəbilərin  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  vətəndaşı 
olduqları dövlətin qanunları ilə müəyyən edilir. Əcnəbinin bir neçə 
vətəndaşlığı olduqda onun prosessual hüquq və fəaliyyət qabiliyyəti 
onun  daha  sıx  bağlı  olduğu  dövlətin  qanunlan  ilə  müəyyən  edilir. 
Vətəndaşlığı  olmayan  şəxsin  prosessual  hüquq  və  fəaliyyət 
qabiliyyəti  həmin  şəxsin  daimi  yaşadığı  yeri  olan  dövlətin,  belə 
dövlət  ol-  madıqda  isə  onun  adətən  olduğu  dövlətin  qanunları  ilə 
müəyyən  edilir.  Q^Çqmlann  prosessual  hüquq  və  fəaliyyət 
qabiliyyəti onlann sığınacaq tapdıqlan dövlətin qanunlan ilə müəyyən 
edilir". 
Xarici  hüquqi  şəxslərə  və  beynəlxalq  təşkilatlara  münasibətdə 
sözü  gedən  məsələ  MPM-in  442-ci  maddəsi  ilə  tənzimlənir.  Orada 
deyilir  ki,  "xarici  hüquqi  şəxslərin  prosessual  hüquq  və  fəaliyyət 
qabiliyyəti yaradıldığı xarici dövlətin qanunu ilə müəyyən edilir. Bu 
qanuna əsasən prosessual hüquq qabiliyyətinə malik olmayan 
291 


Fəsil 17. Beynəlxalq mülki proses 
xarici  hüquqi  şəxs  Azərbaycan  Respublikasının  ərazisində 
Azərbaycan  Respublikasının  qanununa  müvafiq  olaraq  hüquq 
qabiliyyətli hesab edilə bilər. Beynəlxalq təşkilatın prosessual hüquq 
və fəaliyyət qabiliyyəti yaradıldığı beynəlxalq müqavilə, onun təsis 
sənədləri  və  ya  Azərbaycan  Respublikasının  səlahiyyətli  dövlət 
orqanı ilə bağlanmış sazişlə müəyyən edilir". 
Deməli,  qanunverici  sözü  gedən  məsələyə  differensial  yanaşır, 
subyektin statusundan asılı olaraq onun prosessual hüquq və fəaliyyət 
qabiliyyəti ilə bağlı tətbiq edilməli olan qanunu müəyyən edir. 
İstənilən hüquq sistemi müəyyən məhkəmə xərclərinin (ekspertə 
müvafiq  ekspertiza  rəyinin  tərtib  edilməsi  üçün  ödənilən  məbləğ, 
şahidlərə  gedişhaqqı  və  iş  vaxtının  itirilməsinə  görə  ödənilən 
konpensasiyalar)  və  dövlət  rüsumunun  ödənilməsini  nəzərdə  tutur. 
Hər  bir  dövlətin  öz  dövlət  rüsumu  və  məhkəmə  xərclərinin  tərkibi 
mövcuddur. 
Azərbaycan 
qanunvericiliyi 
Azərbaycan 
vətəndaşlarına 
münasibətdə  tətbiq  edilən  məhkəmə  xərclərinin  və  dövlət 
rüsumlanmn analoji olaraq əcnəbilərə şamil edilməsini nəzərdə tutur. 
Bir sıra dövlətlərdə əcnəbilərin məhkəmə xərcləri ilə bağlı məsələlər 
qarşılıqlı  olaraq  həll  edilir.  Bir  qayda  olaraq,  məhkəmə 
mübahisəsinin  baxılacağı  yerin  dövləti  ilə  əcnəbi  şəxsin  vətəndaşı 
olduğu 
dövlət 
arasmda 
müvafiq 
beynəlxalq 
müqavilə 
bağlanmışdırsa,  yerli  vətəndaşlara  tətbiq  edilən  məhkəmə  xərcləri 
əcnəbi vətəndaşlara da tətbiq edilir. 
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  hüquq  sistemində 
əcnəbilərin  prosessual  hüquqlannı  həyata  keçirmək  üçün  qarşılıqlı 
müqavilələrin  olması  nəzərdə  tutulmur.  Bu  isə  o  deməkdir  ki, 
məhkəmələr  əcnəbilərdən  onlann  yerli  vətəndaşlarla  bərabər, 
prosessual  hüquqlardan  istifadə  etməsini  təsdiqləyən  hər  hansı  bir 
sübut tələb edə bilməzlər. 
Müəyyən  vəziyyətlərdə  dövlət  hakimiyyəti  orqanlan  (hökumət, 
prezident,  parlament)  öz  vətəndaşlarının  və  hüquqi  şəxslərinin 
prosessual hüquqlarını məhdudlaşdıran dövlətin vətəndaşlarına qarşı 
müvafiq məhdudiyyətlər (retorsiyalar) müəyyən edə bilər. Azər 
292 


§ 2. Mülki prosesdə əcnəbi şəxslərin hüquqi vəziyyəti 
baycan  Respublikasının  MPM*İn  440.3-cü  maddəsinə  görə, 
“Azərbaycan  Respublikası  vətəndaşlannm  və  hüquqi  şəxslərinin 
prosessual  hüquqları  üzrə  xüsusİ  məhdudiyyətlərə  yol  verən 
dövlətlərdən  olan  xarici  şəxslərə  münasibətdə  Azərbaycan 
Respublikası  tərəfindən  cavab  məhdudiyyətləri  müəyyən  edilə 
bilər”. Azərbaycan Respublikasında cavab məhdudiyyəti - retorsiya 
qəbul etmək hüququ müvafiq icra hakimiyyətinə məxsusdur (2000-ci 
i i “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının 
Qanununun 7-ci maddəsi). Bu isə o deməkdir ki, heç bir Azərbaycan 
məhkəməsi  xarici  ölkələrdə  Azərbaycan  vətəndaşlarına  və  hüquqi 
şəxslərinə  qarşı  tətbiq  edilən  məhdudiyyətlər  barədə  hər  hansı  bir 
məlumat əldə etməsindən asılı olmayaraq əcnəbi vətəndaşlara qarşı 
prosessual hüquqlann həyata keçirilməsində müstəqil olaraq heç bir 
retorsiya tətbiq edə bilməz. 
Prinsip  etibarilə  əcnəbilərə  qarşı  iddia  yerli  məlıkəmələrdə  də 
qaldınla  bilər.  Əcnəbilərin  məhkəmədə  hüquqi  vəziyyətini 
xarakterizə  edərkən  nəzərə  almaq  lazımdır  ki,  bəzi  kateqoriya 
şəxslərə  xarici  məhkəmələrin  yurisdiksiyası  məhdud  qaydada, 
beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquqi çərçivədə tətbiq 
edilir.  Bunlara  xarici  dövlətlərin  diplomatik  və  konsulluq 
nümayəndələri  aiddir.  Azərbaycan  Respublikası  MPM-in  453-cü 
maddəsinə görə “Azərbaycan Respublikasında yaradılan diplomatik 
missiyalann üzvləri,  onların  ailə üzvləri  və onların  fərdi ev işçiləri 
diplomatik münasibətlər barəsində 18 aprel 1961-ci il tarixli Vyana 
Konvensiyasının  qaydalanna  uyğun  olaraq  mülki  məhkəmə 
məsuliyyətindən azad edilirlər”, MPM-in 454-cü maddəsinə görə isə 
“Azərbaycan 
Respublikasında 
yaradılmış 
konsulluq 
nümayəndəliklərinin  üzvləri,  konsulluğun  seçilmiş  qulluqçulan  da 
daxil olmaqla konsulluq münasibətləri barəsində 24 aprel 1963-cü il 
tarixli  Vyana  Kon-  vensiyasınm  qaydalanna  uyğun  olaraq  mülki 
məhkəmə  məsuliyyətindən  azad  edilirlər”.  Bu  qayda  həmçinin 
dövlətlərin həmin Konvensiyanın iştirakçılan olmadığı hallara da aid 
edilir. 
293 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə